SON XƏBƏRLƏR

Azərbaycanın hərbi doktrinası bu il qəbul olunacaq

2021.10.20, 07:36
Azərbaycanın hərbi doktrinası bu il qəbul olunacaq

Gunaz.tv
Azərbaycanın hərbi doktrinası bu il qəbul olunacaq Sənəd yaxın günlərdə parlamentə təqdim ediləcək Azərbaycanın hərbi doktrinası bu il qəbul olunacaq. Bu barədə məlumatı "OLAYLAR"a Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu verib. Onun sözlərinə görə, hərbi doktrinada regiondakı vəziyyət, Azərbaycanın strateji hədəfləri, ölkənin milli təhlükəsizliyi və digər məsələlər ətraflı göstərilib. Sənəd yaxın vaxtlarda Milli Məclisə daxil olacaq və müzakirəyə çıxarılacaq. Eldar Sabiroğlunun dediyinə görə, sənəd bu il qəbul ediləcək. ---------------------------------------------------------------------- 2009-da Azərbaycanın müdafiə xərcləri yenə artırılacaq 2009-cu ilin dövlət büdcəsindən müdafiə xərclərinə ayrılacaq xərclər artırılacaq. Bu barədə məlumatı "OLAYLAR"a Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu verib. Onun sözlərinə görə, 2009-cu ildə ölkənin müdafiə büdcəsinin məbləği hələlik məlum deyil: "Azərbaycanın müdafiə xərcləri artıq 1 milyard 350 milyon manatdır. Bu hamıya bəllidir. Prezident İlham Əliyev 2009-cu ilin dövlət büdcəsinin də əsas xərclərinin sosial sahə və müdafiəyə yönəldiləcəyi barədə bəyanatlar verib. Gələn ilin müdafiə xərcləri artırılacaq. Amma hələlik müdafiə büdcəsinin nə qədər olacağını demək tezdir. Bu, dövlət büdcəsindən vəsaitlər ayrılanda müəyyən olunacaq.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar