SON XƏBƏRLƏR

Təbrizli fəal Mehrdad Qadiri həbs edilib

2026.10.22, 10:00
Təbrizli fəal Mehrdad Qadiri həbs edilib

Oktyabrın 21-də Təbrizli fəal Mehrdad Qadiri özünün iş yerində həbs edilib.

Gunaz.tv

Bu barədə onun yaxınları məlumat yayıb.

Onun hara aparıldığı barədə ailəsinə məlumat verilməyib.

M.Qadirinin bundan əvvəl barəsində çıxarılan həbs cəzasının icrası üçün saxlanıldığı ehtimal olunur.

Bundan əvvəl Təbriz İnqilab Məhkəməsi onu "ölkənin milli təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq" ittihamına görə 3 il 7 ay, "qanunsuz təşkilata üzv olmaq" itthamına görə isə 2 il 9 ay həbs cəzasına məhkum edib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar