SON XƏBƏRLƏR

İran zənginləşdirməni birdəfəlik dayandırmalıdır!- Vadeful

2026.11.10, 14:19
İran zənginləşdirməni birdəfəlik dayandırmalıdır!- Vadeful

İran nəhayət ki, uran zənginləşdirmə proqramından əbədi və birdəfəlik imtina etməli və nüvə silahı istehsalını dayandırmalı olduğunu anlamalıdır.

Gunaz.tv

Bunu Almaniyanın xarici işlər naziri Yohan David Vadeful deyib.

O, bu barədə Parisdə keçirilən G7 sammitinin kənarında İran, ABŞ və İsrail arasında Yaxın Şərqi də əhatə edən müharibəyə toxunaraq söyləyib.

Nazir, ölkəsinin Yaxın Şərqdəki gərginliyin azaldılmasına kömək edə biləcəyinə ümid etdiyini bildirib:

"Çox ümid edirəm ki, İran nəhayət ki, uran zənginləşdirmə və nüvə silahı proqramlarından birdəfəlik imtina etməli olduğunu anlayacaq",- nazir qeyd edib.

O, həmçinin əlavə edib ki, Almaniya ABŞ-ın bu məsələdə izlədiyi eyni siyasi məqsədi güdür.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar