SON XƏBƏRLƏR

Ərdəbilin imam cüməsi Trampın seçki məğlubiyyətini “ilahi intiqam” adlandırıb

2026.11.07, 15:05
Ərdəbilin imam cüməsi Trampın seçki məğlubiyyətini “ilahi intiqam” adlandırıb

Gunaz.tv

Ərdəbilin imam cüməsi Həsən Amili ABŞ prezidenti Donald Trampın seçkilərdə məğlubiyyətini “Allahın intiqamının” və İranın ABŞ-dən aldığı qisasın bir hissəsi kimi təqdim edib.

Amili noyabrın 6-da, cümə namazı zamanı etdiyi çıxışda Trampın məğlubiyyətinin atom bombasından da ağır olduğunu və “bütün dünyanın” bunu qeyd etdiyini iddia edib. O, həmçinin təhdidkar ifadələrlə Trampın tənqid və təzyiqlər altında hər an öldüyünü, lakin ölümün də onu tapmadığını söyləyib.

Bu açıqlamalar Ərdəbilin cümə imamının İranın iqtisadi böhranı, əhalinin dolanışıq problemləri və insanların gündəlik çətinlikləri barədə danışmaq əvəzinə, xarici ölkə prezidentinin siyasi məğlubiyyətini nailiyyət və ilahi intiqamın əlaməti kimi təbliğ etdiyi bir vaxtda səsləndirilib.

ABŞ-də seçkilərdə məğlubiyyət və ya qələbə həmin ölkə vətəndaşlarının səsverməsi və siyasi rəqabətin nəticəsidir; İran rəsmilərinin dini-siyasi hesablaşma vasitəsi deyil. İran xalqının isə qisas şüarlarından daha çox, ölkədəki həyat şəraiti və gələcəyi ilə bağlı hakimiyyətdən cavab tələb etməyə ehtiyacı var.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar