SON XƏBƏRLƏR

Beş gündə 12 İran hərbçisi öldürülüb

2026.11.07, 09:16
Beş gündə 12 İran hərbçisi öldürülüb

Oktyabrın 30-dan sentyabrın 5-ə kimi İranın Sistan və Bəlucistan əyalətində baş verən dörd silahlı qarşıdurma zamanı 12 İran hərbçisi, polisi, SEPAH üzvü və ya İrana bağlı silahlı qruplaşma üzvü öldürülüb.

Gunaz.tv

Bu haqda Bəlucistan İnsan Haqlarını Sənədləşdirmə Şəbəkəsi məlumat yayıb.

Məlumata görə, Səravan, Konarək və Gülşən bölgələrində qeydə alınan insidentlərdə daha bir neçə hökumət məmuru da yaralanıb.

Hücumlardan üçünün məsuliyyətini bəlucların "Xalq Döyüşçüləri Cəbhəsi" öz üzərinə götürüb.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar