Hakan Fidan: İran həqiqətən çətin vəziyyətdədir
Husilərin silah anbarları bombalandı
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
CNN: Çin qurumları İrana ABŞ obyektlərini daha dəqiq hədəfə almağa kömək edir
İranda qadın müğənniyə 74 şallaq cəzası
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
Səudiyyə Ərəbistanı və BƏƏ-dən İrana qarşı yeni mövqe
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Qaşqay qadın fəal həbs edilib
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölən var
Prezident: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
İrandan gələn "Şaftalı" yükündə 52 kq marixuana aşkarlanıb
Sünni din xadimi məhkəməyə çağırıldı
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Fidanla Əraqçı görüşüb
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
ABŞ vitse-prezidenti Dik Çeyninin Bakıya səfəri tam iflasa uğrayıb. Bu sensasiyalı xəbəri Rusiyanın nüfuzlu “Kommersant” qəzeti Azərbaycan prezidentinin administrasiyasındakı mənbəyə istinadən yayıb. Məlumatda deyilir ki, Çeyni hələ Bakıya ayaq basarkən Azərbaycan hakimiyyətinin onun səfərinə soyuq yanaşdığının şahidi olub. Azərbaycana ölkənin müstəqilliyini elan etməsindən bu yana ən yüksək rütbəli Amerika rəsmisinin gəlişinə baxmayaraq, onu aeroportda baş nazirin müavini və xarici işlər naziri səviyyəsində qarşılayıblar. Çeyni Bakıya səhər saatlarında gəlsə də, onu nə prezident İlham Əliyev, nə də baş nazir Artur Rəsizadə qəbul edib. Xəbər verildiyi kimi, Çeyninin səfəri ilə bağlı həmin gün ciddi informasiya qıtlığı hökm sürürdü. Yalnız o dəqiq məlum idi ki, yüksək rütbəli qonağı hava limanında baş nazirin müavini Yaqub Eyyubov və xarici işlər naziri Elmar Məmmədyarov qarşılayıb. Daha sonra Çeyninin korteji M16 avtomatları ilə silahlanmış Amerika xüsusi təyinatlılarının müşayiəti ilə Bakıdakı “Brecnev evi”nə yola düşüb. İnformasiya agentliklərinin xəbərlərində əvvəlcə deyilirdi ki, Çeynini prezidentin Zağulbadakı sarayında İlham Əliyev rəsmi mərasimlə qəbul edib və onunla təkbək görüş keçirib. Lakin gün ərzində Çeyninin qarşılanma mərasimi və onun İlham Əliyevlə sözügedən görüşü haqda heç bir foto və ya videogörüntü yayımlanmadı. Ardınca Çeyninin ABŞ səfirliyinin binasında Azərbaycanda işləyən bəzi xarici neft şirkətlərinin rəhbərləri ilə görüşdüyü xəbəri yayıldı. Daha sonra informasiya agentliklərindən biri xəbər verdi ki, günün ikinci yarısında Çeyni səfərini başa vuraraq Bakını tərk edib. Lakin çox keçmədi ki, Çeyninin İlham Əliyevlə axşam saat 18-dən sonra görüşəcəyi haqda xəbər yayıldı. Belə qənaət yaranırdı ki, Azərbaycan dövlət başçısı ABŞ vitse-prezidenti ilə artıq ikinci dəfə görüşür. Belə hala isə dövlət protokolunda təsadüf edilmir və kifayət qədər qəribə görünə bilərdi. Nəhayət, axşamdan xeyli keçmiş İlham Əliyevlə Çeyninin Azərbaycan prezidentinin Zağulbadakı bağları iqamətgahında görüşdüyü və rəsmi danışıqlar apardığı haqda xəbər, həmçinin videogörüntü yayımlandı. Danışıqlardan sonra İ.Əliyev və D.Çeyni mətbuat üçün qısa açıqlama ilə çıxış ediblər, jurnalistlərə sualları üçün şərait yaradılmayıb. Çeyninin Bakıya bu cür müəmmalı və yarıgizli səfərinin təfərrüatları “Kommersant” qəzetinin yazdıqları ilə üzə çıxır. Qəzet yazır ki, yüksək rütbəli qonaq bütün gün ərzində Bakıda olsa da, İlham Əliyev onu qəbul etməyə tələsməyib. Onun şəhərətrafı iqamətgahına ABŞ vitse-prezidenti ancaq axşam saatlarında gedib. Prezident Aparatındakı mənbə deyib ki, onun İlham Əliyevlə danışıqları kifayət qədər ağır olub, baxmayaraq ki, Çeyni hələ “Haliburton” şirkətinə rəhbərlik edərkən o vaxt ARDNŞ-nin vitse-prezidenti olan İ.Əliyevlə yaxın münasibətlərə malik idi. Görüş zamanı söhbət Gürcüstandakı müharibədən və “Nabukko” qaz kəmərinin tikintisi perspektivlərindən gedib. Xəbər verildiyi kimi, ABŞ mənbələri Çeyninin Bakıya səfərinin əsas məqsədinin “Nabukko” kəməri olduğunu xəbər vermişdi. Bildirilirdi ki, vitse-prezident bu məsələ ilə bağlı Gürcüstanda baş verənlərdən əvvəl regiona səfər planlaşdırıb. Çünki Rusiya son vaxtlar bir-birinin ardınca regionda ABŞ və Avropanın dəstəklədiyi bu layihənin perspektivlərini şübhə altında qoyan addımlar atıb, Azərbaycanın bütün ixrac qazını Avropa qiymətlərinə almağı təklif edib, Türkmənistan qazına görə daha baha qiymət ödəməyə razılaşıb. Amerika mənbələri qeyd ediblər ki, Rusiyanın Gürcüstana müdaxiləsindən sonra Vaşinqton “Nabukko”nu sürətləndirmək qərarına gəlib. Çünki başqa cür Avropanın Rusiyadan enerji asılılığını azaltmaq və beləliklə, Moskvanın Avropaya təsir imkanlarını azaltmaq mümkün deyildi. “Mənbənin məlumatına görə, Çeyni İlham Əliyevə məlumat verib ki, ABŞ regiondakı müttəfiqlərini möhkəm şəkildə dəstəkləyəcək və Rusiyadan yan keçən ”Transxəzər" qaz onun davamı olan “Nabukko” kəməri layihəsini reallaşdırmaq üçün bundan sonra da intensiv səylər göstərəcək. Lakin İ.Əliyev ona izah edib ki, Vaşinqtonla münasibətləri qiymətləndirir, ancaq bununla belə, Moskva ilə mübahisəyə girişməyə də hazırlaşmır. İ.Əliyev Bakının “Nabukko” layihəsi üçün öncüllük etməyəcəyini və bu layihənin reallaşması üçün təşəbbüskar kimi çıxış etməyəcəyini ona çatdırıb. Prezident Aparatından bildirildiyinə görə, Çeyni söhbətin yekunlarından o dərəcədə qəzəblənib ki, onun şərəfinə təşkil olunan təntənəli axşam yeməyinə də qatılmaqdan imtina edib"-deyə “Kommersant” yazır. Qəzet xəbər verir ki, İ.Əliyevin Çeyni ilə görüşünün başa çatmasından az sonra onunla Rusiya prezidenti Dmitri Medvedyev arasında telefon danışığı olub. Bu telefon danışığı Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub. Tərəflər nə zaman görüşə biləcəkləri ilə bağlı müzakirə aparıblar. Rusiya mənbələri bu telefon danışığının məhz Əliyevlə Çeyni arasındakı danışıqlardan sonra aparıldığını bildirir. Yəni belə başa düşmək olur ki, Medvedyev Əliyevin Çeyni ilə nə danışdığı haqda dərhal ondan məlumat alıb. Azərbaycanın rəsmi qaynaqları isə Medvedyevlə Əliyevin telefon danışığının Çeyni ilə görüşdən əvvəl, yoxsa sonra aparıldığı haqda dəqiq bilgi vermir. Bu sırada Azərbaycan prezidentinin mətbuat xidməti də var. Mətbuat xidməti əvvəlcə Çeyni ilə Əliyev arasındakı görüşə, daha sonra isə Medvedyevin Əliyevə telefon zənginə dair rəsmi məlumat yayıb. Qurumun başçısı Azər Qasımov “Azadlıq” radiosuna açıqlamasında belə deyib: “Biz informasiya vermişik. Xəbərlər hansı ardıcıllıqla verilibsə, olaylar da o ardıcıllıqla baş verib”. - O zaman belə başa düşmək olarmı ki, İlham Əliyevlə Dmitrii Medvedyevin telefon danışığı Dik Çeyni ilə görüşdən sonra baş tutub? - Mən bununla bağlı heç nə deyə bilmərəm. Bir az qəliz sualdır. Çox xahiş edirəm, mən cavab vermirəm. “Kommersant” qeyd edir ki, İlham Əliyevin Vaşinqtonun Rusiyadan yan keçən yeni kəmərlər çəkmək planlarına dəstək vermək istəməməsi izahediləndir. Azərbaycanın qonşuluğunda Gürcüstanın Abxaziya və Cənubi Osetiyanı birdəfəlik itirməsi, rus tanklarının Tiflisin yaxınlığında peyda olmasını Bakıda NATO-ya üzv olmaq istəyən digər region ölkələri üçün siqnal kimi qəbul ediblər. Rusiyanın yanacaq-energetika kompleksindəki mənbə isə qəzetə bildirib ki, Azərbaycan indiki situasiyada öz qazını Gürcüstan və Türkiyədən deyil, Rusiyadan nəql etməyə qərar verib. Xüsusən də bu ilin iyun ayında “Qazprom” Azərbaycan qazını Avropa qiymətləri ilə almaq üçün uzunmüddətli müqavilə təklif edib. Qəzet onu da yazır ki, Bakıdan fərqli olaraq Çeyninin Tiflis və Kiyevdə səfəri yaxşı keçib, Gürcüstan və Ukrayna Qərblə daha da yaxınlaşıb, NATO-ya üzv olmaq niyyətlərini təsdiq ediblər. Rusiya mətbuatının Çeyninin Bakıya səfərinin iflasa uğraması ilə bağlı yazdıqlarına dünən ABŞ-ın Azərbaycandakı səfirliyi açıqlama verib. Səfirlikdən bildiriblər ki, deyilənlərin əksinə olaraq vitse-prezident Bakıda uğurlu danışıqlar aparıb və ona göstərilən qəbuldan məmnun qalıb. Qeyd edək ki, Çeyni ilə Əliyevin mətbuat üçün açıqlamalarında enerji təhlükəsizliyi sahəsində uğurlu əməkdaşlıqdan və gələcəkdə də bu cür əməkdaşlığın davam edəcəyindən söhbət açılırdı. Lakin “Nabukko” layihəsinin adı çəkilməyib. “Nabukko” layihəsi üzrə yaradılmış beynəlxalq şirkətlər konsorsiumunun icraçı direktoru Reinhard Mitçek isə “Forbes” jurnalına açıqlamasında bildirib ki, Gürcüstanda müharibəyə baxmayaraq onlar layihə üzərində işi dayandırmayıblar. Onun sözlərinə görə, kəməri əvvəlcədən nəzərdə tutulduğu kimi, 2013-cü ildə istifadəyə vermək nəzərdə tutulur. “Biz layihənin inkişafı ilə məşğuluq, ”Nabukko" işləyir, bütün tərəfdaşlar müəyyən olunub və kəməri tikmək üçün tam qərarlıdır"-deyə Mitçek bildirib. O əlavə edib ki, Rusiyanın “Cənub axını” layihəsi “Nabukko”ya mane olmur. Çünki Avropanın qaza olan tələbatı sürətlə artır və hər iki kəmərlə nəql olunacaq qaza alıcılar tapılacaq. Beləliklə, Çeyninin səfəri ilə bağlı ortaya çıxan təfərrüatlar belə deməyə əsas verir ki, Azərbaycan “gözü çıxan qardaşdan”-yəni Gürcüstanın başına gətirilənlərdən dərs götürüb. Bir halda ki, ABŞ Qafqazdakı müttəfiqlərini rus tanklarından və bombalarından qorumaq üçün bəyanatlardan uzağa gedə bilmir, o zaman nəyə görə Azərbaycan Bakı-Tiflis-Ceyhan neft kəmərindən sonra Qərbin dəstəklədiyi ikinci iri layihəyə qoşulub özünü Moskvanın hədəfinə çevirməlidir? Yəqin ki, Çeyni Bakıda İ.Əliyevə Azərbaycanın təhlükəsizliyi ilə bağlı hansısa təminatlar vəd edib. Ancaq söhbət rus hərbi maşınına qarşı təhlükəsizlikdən gedirsə, ABŞ-ın Azərbaycana belə təminat verməsi ən azından yaxın perspektivlər üçün real deyil. Hətta ABŞ bu vədləri yerinə yetirmək üçün işə başlasa belə, Rusiyanın imkanı var ki, Vaşinqtonun təhlükəsizlik mexanizmləri təşəkkül tapana qədər öz planlarını həyata keçirsin. F.MƏMMƏDOV musavat
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Gilanda 9 vəkilə həbs cəzası verildi
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Savalan zirvəsindəki göl tamamilə donub
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi
Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
İranda daha üç etirazçı tələbə cəzalandırıldı