SON XƏBƏRLƏR

Millət vəkilindən qəribə təklif: Qırıcı təyyarələrin pulunu xalq ödəsin!

2026.11.05, 20:32
Millət vəkilindən qəribə təklif: Qırıcı təyyarələrin pulunu xalq ödəsin!

Gunaz.tv

İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Sara Fəlahi bildirib ki, Hərbi Hava Qüvvələri bank hesabı elan edərsə, xalq qırıcı təyyarələrin alınması üçün lazım olan vəsaiti toplayıb ödəyə bilər!

Görünür, İran rəsmiləri xalqın gündəlik həyatından o qədər uzaq düşüblər ki, inflyasiya, bahalıq, kirayə haqları, işsizlik və yoxsulluqla mübarizə aparan insanlardan indi də qırıcı təyyarələrin pulunu ödəmələrini gözləyirlər.

Bir çox ailənin ən adi yaşayış ehtiyaclarını qarşılamaqda çətinlik çəkdiyi ölkədə silah alınması üçün xalqdan pul toplamaq təklifi acı bir istehzanı xatırladır. Hərbi xərclər üçün yeni yollar axtaran hakimiyyət xalqın boş süfrəsi qarşısında isə cavabsız qalır.

Belə görünür ki, bu rəsmilərin nəzərində xalq təkcə hakimiyyətin uğursuz siyasətinin və səmərəsiz idarəçiliyinin deyil, silahlanma xərclərinin də yükünü öz cibindən ödəməlidir!

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar