Raefipur bu barədə özünün X sosial media hesabında paylaşım edib.
“Hökumətin ana dilində tədris planı İranın federallaşdırılması istiqamətində çox təhlükəli bir addımdır!”,- o yazıb.
Rafeipur parlament üzvlərinin susqunluğunu tənqid edərək onlardan soruşub:
“Bilmirəm niyə heç kim səsini çıxarmır? Parlament haradadır? Bu sükut da konsensusa uyğundurmu? Konsensus nəyin bahasına olur?”.
Sərt xətt təbliğatçısı həmçinin iddia edib ki, "Məsud Pezeşkian hətta Həsən Ruhani hökumətinin belə təsəvvür edə bilməyəcəyi qədər sürətli addımlar atır".
Əlikbər Raefipur daha sonra, “ölkənin bütövlüyünü şübhə altına alan” heç bir addıma qarşı susmayacağı ilə hədələyib.
Bu açıqlamalar ana dilində təhsilin Azərbaycan türklərinin və İrandakı digər etnik qrupların uzun müddətdir tələb etdiyi bir vaxta təsadüf edir.
Qeyd edək ki, 2025-ci ilin fevral ayında İran parlamenti məktəblərdə həftədə iki saat ana dilində ədəbiyyat tədrisi planını rədd edib. Həmin vaxt Pezeşkian hökuməti fars dili ilə yanaşı ana dillərinin tədrisini dəstəklədiyini açıqlamışdı. Hökumət sözçüsü Fatimə Mühacərani vurğulamışdı ki, bu dəstək ana dilində "tədris" demək deyil, yalnız xaıqların və etnik qrupların dillərində bir neçə saat ədəbiyyat tədris etmək deməkdir.
Ekspertlərin fikrincə, Rafeipur son açıqlamalarında bağlı qalan və Pezeşkian hökumətinin həyata keçirmədiyi planı şişirtməklə mərkəzçi sistemin emosiyalarını qıcıqlandırmağa çalışır.
Xatırladaq ki, indiyə qədər ana dilində təhsil və ya ana dilinin öyrənilməsi üçün hökumətin yeni planının rəsmi təfərrüatları təsdiqlənməyib.
GünAzTV