Hakan Fidan: İran həqiqətən çətin vəziyyətdədir
Husilərin silah anbarları bombalandı
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
CNN: Çin qurumları İrana ABŞ obyektlərini daha dəqiq hədəfə almağa kömək edir
İranda qadın müğənniyə 74 şallaq cəzası
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
Səudiyyə Ərəbistanı və BƏƏ-dən İrana qarşı yeni mövqe
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Qaşqay qadın fəal həbs edilib
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölən var
Prezident: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
İrandan gələn "Şaftalı" yükündə 52 kq marixuana aşkarlanıb
Sünni din xadimi məhkəməyə çağırıldı
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Fidanla Əraqçı görüşüb
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
İki gündür ki, Dağıstanda yeni antiterror əməliyyatı keçirilir. Respublikanın hquq-mühafizə orqanları, Rusiya Federal Təhlükəsizlik Xidmətinin yerli idarəsi, Daxili qoşunlar və Rusiyanın Şimali Qafqazdakı Ordu Qruplaşmasının xüsusi təyinatlı dəstələrinin birgə apardıqları bu əməliyyat nəticəsində "Zəkəriyyə" ləqəbli Zakir Novruzovun rəhbərlik etdiyi "Cənub" qruplaşmasının 10 yaraqlısı öldürülüb. Dağıstan DİN-nin mətbuat xidmətindən "Ekspress"ə verilən məlumata görə, Novruzovun dəstəsi Süleyman Stalski rayonundakı Smur kəndinin cənubunda mühasirəyə alınıb. "Gecə saat 1 radələrində Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları kəndin cənub həndəvərində bir qrup silahlı adamın hərəkətini görərək, bu dəstənin yolunda pusquya yatıblar. Tabasaran rayonundan çıxan terrorçular "Qazel" mikroavtobusunda idilər. Onlar mühasirəyə alındıqlarını anlayanda silaha əl atıblar və cavab atəşi ilə məhv ediliblər", - baş leytenant U.Qazimaqomadov bildirdi. Zakir Novruzovun dəstəsinə məxsus mikroavtobusda böyük miqdarda döyüş sursatı, 7 "Kalaşnikov" avtomatı, partladıcı qurğular, xeyli həcmdə ərzaq və qida məhsulları, dini ədəbiyyat tapılıb. Dağıstanın ən sakit rayonlarından biri sayılan Süleyman Stalskidə "Cənub cəmaatı" adlanan qruplaşmanın rəhbəri və onun əlaltılarının öldrülməsi bölgədə vəhabilərin fəallaşmasına dəlalət edən amillərdən sayılır. Mərhum Z.Novruzov ötən həftə Dərbənddə mühasirəyə alınaraq qətlə yetirilmiş azərbaycanlı, "Əbdülməcid" ləqəbli İlqar Mollaçiyevin yaxın silahdaşlarından biri idi. "Çeçenistan mücahidlərinin əmiri" olmuş Şamil Basayevin başçılıq etdiyi dəstələr Dağıstana soxularaq Botlix rayonunda kəndləri ələ keçirib döyüşlərə başlayanda İlqar Mollaçiyev tank əleyihinə idarə olunan mərmi ilə Rusiya Silahlı Qüvvələrinin "Mi-8" döyüş vertolyotunu vurub salmış, Rusiya qəhrəmanı mayor Yuri Naumov da həlak olmuşdu. Buna görə də Mollaçiyev "şanlı mücahid" elan edilmiş, Şamil Basayev tərəfindən "Çeçenistan-İçkeriyanın Şərəf Ordeni" ilə təltif olunmuşdu. Həmin mərasim zamanı çıxış edənlər arasında Z.Novruzov da vardı. O, İ.Mollaçiyevi təbrik edərək Zaqataladan Dağıstana gedərək "mücahid"lik yolunu seçmiş soydaşımızı "əziz qardaşım" adlandırmışdı. Dağıstan DİN-dəki mənbələrin verdikləri məlumata görə, Azərbaycanda "Əbu Bəkr" məscidindəki partlayış, habelə respublikanın cənub rayonlarında vəhabilərin fəallaşması barədə məlumatlar alınandan sonra Süleyman Stalski, Tabasaran, Axtı, Məhərrəmkənd və Qasımkənd rayonlarında hərbçilər, FTX əməkdaşları və milis işçilərinin sayı artırılıb. Təkcə Süleyman Stalski rayonunda dini ekstremizmlə mübarizə idaarəsinin əməkdaşlarının sayı 20 nəfərdən 55-ə çatdırılıb. "İlqar Mollaçiyevin dəstəsi Dərbənddən çıxaraq Azərbaycana sızmış, burada "Meşə qardaşları" adı ilə müxtəlif ağır cinayətlər və terror aktları törədəndən sonra geriyə qayıdıb. Həmin şəxslərin Novruzovun adamları ilə əlaqələri istisna edilmir", - mənbələr söylədilər. "Cənub Cəmaatı" və "Meşə qardaşları"nın Dağıstanın cənub rayonlarında əlaqəli şəkildə fəaliyyət göstərməsi barədə sübutların toplanması davam edir və bu istiqamətdə təhqiqat aparılır. Lakin bir məqam şübhəsizdir ki, özlərini "əhli-sünnə" və ya "xəvariclər" adlandıran dağıstanlı vəhabilər respublikanın cənubunda, Azərbaycanla sərhəd bölgələrdə yeni "dayaq məntəqələri" ilə bahəm, gizli anbarlar, silah-sursat yerləri yaradır, yerli gənclər arasında fəal təbliğat apararaq onları "mürtədlər, münafiqlər və kafirlərlə cihad"a sövq etməyə çalışırlar. Tabasaran və Süleyman Stalski rayonlarında İlqar Mollaçiyev və Z.Novruzovun dəstələrinin "istirahət-bərpa" bazalarının olduğu da iddia edilir. Bütün bunlar bir qədər qəribə təsir bağışlasa da, əndişə yaratmaya bilməz. Belə ki, Dağıstanın şimal, Çeçenistan və İnquşetiya ilə sərhəd boyunca yerləşmiş bölgələrindən fərqli olaraq cənub rayonlarının əhalisində radikal dindarlıq təmayülləri olduqca zəifdir. "Ekspress"in əldə etdiyi məlumatlara görə, hazırda Dağıstanda 1400 vəhabi var və onların 165 nəfəri respublikanın cənub bölgələrindədir. Həmin şəxslər arasında isə yalnız 41 nəfər əldə silah "cihad"la məşğuldur. Buna rəğmən, Dağıstanın cənubu, xüsusilə də Rusiya-Azərbaycan sərhədi boyunca olan bölgələrdə vəziyyət gərginləşə bilər. Eyni zamanda, Dağıstan ləzgilərinin separatçı "Sadval" təşkilatı üç ildən bəri davam edən "yuxulu vəziyyət"dən çıxaraq vəhabilərlə birləşmək niyyətindədir. Dağıstanın cənub, Azərbaycanın isə şimal bölgələrini birləşdirərək "Azad Ləzgistan" dövləti ideyası ilə çıxış edən, onlarla üzvünü Ermənistana yollayaraq orada təlim keçirdən və Azərbaycanda bir neçə terror aktını gerçəkləşdirən "Sadval" yaranmış situasiyadan yararlanmağa çalışır. "Sadval"ı cəlb edən vəhabilərin aqressivliyi, mütəşəkkiliyi və xaricdən sürəkli, fasiləsiz aldıqları maliyyə yardımlarıdır. Vəhabilərin arasında dağıstanlı ləzgilərinin sayının artmasını Rusiya Federal Təhlükəsizlik Xidməti ilə Dağıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları da təsdiqləyirlər. Onlar hətta deyirlər ki, Dağıstandakı vəhabi "cəmaat" və qruplaşmalarının ideoloji strukturlarının üzvləri arasında ləzgilərin sayı hətta qeyri-proporsional şəkildə yüksəkdir. Buynak rayonunun Çabanmaxi və Qaramaxi, Dokuzpara rayonunun Mikrax və Kuruş kəndlərində isə söz sahibi məhz vəhabi ləzgilərdir. Onların mütəşəkkil şəkildə hərəkətə gələrək "cihad"a qalxacaqları zaman mübarizənin necə aparılacağı isə bilinmir. "Yetər ki, Unsukul rayonundakı vəziyyətə baxın. Buradakı Gimri aulunda ötən ilin dekabrın 15-dən bəri 18 nəfəri vəhabi yaraqlı mühasirəyə alınıb. Kəndə girmək evlərin dağıdılması deməkdir. Gimri isə imam Şamilin vətənidir. Buna görə də çəkinirik və məcburuq ki, kəndin qırağını əhatəyə alıb gözləyək", - podpolkovnik Həsən Qaramatov dedi. Bütün bunlarla yanaşı, dağıstanlı vəhabilərin Azərbaycanda "cəmaatlar" yaratmaq planları hələ də qüvvədədir. "Meşə qardaşları"nın liderləri İlqar Mollaçiyev və Samir Mehdiyevin də əsas məqsədlərindən biri bu idi. İ.Mollaçiyev ilkin dövrlərdə "Sumqayıt cəmaatı" və "Quba-Qusar cəmaatı" yaratmaq istəyirdi. Bu dəstələrdən birincisi Bakıda qətl və qarətlər törətməli, əldə olunan pullara isə silah, sursat almalı, terror aktlarını gerçəkləşdirməli idi. "Quba-Qusar cəmaatı"nın Azərbaycanın şimal və şimal-qərb bölgələrindəki dağlıq-meşəlik zonalarında hərbi-təlim düşərgələrinin yaradılması planlaşdırılmışdı. İ.Mollaçiyevin göstərişi ilə Qusar rayonundakı meşəliklərdə 5 xüsusi və möhkəmləndirilmiş blindajlar qazılmış, silah və döyüş sursatı yığılmış, ərzaq ehtiyatı yaradılmışdı. Bütün bunlar Azərbaycanda "sələfilik" adlandırılan vəhabiliyin yayılması, dövlət strukturlarına hücumlar və gərginlik yaradılması üçün nəzərdə tutulmuşdu. İ.Mollaçiyev və Z.Novruzov qətlə yetirilsələr də, onların dəstələri hələ də "iş"dədir. "Əbdülməcid"in 36, "Zəkəriyyə"nin isə 26 adamı indi Dağıstanın Tabasaran, Axtı, Süleyman Stalski və Məhərrəmkənd rayonlarındadır. Onların bəzilərinin Azərbaycanda olduğu da istisna edilmir. Xatırladaq ki, Çeçenistandakı mücahidlər Dağıstanı və Azərbaycanı sadəcə, "Qafqaz imarətinin vilayətləri" sayırlar. Dünən isə Süleyman Stalski və Xiv rayonlarında yenidən vəhabilər üzə çıxıb. Onlar İçin, Smur, Karankənd və Snal kəndlərində özlərini çox rahat hiss edirlər. Həmin kəndlər Azərbaycandan uzaqda deyil... Həsən AĞACAN express
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Gilanda 9 vəkilə həbs cəzası verildi
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Savalan zirvəsindəki göl tamamilə donub
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi
Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
İranda daha üç etirazçı tələbə cəzalandırıldı