SON XƏBƏRLƏR

Pompeo: Respublikaçılar İranla müharibəyə görə seçkilərdə səs itirdilər, lakin ABŞ mübarizəni davam etdirməlidir

2026.11.11, 10:15
Pompeo: Respublikaçılar İranla müharibəyə görə seçkilərdə səs itirdilər, lakin ABŞ mübarizəni davam etdirməlidir

ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo çərşənbə axşamı “X” sosial şəbəkəsindəki paylaşımında İranla müharibənin qiymət artımına səbəb olduğunu və Respublikaçılar Partiyasının seçkilərdə səs itirməsi ilə nəticələndiyini bildirib.

Gunaz.tv

Bununla belə, o, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün ABŞ-ın mübarizəni davam etdirməsinin vacibliyini vurğulayıb.

“Şübhə yoxdur ki, İranla müharibənin qiymətlərə təsiri realdır və Respublikaçılar ötən həftə keçirilən seçkilərdə bunun bədəlini ödədilər”, – deyə Pompeo yazıb.

“Lakin nəticə etibarilə, amerikalılar İranın nüvə silahı əldə etməsini və bundan sonra da ABŞ üçün təhlükə yaratmasını istəmirlər. Məhz buna görə mübarizəni davam etdirməli və qələbə qazanmalıyıq”, – deyə o əlavə edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar