SON XƏBƏRLƏR

"Traktor" İsmayıl Qartalla bağlı məlumatı təkzib etdi

2026.11.06, 13:19
"Traktor" İsmayıl Qartalla bağlı məlumatı təkzib etdi

Təbrizin "Traktor" Futbol Klubu türkiyəli baş məşqçi İsmayıl Qartalın baş məşqçi kimi dəvət edilməsi barədə məlumatları təkzib edib.

Gunaz.tv

Bu haqda klubun baş dirrektoru Höccət Kərimi açıqlama verib.

"Tərəfimizdən belə bir təklif və dəvət olmayıb, bu xəbərlərin hansı əsasla yayıldığını başa düşmürəm",- o deyib.

Kərimi, Cavad Nekunamın "Traktor"a baş məşqçiliyindən razı olduğunu və onun işinin bunda sonra da davam edəcəyini söyləyib.

Qeyd edək ki, dünən sosial media şəbəkəsi və bəzi idman platformalarında Türkiyənin "Fənədbaxça" Klubunun keçmiş baş məşqçisi İsmayıl Qartalın "Traktor"a dəvət edildiyi barədə məlumatlar yayılıb.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar