SON XƏBƏRLƏR

Möhsün Rzayi: ABŞ-ın Avropadakı hərbi bazalarını hədəfə alacağıq

2026.11.11, 18:31
Möhsün Rzayi: ABŞ-ın Avropadakı hərbi bazalarını hədəfə alacağıq

Gunaz.tv

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ABŞ-ın İrana qarşı hərbi hücumları bərpa edəcəyi təqdirdə, bu ölkənin uzaq məsafələrdə yerləşən hərbi bazalarının, o cümlədən Avropadakı bəzi hərbi bazalarının hədəfə alınacağını bəyan edib.

Rzayi bildirib ki, ABŞ-ın İrana qarşı hərbi hücumları yenidən başlayarsa, Tehran indiyədək hücuma məruz qalmamış uzaq məsafəli ABŞ bazalarını da vuracaq.

O, Əl-Məyadin telekanalına müsahibəsində deyib: “Mən indiyədək hücum etmədiyimiz uzaq məsafələrdə yerləşən ABŞ hərbi bazalarını nəzərdə tuturam. Hətta bəzi adaları da hədəfə ala bilərik. Onlar düşünürlər ki, raketlərimiz həmin ərazilərə çatmır. ABŞ-ın Avropa ölkələrindəki bəzi hərbi bazalarını da hədəfə almağımız mümkündür”.

Rzayi, həmçinin, Vaşinqton İranın irəli sürdüyü yeddi şərti qəbul edənədək Hörmüz boğazının açılmayacağını və zənginləşdirilmiş uranın heç bir hissəsinin ölkədən çıxarılmayacağını bildirib.

O, hazırda Tehranla Vaşinqton arasında heç bir danışıqların aparılmadığını qeyd edib və ABŞ-ın İranın şərtlərinə verdiyi ilkin cavabı “aldadıcı” və “qeyri-müəyyən” adlandırıb.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar