SON XƏBƏRLƏR

Əli Xameneinin vəsiyyətnaməsi də meyiti kimi 7-8 saat bombardmanda yanıb!

2026.10.22, 20:38
Əli Xameneinin vəsiyyətnaməsi də meyiti kimi 7-8 saat bombardmanda yanıb!

Gunaz.tv

Xameneinin vəsiyyətnaməsi də bombardmanda yanıb: İranın keçmiş liderindən geriyə sənəd də qalmayıb?

İran Ekspertlər Məclisinin üzvü və Əli Xameneinin əsərlərinin qorunması və nəşri ofisinin tədqiqatçılarından olan Sülhmirzayi iddia edib ki, İranın ikinci ali rəhbərinin vəsiyyətnaməsi iqamətgahının bombalanması zamanı yanıb və onun başqa nüsxəsi də mövcud deyil.

Onun sözlərinə görə, iqamətgah partlayışdan gün batana qədər saatlarla yanıb. Vəsiyyətnamənin skan edilmiş görüntüsünün saxlandığı kompüter də yanğın nəticəsində məhv olub.

Sülhmirzayi sənədin başqa nüsxəsinin olmamasını vəsiyyətnamənin hələ yekunlaşdırılmaması və üzərində düzəlişlərin aparılması ilə izah edib.

Beləliklə, Xameneinin ölümündən aylar keçməsinə baxmayaraq, onun siyasi vəsiyyətnaməsi hələ də ictimaiyyətə təqdim edilməyib. İndi isə sənədin yeganə nüsxəsinin də yandığı iddia olunur. Görünür, bu vəsiyyətnamə o qədər “məxfi” olub ki, onu qorumaq üçün ehtiyat nüsxə saxlamaq da yada düşməyib.

Qeyd edək ki, bunlar Sülhmirzayinin açıqlamalarıdır və vəsiyyətnamənin taleyi ilə bağlı məlumatlar müstəqil şəkildə təsdiqlənməyib.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar