SON XƏBƏRLƏR

Ərdəbildə çörəyin qiyməti yenidən artıb

2026.11.06, 21:32
Ərdəbildə çörəyin qiyməti yenidən artıb

Fətirin bir ədədi 60 min tüməndən bahadır.

Gunaz.tv

Güney Azərbaycanda Ərdəbil əyalətində çörəyin qiyməti yenidən artırılıb və bir ədəd fətirin qiyməti 60 min tüməni ötüb. Qiymət artımı rəsmi məlumat verilmədən, ailələrin iqtisadi təzyiqlərlə üzləşdiyi bir vaxtda baş verib.

Ərdəbildə çörəyin qiyməti bu ilin iyun ayında da artırılmışdı. Əsas ərzaq məhsullarından biri olan çörəyin qiymətinin yenidən bahalaşması sakinlər arasında narahatlıq yaradıb. Bu artımın vilayətdə istehsal olunan digər çörək növlərinə də şamil edilə biləcəyi ehtimal olunur.

Qiymət artımı ilə yanaşı, Ərdəbildə istehsal olunan çörəyin keyfiyyəti də tənqid olunur.

Eyni zamanda, qış mövsümündə qaz təchizatının kəsilməsi ehtimalına qarşı çörəkbişirmə müəssisələrinin alternativ yanacaqla təmin olunması məsələsi də narahatlıq doğurur. Yanacaq çatışmazlığı çörək istehsalında fasilələrə səbəb ola bilər.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar