SON XƏBƏRLƏR

İran-Türkiyə sərhədi yaxınlığında 8 kişinin meyiti tapılıb

2026.11.09, 19:32
İran-Türkiyə sərhədi yaxınlığında 8 kişinin meyiti tapılıb

Gunaz.tv

Türkiyənin Van vilayətinin Özalp rayonunda, İran sərhədindən təxminən 3 kilometr məsafədə 8 gənc kişinin meyiti aşkarlanıb.

Türkiyə mediasının məlumatına görə, meyitlər noyabrın 7-də Yuxarı Turqalı kəndi yaxınlığında tapılıb. Həlak olanların 20-25 yaşlarında olduğu və qanunsuz miqrant ola biləcəkləri ehtimal edilir.

İlkin araşdırmalar zamanı meyitlərdə odlu və ya soyuq silah yarası aşkar edilməyib. Bölgədə havanın kəskin soyuq olması səbəbindən onların donvurmadan ölmüş ola biləcəyi ehtimal olunur. Lakin ölümün dəqiq səbəbi hələ müəyyənləşdirilməyib.

Türkiyə jandarmı ölən şəxslərin kimliyini və hadisənin səbəblərini müəyyənləşdirmək üçün araşdırma aparır. Hələlik onların kimliyi və Türkiyə ərazisinə necə daxil olduqları açıqlanmayıb.


GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar