SON XƏBƏRLƏR

İranın Moskvadakı səfiri Rusiyanın NPT-dən çıxmağa qarşı olduğunu bildirib

2026.11.08, 17:32
İranın Moskvadakı səfiri Rusiyanın NPT-dən çıxmağa qarşı olduğunu bildirib

Gunaz.tv

İranın Moskvadakı səfiri Kazım Cəlali İran dövlət televiziyasına müsahibəsində Tehranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) mümkün çıxması ilə bağlı Rusiyanın buna qarşı mövqeyinə dolayı şəkildə işarə edib.

Cəlali nüvə öhdəliklərinə yenidən baxılmasını tələb edən radikal qüvvələrin və bəzi deputatların təzyiqlərinə toxunaraq bildirib ki, Rusiya da daxil olmaqla, böyük dünya güclərinin bu məsələdə xüsusi mövqeləri və ikitərəfli danışıqlarda ifadə etdikləri narahatlıqları var.

Bu açıqlama İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzainin gələcəkdə mümkün qarşıdurma baş verəcəyi təqdirdə NPT-dən çıxma məsələsinin gündəmə gələ biləcəyini bildirməsindən sonra verilib. Cəlali isə İranın nüvə hüquqlarından beynəlxalq çərçivədə istifadə etməsinin davam etdirilməsini vurğulayıb.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar