Husilərin silah anbarları bombalandı
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
CNN: Çin qurumları İrana ABŞ obyektlərini daha dəqiq hədəfə almağa kömək edir
İranda qadın müğənniyə 74 şallaq cəzası
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
Səudiyyə Ərəbistanı və BƏƏ-dən İrana qarşı yeni mövqe
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Qaşqay qadın fəal həbs edilib
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölən var
Prezident: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
İrandan gələn "Şaftalı" yükündə 52 kq marixuana aşkarlanıb
Sünni din xadimi məhkəməyə çağırıldı
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Fidanla Əraqçı görüşüb
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Sayın Abdulla Gülün Ermənistana səfərini hərə bir cür qarşılayır. Türkiyə mətbuatı (təbii ki, AKP-yə işləyən mətbuat), eləcə də bizim bir çox siyasətçilərimiz bu utancverici səfəri malalamağa, burdan nə isə xoş bir məqam çıxarmağa çalışırlar. Etsinlər. Amma mən onların səmimiliyinə inanmıram. Sayın Gül Sərkisyanı dəvət etsəydi və Sərkisyan Ankaraya getsəydi, bəlkə bu o qədər də böyük faciə deyildi. Amma Türkiyə kimi qüdrətli bir dövlətin başçısının Türkiyəyə əzəli və əbədi düşmənçilik edən bir dövlətin başçısının ayağına getməsi, bu, Türk tarixinin heç vaxt silinməyəcək bir ləkəsidir mənim üçün. Özü də Sərkisyan kimi əli minlərlə Azərbaycan türkünün qanına bulaşmış, Xocalı soyqırımı törətmiş bir nəfərin. (Ardı 2-ci səhifədə) Bəli, sabah sayın Gül Sərkisyanın ayağına gələcək. Türk düşməni ilə öpüşəcək, bir süfrədə çörək yeyəcək və sair və ilaxır, at gəldi, örkən apardı. Bir papağı yeməli Əsgər Akayev vardı, gəldi İrəvana, İrəvana gəlməyi cəhənnəm, uydurma soyqırım abidəsinə əklil də qoydu. Yəni türkün papağını ermənilərin qabağında yerə soxdu. Heç bilmirəm niyə yadıma düşdü. Türkmənistanın da bir kralı vardı, Türkmənbaşı. Köçəryanla sənəd imzalayıb Ermənistana silah-sursat satırdı. Əsgər Akayevlə Türkmənbaşını boş verək getsin, çünki onların zatı bəlli deyildi, detdom uşaqları idi. Amma sayın Gül zati-aliləridi. Sultan Mehmetin, İldırım Bəyazidin, Atatürkün, Turqut Özalın oturduğu taxtda oturur. Türkiyəni sındırdılar. Özü də çox pis sındırdılar. Min illər türkləri sındıra bilməyiblər, bütün dünya tökülüb üstlərinə, amma Mehmet Akifin dediyi kimi: Mərkəzi-xakə atsalar da bizi, Kürreyi-ərzi partladar, çıkarız. Bəli, bütün dünya tökülüb üstünə mərkəzi-xakə atıblar, amma türklər kürreyi-ərzi partladıb çıkar. Darmadağın olmuş Türkiyəni Atatürk yalın əllə qurub, qüdrətli bir dövlətə çevirib və bizlərə əmanət qoyub. Əmanəti belə qoruyarlar?! Sentyabrın 6-da Fateh Sultan Məhəmməddən üzü bəri böyük türk oğullarının məzarda müqəddəs nəşləri tərpənəcək. Atatürkün də, Ənvər paşanın da, Nuru paşanın da, İsmət paşanın da, Turqut Özalın da, Türkeşin də, Ramiz Rövşən demiş, qəbirləri damacaq. Bəli, guya sayın Gülün bu səfəri nə isə ümumi işin xeyirinə olacaq, zəncəfil qurusu, badımcan dolması. Yəni doğrudanmı, bizlər hələ də erməniləri tanımamışıq?! Sabah sayın Gül İrəvana gələcək. Ürəyimdəkiləri yazıb ortalığa tökmək istəmirəm. Bəlkə həyatımda ilk dəfədir ki, yazı yazanda özümü bu qədər zorlayıram ki: adam infarkt olar. Görünür, indiyəcən gördüyüm faciələr və dəhşətlər məni adamlıqdan çıxarıb ki, infarkt olmuram. Ürəyimdəkiləri də ona görə yaza bilmirəm ki, Türkiyəni canımdan çox sevirəm və qorxuram ki, xəta eləyəm, canımdan çox sevdiyim Türkiyəni aşağılayam. Sabah sayın Gül İrəvana gəlir. Çox ağırdı! Ermənilər Qarabağı, Şuşanı, Ağdamı təkrar işğal elədilər. Ana və bacılarımızı cismən süngüyə keçirmişdilər, indi ruhlarını süngüyə keçirdilər. 25 min şəhid balamızın indi ruhlarını güllələdilər. Pirlərimizi yenidən dağıtdılar, torpaqlarımızı yenidən şumladılar. Mən bu xəbəri belə yaşadım. Kimlər bu xəbəri necə yaşayırsa, öz işləridi. Türkiyə filan yeri qapı arasında qalmış, can verməkdə olan Ermənistanın çırağına nöyüt tökdü. Amma bircə onu bilirəm ki, Ermənistanın arxasında bütün dünya dursa da, Türkiyəylə sərhədləri açıb qardaşlaşsa da, ABŞ-ın məsləhəti ilə Türkiyə Bosforda Andronikə heykəl qoysa da xeyri yoxdu. Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək. Çünki Ermənistanın arxasında dayananlar bizim arxamızda durandan güclü deyillər. Bizim arxamızda duran Tanrıdı. Tanrı Türkü qorusun! Tanrı bu milləti qorusun! Tanrı bu millətin Ali Baş Komandanını qorusun! P.S. Gözəl bir gürcü filmi var: "Qəm eləmə". Baş rolda Kikabidze oynayır. Orda knyazın əyanlarının ağladığı səhnə var ey, yadınıza düşdü? Açıq yazmıram, eldən ayıbdı. Bax, həmin knyazın o əyanlarının günündəyəm. Aqil ABBAS [email protected]/* */ adalet
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Gilanda 9 vəkilə həbs cəzası verildi
İranda alzheimerə yoluxanların sayı artıb
Savalan zirvəsindəki göl tamamilə donub
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi
Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
İranda daha üç etirazçı tələbə cəzalandırıldı