SON XƏBƏRLƏR

Tam müharibə vəziyyətindəyik- Mühacirani

2026.11.10, 13:00
Tam müharibə vəziyyətindəyik- Mühacirani

Nə müharibə, nə də sülh deyil, tamamilə müharibə vəziyyətindəyik.

Gunaz.tv

Bunu İslam Respublikası hökumətinin sözçüsü Fatimə Mühacirani mətbuat konfransında deyib.

O, ölkənn tam müharibə ortasında olduğunu vurğulayıb.

Mühacirani həmçinin iddia edib ki, İslam Respublikası hökumətinin "müharibə ortasında" iqtisadi sahədə qəbul etdiyi qərarlar "xalqın dolanışıqlarını və alıcılıq qabiliyyətini qorumaqla uyğundur".

Hökumət sözçüsü, iqtisadi təzyiqləri "müharibə" və "iqtisadi mühasirə"nin nəticəsi hesab edib: 

"Bu iqtisadi mühasirə ən qəddar mühasirələrdən biridir".

Mühacirani həmçinin əlavə edib ki, Məsud Pezeşkian hökumətinin səyləri "işləri idarə etmək" və "ləyaqətli vəziyyət və davamlı sülhə doğru" irəliləməkdir.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar