SON XƏBƏRLƏR

ABŞ İrana görə Kanada şirkətlərinə sanksiya tətbiq etdi

2026.11.07, 09:03
ABŞ İrana görə Kanada şirkətlərinə sanksiya tətbiq etdi

ABŞ İrana qarşı sanksiyalar siyahısına Kanadadan olan 8 təşkilatı da əlavə edib.

Gunaz.tv

Bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında deyilir.

Bildirilib ki, məhdudiyyətlər valyuta mübadiləsi, pul köçürməsi və kriptovalyuta xidmətləri göstərən maliyyə qurumlarına şamil edilir.

Siyahıda olan bütün hüquqi şəxslər Kanadada qeydiyyatdan keçib.

Belə ki, sanksiyalar siyahısına daxil edilmə ABŞ-dakı aktivlərin dondurulmasını və Amerika vətəndaşlarının və şirkətlərinin bu qurumlarla iş görməsinin qadağan edilməsini nəzərdə tutur.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar