SON XƏBƏRLƏR

İran polisi etnik bəlucu güllələyib

2026.11.10, 16:03
İran polisi etnik bəlucu güllələyib

Polis məmurları Yəzd əyalətinin Mehriz rayonunda içində bir ailənin olduğu minik avtomobilinə atəş açıblar.

Gunaz.tv

Bu barədə Bəlucistan İnsan Hüquqlarını Sənədləşdirmə Şəbəkəsi məlumat yayıb.

Atəş nəticəsində Əbdülqadir Xarkuyi adlı ailə başçısı həlak olub, onun 28 yaşlı həyat yoldaşı Məryəm Gərgic, 10 yaşlı ekiz qızları Məlika və Sarina isə ağır yaralanıb.

Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərindən olan yaralı ailə üzvlərinin xəstəxananın reanimasiya bölməsinə köçürüldükləri bildirilib.

Hadisənin təfərrüatı barədə açıqlama verilməyib.

GünAzTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar