SON XƏBƏRLƏR

İranın keçmiş nazirinin qızının villası müsadirə olundu

2026.11.04, 10:49
İranın keçmiş nazirinin qızının villası müsadirə olundu

İranın keçmiş sənaye, mədən və ticarət naziri Məhəmmədrza Nemətzadənin qızı Şəbnəm Nemətzadənin villası müsadirə olunaraq satılıb.

Gunaz.tv

Bu haqda İran mediası məlumat yayıb.

Onun Tehranın Ləvasan bölgəsində yerləşən villasının dəyərinin 125 milyard tümən (bugünkü məzənnə ilə təxminən 500 min dollar) olduğu bildirilib.

Qeyd edək ki, Şəbnəm Nemətzadə “tibbi ləvazimatların inhisarçılığı və paylanması yolu ilə ölkənin iqtisadi sisteminə zərər vurmaq və qanunsuz yollarla sərvət əldə etmək” ittihamına görə 20 il həbs cəzasına məhkum edilib.

2025-ci ildə ölkələrin Korrupsiya İndeksi reytinqinin nəticələrinə əsasən İran 182 ölkə arasında 153-cü yerdə qərarlaşıb.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar