SON XƏBƏRLƏR

İran rəsmisi Xameneinin mesajını Putinə çatdırmaq üçün Kremlə gedib

2026.11.05, 21:29
İran rəsmisi Xameneinin mesajını Putinə çatdırmaq üçün Kremlə gedib

 Putin və Möhsün Rzayi Kremldə görüşüb; İran mediası itkin düşmüş liderin mesajının Moskvaya çatdırıldığını bildirir.

Gunaz.tv

Rusiyanın dövlət xəbər agentliyi TASS noyabrın 5-də Vladimir Putinlə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayinin Moskvada keçirdiyi görüşdən video yayımlayıb.

TASS-ın məlumatına görə, görüş Kremlin Rəsmi Qəbul Mərasimləri İdarəsinin binasında baş tutub. Görüşdə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov və Rusiya Müdafiə Nazirliyinin Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov da iştirak ediblər.

Bununla yanaşı, İran mediası Möhsün Rzayinin görüş zamanı İranın “itkin düşmüş lideri” Müctəba Xameneinin mesajını Vladimir Putinə çatdırdığını bildirib. Mesajın məzmunu və görüşdə müzakirə olunan məsələlər barədə əlavə məlumat açıqlanmayıb.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar