SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda yol qəzalarında 472 nəfər həlak olub

2026.10.20, 10:23
Şərqi Azərbaycanda yol qəzalarında 472 nəfər həlak olub

Cari ilin aprel ayının əvvəlindən sentyabrın sonuna kimi Şərqi Azərbaycan əyalətində baş verən yol qəzaları nəticəsində 472 nəfər həlak olub, 11,405 nəfər yaralanıb.

Gunaz.tv

Bu haqda əyalətin Tibbi Ekspertiza Mərkəzinin başçısı Mehrdad Sitarə bildirib.

O, ölənlərin sayının ötən ilin eyni dövrü ilə müqayisədə 1% az, yaralıların isə 8% çox olduğunu deyib.

Onun sözlərinə görə, ölənlərin 383-ü kişi, 89-u qadın, yaralananların 8276 nəfəri kişi, 3129 nəfər isə qadın olub.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar