SON XƏBƏRLƏR

Rusiya vətəndaşlarına İrana səfər etməməyi tövsiyə edib

2026.11.05, 22:03
Rusiya vətəndaşlarına İrana səfər etməməyi tövsiyə edib

Gunaz.tv

Rusiyanın Xarici İşlər Nazirliyi noyabrın 5-də vətəndaşlarına İrana səfərdən çəkinməyi tövsiyə edib.

Rusiyanın TASS və İnterfaks xəbər agentliklərinin məlumatına görə, XİN-in sözçüsü Mariya Zaxarova brifinqdə bildirib ki, Moskvanın İrana səfərlərlə bağlı tövsiyəsi dəyişməz olaraq qalır və vəziyyət normallaşanadək Rusiya vətəndaşları bu ölkəyə getməməlidirlər.

O, hazırda İranda olan Rusiya vətəndaşlarını ayıq-sayıq olmağa, kütləvi toplantılardan və ictimai tədbirlərin keçirildiyi yerlərdən uzaq durmağa, hərbi və dövlət obyektlərinin ətrafına yaxınlaşmamağa çağırıb.

Zaxarova həmçinin həssas infrastrukturların, xüsusilə nəqliyyat və enerji obyektlərinin, eləcə də hərbi mərkəzlərin foto və videolarının çəkilməməsi barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, Moskva İrandakı vəziyyəti yaxından izləyir və vətəndaşlarından İran rəsmilərinin göstərişlərinə əməl etmələrini istəyir.

Bu xəbərdarlıq Rusiya Prezidenti Vladimir Putinin noyabrın 5-də Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ilə görüşdüyü bir vaxtda açıqlanıb.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar