SON XƏBƏRLƏR

Tehranda Ziya Göyalpın anadan olmasının 150 illiyi qeyd olunub

2026.10.22, 17:38
Tehranda Ziya Göyalpın anadan olmasının 150 illiyi qeyd olunub

Gunaz.tv

Tehranda ECO Mədəniyyət İnstitutunda keçirilən “Türk şeirinin mədəni irsi” adlı beynəlxalq konfransda görkəmli türk mütəfəkkiri, sosioloq və şair Ziya Göyalpın anadan olmasının 150 illiyi qeyd edilib.

Konfrans iştirakçıları türk dünyasının tanınmış şəxsiyyətlərinin ədəbi və intellektual irsini müzakirə edərək, türk dilinin və şeirinin mədəni kimliyin qorunmasında, tarixi yaddaşın yaşadılmasında və türk xalqları arasında əlaqələrin gücləndirilməsində rolunu vurğulayıblar.

1876–1924-cü illərdə yaşamış Ziya Göyalp Diyarbəkirdə anadan olub. O, müasir türk millətçiliyinin əsas nəzəriyyəçilərindən biri hesab olunur. Göyalp dil, mədəniyyət, təhsil və ortaq dəyərləri milli kimliyin əsas sütunları kimi qiymətləndirib, milli özünüdərk və türk dünyasının mədəni həmrəyliyi ideyalarının inkişafına mühüm töhfə verib.

Onun “Türkçülüyün əsasları” və “Qızıl Alma” əsərləri tanınmış yaradıcılıq nümunələri sırasındadır.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar