SON XƏBƏRLƏR

Güneyl qadın fəal müvəqqəti sərbəst buraxıldı

2026.11.05, 14:56
Güneyl qadın fəal müvəqqəti sərbəst buraxıldı

Şərqi Azərbaycan əyalətinin Tufarqan (Azərşəhr) şəhərindən olan mədəni fəal Gözəl Nəcəfi Təbriz həbsxabasından müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

Gunaz.tv

Bu haqda onun ailəsi məlumat verib.

50 yaşlı Nəcəfinin 1.5 milyard tümən girov qarşılığında azad edildiyi bildirilib.

23 avqust 2026-cı ildə saxlanılan azərbaycanlı fəal, 15 gün Kəşfiyyat Nazirliyinin Təbrizdəki bölməsinin təcridxanasında, 16 gün isə Təbriz həbsxanasında saxlanılıb.

Ona qarşı irəli sürülən ittihamlar barədə məlumat verilmir.

G.Nəcəfi Azərbaycan mədəniyyəti, dili və  Urmiya gölünün bərpası ilə dinc mədəni fəaliyyətləri ilə tanınır.    

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar