SON XƏBƏRLƏR

Siyasi fəal həbs və edama məhkum edildi

2026.11.06, 09:19
Siyasi fəal həbs və edama məhkum edildi

Siyasi fəal Əmir Hüseyn Musəvi həbs və edam cəzasına məhkum edilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Tehran İnqilab Məhkəməsinin 15-ci bölməsi fəalı "müqəddəsləri təhqir etmək" ittihamına görə 5 il azadlıqdan məhrum edilməsi, "yer üzündə fəsad törətmək" ittihamına görə isə edam olunması barədə qərar çıxarıb.

Bundan əvvəl Əmir Hüseyn Musəvinin İran televzyasında yayımlanan etiraf videosunda isə onun İsrailə casusluqda günahlandırıldığı bildirilmişdi.

Qeyd edək ki, 42 yaşlı Əmir Hüseyn Musəvi 18 dekabr 2024-cü ildə Kiş şəhərinə yola düşmək üzrə olarkən Mehrabad hava limanında həbs edilib. Onun vəkili əvvəllər Musəvinin X hesabının təxminən altı ay izlənildiyini və bu vasitə ilə onun kimliyinin müəyyən edildiyini bildirmişdi.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar