SON XƏBƏRLƏR

ABŞ İranla əlaqəli kriptovalyuta sahəsində fəaliyyət göstərən səkkiz şirkəti sanksiyalara məruz qoyub

2026.11.08, 08:32
ABŞ İranla əlaqəli kriptovalyuta sahəsində fəaliyyət göstərən səkkiz şirkəti sanksiyalara məruz qoyub

Gunaz.tv

ABŞ Dövlət Departamenti səkkiz rəqəmsal aktiv xidməti göstərən şirkəti İranın sanksiyalardan yayınmasına və terror fəaliyyətlərinin maliyyələşdirilməsinə kömək etməkdə ittiham edərək sanksiya siyahısına daxil edib.

ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqqotun sözlərinə görə, bu şirkətlər İran rialını və digər valyutaları rəqəmsal aktivlərə çevirərək İran, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH), eləcə də sanksiyalara məruz qalmış şəxslər və qurumlar üçün ölkəyə pul köçürülməsinə və ölkədən vəsait çıxarılmasına şərait yaradıblar.

Vaşinqton bildirir ki, bu şirkətlərdən bəziləri SEPAH-la əlaqəli rəqəmsal hesablar və sanksiyaya məruz qalmış İran kriptovalyuta birjaları ilə əməkdaşlıq ediblər. Bu addım Kanadanın koordinasiyası ilə “İqtisadi təcrid” adlandırılan əməliyyat çərçivəsində həyata keçirilib.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar