SON XƏBƏRLƏR

Təqaüdçülər Həmədan və Zəncanda etiraz aksiyası keçirdilər

2026.11.10, 10:13
Təqaüdçülər Həmədan və Zəncanda etiraz aksiyası keçirdilər

Noyabrın 9-da İran Telekommunikasiya Şirkətinin Həmədan və Zəncan şəhərlərindəki təqaüdçüləri yenidən etiraz aksiyası keçiriblər.

Gunaz.tv

Bu haqda "İlna" məlumat yayıb.

Onlar təqaüd haqlarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.

Təqaüdçülər həmçinin əmək haqqının tənzimlənməsinin üçüncü mərhələsinin həyata keçirilməsini, 89.24 saylı Məşğulluq Qaydalarının tətbiqini, ərzaq müavinətinin yenilənməsini və əlavə sığorta problemlərinin həllini istəyiblər.

Qeyd edək ki, təqaüdçülərin etiraz aksiyası tələbləri təmin olunmadığına görə 3 ildən çoxdur hər həftə keçirilir.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar