SON XƏBƏRLƏR

Kreml Rusiyanın Türk Dövlətləri Təşkilatına qoşulması təklifini müsbət qarşılayıb

2026.11.05, 18:37
Kreml Rusiyanın Türk Dövlətləri Təşkilatına qoşulması təklifini müsbət qarşılayıb

Gunaz.tv

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) Ankarada keçirilən sammitində Rusiyanın təşkilata müşahidəçi üzv kimi qəbul olunmasını təklif edib. Kreml isə bu təşəbbüsü nəzərdən keçirilməyə dəyər və məqsədəuyğun hesab edib.

Tokayev təklifini Rusiyada çoxsaylı türk xalqlarının yaşaması, eləcə də bu ölkənin Türk dünyası ilə tarixi və iqtisadi əlaqələrinin mövcudluğu ilə əsaslandırıb.

Kremlin nümayəndələri təklifə müsbət yanaşdıqlarını bildiriblər. Rusiya rəsmiləri də Moskvanın Türk Dövlətləri Təşkilatına müşahidəçi statusunda qoşulmağa hazır olduğunu bəyan ediblər.

Tokayev eyni zamanda vurğulayıb ki, Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar