Hakan Fidan: İran həqiqətən çətin vəziyyətdədir
Husilərin silah anbarları bombalandı
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
CNN: Çin qurumları İrana ABŞ obyektlərini daha dəqiq hədəfə almağa kömək edir
İranda qadın müğənniyə 74 şallaq cəzası
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
Səudiyyə Ərəbistanı və BƏƏ-dən İrana qarşı yeni mövqe
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Qaşqay qadın fəal həbs edilib
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölən var
Prezident: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
İrandan gələn "Şaftalı" yükündə 52 kq marixuana aşkarlanıb
Sünni din xadimi məhkəməyə çağırıldı
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Fidanla Əraqçı görüşüb
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
"Tarixi gün" gəlib çatdı. Bu gün Türkiyə prezidenti Abdullah Gül İrəvana gedəcək və "Razdan" stadionunda ermənistanlı həmkarı Serj Sərkisyanla Ermənistan və Türkiyə futbol yığmalarının qarşılaşmasını izləyəcək. Dünən Gülün Ermənistana səfərinin detalları açıqlanıb. Sərkisyanın qonağını "Zvartnots" hava limanında Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan qarşılayacaq. Təyyarədən yerə enməzdən əvvəl Türkiyə prezidenti əyninə kostyumun altından xüsusi polad gödəkcə geyinəcək. Türkiyə nümayəndə heyəti hava limanından Ermənistan Prezident Sarayında xüsusi olaraq yaradılmış təhlükəsizlik dəhlizi ilə gedəcək. Burada iki prezident arasında təkbətək görüşdən sonra Sərkisyan Gülün şərəfinə iftar yeməyi verəcək. Gül orucunu açdıqdan sonra Sərkisyanla birlikdə "Razdan" stadionuna gedəcək. Səfərin təhlükəsizlik məsələləri son detalına kimi Türkiyə tərəfi ilə razılaşdırılıb. Gülün İrəvanda istifadə edəcəyi maşın və hava limanından Prezident Sarayına, oradan isə stadiona doğru gedən yola nəzarət edəcək xüsusi cihaz Türkiyədən göndərilib (APA). "Razdan" stadionunda Türkiyə prezidentinə qarşı ehtimal olunan sui-qəsdin qarşısını almaq üçün Gülün oturacağı skamyanın dörd bir tərəfi güllə keçirməyən şüşə ilə bağlanacaq. Bununla da İrəvana Ermənistan-Türkiyə matçını canlı izləməyə gedəcəyi açıqlanan Abdullah Gül əslində oyunu şüşə arxasından izləyəcək. Gülün İrəvan səfəri ərəfəsində Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan bu səfərə dəstək açıqlaması yayıb. Ərdoğan Azərbaycana bir müddət əvvəl etdiyi səfəri zamanı bu məsələni müzakirə etdiyini, "hər hansı sıxıntı olduğunu" zənn etmədiyini deyib. Səfər heyətinə xarici işlər naziri Əli Babacanı da daxil etdiyini deyən Ərdoğan bunu "Qafqaz İttifaqı" ilə bağlı ilkin danışıqların keçirilməsi üçün nəzərdə tutduğunu bildirib: "Masadan qaçdıqca heç bir şey əldə edə bilmərik. Siz masaya gəlin, başqaları masadan qaçsın. Olayı belə düşünürəm". "İdman ayrı, siyasət ayrı" deyən baş nazir Dağlıq Qarabağ məsələsi ilə bağlı ölkəsinin mövqeyini bir daha bəyan edib: "Əgər bütün məsələ Dağlıq Qarabağ problemi ilə bağlıdırsa, bu məsələdə biz ATƏT-in Minsk qrupunun apardığı danışıqların ədalətli nəticələr əldə edərək, problemi çözməsinin tərəfdarıyıq. Həmçinin Ermənistanın BMT Təhlükəsizlik Şurasının problemlə bağlı qətnamələrinə əməl etməsi lazımdır. Minsk qrupunu həmsədri olan Rusiya, ABŞ və Fransa 16-17 ildir ki, davam edən bu danışıqlar prosesini artıq bitirməlidir. Bu problemin həlli yolu tapılmalıdır". Beləliklə, bu gün qardaş ölkənin prezidenti düşmən ölkədə futbol matçına tamaşa edəcək. Şübhəsiz ki, hər bir ölkənin öz maraqları var və hər bir dövlət, o cümlədən Türkiyə də buna uyğun siyasət yürüdür. Bundan faciə düzəltmək bizə düşməyib, lakin dərd burasındadır ki, Ankaranın bu addımındakı maraqları da qaranlıqdır. AKP iqtidarı bu səfərlə hansı hədəfinə çatmaq istəyir, baş açmaq olmur. Ermənistan Türkiyənin ərazi bütövlüyünü tanımır, Şərqi Anadolunu "Qərbi Ermənistan" adlandırır. Gülün səfərinin ermənilərin Türkiyəyə qarşı ərazi iddialarından vaz keçmələrinə səbəb olacağını düşünmək min qat sadəlöhlükdür. Qondarma "soyqırım" iddialarından əl çəkməyi haylar heç ağıllarına belə gətirmirlər. Bəlli olduğu kimi, Türkiyə rəhbərliyini İrəvanla dialoqa ABŞ və Avropa itələyir. Qosqoca Türkiyə dövlətinin indiki başçıları da Qərbə uyub avantüraya gedir - zira Gül İrəvanda hər cür sürprizlə üzləşə bilər. Bəlkə, bu əcaib səfər Ankaranın AB yolunu açacaq? Arkadaş, özünüz də bilirsiniz ki, erməni, kürd və ya Şimali Kipr məsələsi bəhanədir, Sarkozi və kampaniyası sizin bu yolunuzu əngəlləmək üçün istənilən qədər ermənisayağı kötük tapa bilərlər. Türkiyənin Bakıdakı səfiri cənab Hulusi Kılıç vəd edir ki, Gülün səfərinin "Azərbaycan üçün faydası olacaq". Belə optimizmlə yalnız bişmiş toyuğu güldürmək olar. Türkiyə prezidentinin səfərinin Qarabağ nizamlanmasına tük qədər də təsiri gözlənilmir. Ən azı ona görə ki, Qarabağ danışıqları Moskvanın inhisarındadır və İrəvan bu məsələdə müstəqil qərar verməyə qadir deyil. Xatırladaq ki, Sərkisyan sentyabrın 2-də Soçidə Rusiya prezidenti Dmitri Medvedyevlə görüşmüşdü. Sərkisyana Kremldən hansı təlimat verilibsə, Güllə danışıqların mövzusu da ona uyğun qurulacaq. İrəvanda Gülün Sərkisyanla Ərdoğanın "Qafqaz Sabitlik Paktı" təşəbbüsünü müzakirə etməsinə gəlincə isə, "Ekspress" bu ideyanın ölü doğulması barədə dəflərlə yazıb: Rusiyanın Gürcüstana, Ermənistanın Azərbaycana təcaüzünün davam etdiyi bir şəraitdə hansı "Qafqaz İttifaqı"ndan danışmaq olar? Ermənilərin Gülün səfərindən hansısa faydalar, qazanclar götürəcəkləri şəksizdir. Sərhədlərin açılmasına doğru daha bir addım atılmasından tutmuş, ermənilərin Türkiyədə biznes qurmasınadək müxtəlif fərziyələr irəli sürmək, İrəvanın Ankaranı Qarabağ məsələsindən təcrid etməklə Azərbaycanı təkləmək planlardan danışmaq olar. Amma yenə ümidimi itirmək və inanmaq istəmirəm ki, Ankara nə vaxtsa "Qarabağ və digər problemlər həll edilmədən sərhədlərin açılmasından söhbət gedə bilməz" vədinə xilaf çıxacaq. Bununla belə, bu da şübhə doğurmur ki, Abdullah Gülün İrəvan missiyasının nə effekti, nə də nəticəsi olacaq. Əksinə, Gül və onu ora göndərən Ərdoğanın bu anlamsız riskə getməklə yalnız və yalnız öz siyasi reputasiyalarını zədələyəcəklər. Ən kədərlisi isə budur ki, qəfildən iki qardaş ölkənin münasibətlərinin zədə alması, soyuması təhlükəsi ilə üz-üzəyik. Ərdoğan məsələni Bakıda müzakirə etdiyini və "hər hansı sıxıntı olduğunu" zənn etmədiyini deyir. Rəsmi Bakı narazılığını aşkar şəkildə ortaya qoymasa da, incikliyini üstüörtülü şəkildə büruzə verir. "Gülün Ermənistana səfəri Türkiyənin daxili işidir. Bununla bağlı Türkiyə prezidenti qərar verəcək, Azərbaycan hansısa şəkildə öz tərəfindən buna müdaxilə edə bilməz",-deyə Azərbaycanın xarici işlər naziri Elmar Məmməyarov bildirib. Azərbaycanın baş diplomatı diplomatik etiketin hüdudlarından çıxmadan rəsmi Bakının mövqeyini dolayısı ilə ortaya qoyur. Məmmədyarovun sözlərini belə yozmaq olar, Gülün İrəvan səfəri Bakıya xoş getməyib, amma bu, Türkiyənin daxili işidir və Azərbaycan "buna müdaxilə edə bilməz". Gülün siyasi meydandakı uğursuz gedişi fonunda Fatih Terimin komandasının - Türkiyə millisinin yaşıl meydandakı uğuru yalnız təsəlliverici ola bilər. "Ay-ulduzlular" bu gün qalib gəlməsələr, iki qat müsibət olacaq... X.Rüstəm
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Gilanda 9 vəkilə həbs cəzası verildi
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Savalan zirvəsindəki göl tamamilə donub
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi
Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
İranda daha üç etirazçı tələbə cəzalandırıldı