Hakan Fidan: İran həqiqətən çətin vəziyyətdədir
Husilərin silah anbarları bombalandı
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
CNN: Çin qurumları İrana ABŞ obyektlərini daha dəqiq hədəfə almağa kömək edir
İranda qadın müğənniyə 74 şallaq cəzası
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
Səudiyyə Ərəbistanı və BƏƏ-dən İrana qarşı yeni mövqe
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Qaşqay qadın fəal həbs edilib
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölən var
Prezident: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
İrandan gələn "Şaftalı" yükündə 52 kq marixuana aşkarlanıb
Sünni din xadimi məhkəməyə çağırıldı
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Fidanla Əraqçı görüşüb
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
"Hazırda Qarabağ məsələsinin həlliylə bağlı bir rəqabət başlayıb, artıq sadəcə, status-kvonu qorumaq yetərli deyil" "Moskva yenə də qazın tam Rusiyaya satılmasını, Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü məsələsini gündəmə gətirir" Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Dmitri Medvedyevlə görüşdən sonra maraqlı mesajlar verib. Prezident İlham Əliyev deyib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün yaxşı əsaslar var və rəsmi Bakı konfliktin nazamlanması prosesində Rusiyanın aktiv rolunu davam etdirəcəyinə ümidvardır. İkitərəfli iqtisadi əlaqələrin inkişafına diqqət çəkən Azərbaycan prezidenti vurğulayıb ki, əgər Dağlıq Qarabağ problemi həllini taparsa, bu əlaqələr daha yaxşı inkişaf edə bilər. Ramiz Mikayıloğlu Dmitri Medvedyev isə Rusiyanın bundan sonra da tərəfləri razı salan həll yolunun tapılması üçün yardımını əsirgəməyəcəyini söyləyib. Rusiya mətbuatı da Azərbaycan prezidenti İlham Əliyevin Moskvaya səfərinə xüsusi diqqətlə yanaşıb. Görüşdən öncə Kremldəki mənbələrə istinadən "Kommersant" qəzeti yazıb ki, Rusiya-Azərbaycan prezidentləri arasında danışıqların təşəbbüskarı Moskvadır. Məqsəd Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla həlli üçün bir sıra təşəbbüs paketi təklif etməkdir. Eyni zamanda, rəsmi Moskva Bakıdan Qərbin hərbi-siyasi və enerji oyununa girməməsi üçün zəmanət almağa çalışacaq. Rusiya Xarici İşlər Nazirliyinin "Kommersant"a açıqlama verən nümayəndələri Moskvanın Bakıdan möhkəm qarantiya almaq niyyətini gizlətmirlər. Həmin qarantiyada Azərbaycanda oktyabr ayının ortalarında keçiriləcək prezident seçkilərinədək və ondan sonra da rəsmi Bakının Dağlıq Qarabağ problemini zor gücü ilə həll etməyəcəyi nəzərdə tutulur. "Kommersant" bildirir ki, ABŞ və Fransa ilə ATƏT-in Minsk qrupunda birgə fəaliyyət göstərən rəsmi Moskva Azərbaycan və Ermənistana mövqeləri yaxınlaşdırmaq üçün öz variantını təklif etməyə hazırlaşır. Bu planın ilk müddəası Dmitri Medvedyevin iştirakıyla Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya ərazisində danışıqlar aparmasıdır. Rəsmi Moskva Bakı üçün həddən artıq həssas olan Laçın koridorunun statusu, dəhlizin yurisdiksiyasının kimə məxsus olması məsələsinin müzakirəsini təklif edir. Plana görə, koridorla insan və yüklərin təhlükəsiz hərəkəti təmin olunmalı, digər tərəfdən, bu plan koridorun İrəvanın və ya Stepanakertin (Xankəndinin) yurisdiksiyasına verilməsi anlamı daşımamalıdır. RF XİN-dən Azərbaycanla bağlı məsələləri əlaqələndirən diplomatlar "Kommersant"a bildiriblər ki, Rusiya və Azərbaycan prezidentlərinin bu gün (dünən-red.) keçirilən müzakirələrində əsas məsələlərdən biri qeyri- region ölkələrinin silahlı qüvvələrinin Xəzər dənizi regionuna buraxılmaması məsələsinin hər hansı sənədlə təsdiqlənməsinə razılıq alınması olacaq. İdeal şəraitdə Moskva bu məqamın hələ hazırlanmaqda olan Xəzər dənizinin statusu haqqında Konvensiyanın fəaliyyət prinsiplərində öz əksini tapmasını istəyərdi. Kompensasiya əvəzində Rusiya Azərbaycanla hərbi əməkdaşlığı genişləndirməyi, zirehli texnika, ehtiyat hissələri, atıcı silahların verilməsi haqda öhdəlikləri yerinə yetirməyi təklif edir. Rusiyalı politoloq Sergey Markedonova görə, Moskvayla Bakının müzakirə etməli olduğu Xəzər dənizinin statusu, Dağıstan sərhədi, islam fundamentalizmiylə bağlı problem, Azərbaycanda payızda keçiriləcək prezident seçkiləri kimi məsələlər var. Qarabağ məsələsinə gəlincə, politoloq prezidentlərin görüşündə konfliktin xüsusi müzakirə edildiyinə əmindir. O, rəsmi Moskvanın yanaşmasının da mahiyyətini ortaya qoyub: "Qarabağ münaqişəsinin tənzimlənməsi Azərbaycanın, yaxud Ermənistanın qələbəsi anlamında olmamalıdır. Gürcüstan üzünü yalnız Qərbə tutmuşdu. Qərblə bərabər İran, Türkiyə və Rusiya da regionda oyunçudurlar". Politoloq Leyla Əliyeva da Rusiyanın Qarabağ məsələsində irəliləyişə nail olmaqla Cənubi Qafqaz regionunda situasiyanı kökündən dəyişməyə çalışdığını düşünür. Moskvada artıq başa düşürlər ki, əvvəlki kimi prolblemlərin həllini yubatsalar, sonra daha böyük çətinliklərlə üzləşəcəklər. Regionda ABŞ diplomatlarının səylərini artırdığı da göz önündədir. Türkiyə ilə Ermənistanın münasibətlərinin yaxşılaşması da Rusiyanın regiondakı rolunu azaldacaq. Çünki Rusiya-Ermənistan ittifaqını Türkiyə və Azərbaycanla pis münasibətlər şərtləndirib. Ümumiləşdirilsə, Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində həm də bir rəqabət ortaya çıxıb: "Problem ondadır ki, Qarabağ konfliktində iki oyunçu-Azərbaycan və Ermənistan var. Əgər Rusiya konflikt tərəflərindən birinə prioritet verərsə, digər tərəf onun üçün itirilmiş olacaq. Ona görə də Moskvanın Qarabağ münaqişəsinin hansısa məhdud səviyyədə tənzimlənməsini təklif etməsi gözlənəndir. Məsələ həm də ondadır ki, əgər indiyə kimi Cənubi Qafqazda ABŞ, Rusiya və Avropa status-kvonu gözləyirdilərsə, Rusiya Gürcüstana hərbi müdaxilə etməklə status-kvonu pozub. Nəticədə konfliktin tənzimlənməsi prosesində regional oyunçular da aktivləşib. Türkiyə təşəbbüslə çıxış edir, regiona ABŞ diplomatları gəlir. Hazırda Qarabağ məsələsinin həlliylə bağlı bir rəqabət başlayıb. Artıq sadəcə, status-kvonu qorumaq yetərli deyil". "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə fərqli düşünür. Onun sözlərinə görə, bölgədə yaranmış gərgin vəziyyət fonunda Azərbaycan və Rusiya dövlət başçılarının Qarabağ münaqişəsinin hansısa elementini xüsusi müzakirə etmələrinə inanmaq çətindir. Elxan Şahinoğlunun fikrincə, Laçın dəhlizinin statusunun müəyyənləşməsiylə Moskvanın Azərbaycandan hansısa güzəştlər qoparması da mümkünsüzdür. Çünki ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarda da Bakı çoxdan razılığını bildirib ki, Laçın dəhlizindən humanitar yüklərin Ermənistandan Qarabağa və kəs istiqamətə daşınmasında heç bir problem yoxdur. Yəni yeni təklifdən söhbət getmir ki, onun qarşılığında enerji resurslarının daşınması, hərbi-siyasi seçim məsələsində rəsmi Bakı Moskvaya güzəştə getsin. Onun qənaətincə, dövlət başçılarının görüşündə Qarabağ problemindən danışılıb, ancaq diqqət daha çox digər strateji məsələlərə yönəlib. Ekspert dedi ki, Gürcüstan hadisələrindən sonra Bakı daha çox balanslaşdırılmış siyasətə üstünlük verir. Azərbaycan NATO-ya üzvlük məsələsində də Tiflis qədər fəal deyil: "Bu mənada Rusiyanı qıcıqlandıracaq addım atmırıq. Amma məsələ burasındadır ki, balanslaşdırma siyasətinə üstünlük versək də, Rusiya Azərbaycandan daha çox güzəşt qoparmaq fikrindədir. Moskva yenə də qazın tam Rusiyaya satılmasını, Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü məsələsini gündəmə gətirir. Bunlar da Azərbaycanın milli və təhlükəsizlik maraqlarına uyğun deyil. Bakı-Tiflis-Ərzurum xətti olduğuna görə bütün qazımızı Rusiyaya sata bilmərik. Həm də "Nabucco" layihəsini dəstəkləyirik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında isə torpaqlarımızı işğal edən Ermənistana görə yer ala bilmərik". xalqcebhesi
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Gilanda 9 vəkilə həbs cəzası verildi
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Savalan zirvəsindəki göl tamamilə donub
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi
Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
İranda daha üç etirazçı tələbə cəzalandırıldı