CNN: Çin qurumları İrana ABŞ obyektlərini daha dəqiq hədəfə almağa kömək edir
İranda qadın müğənniyə 74 şallaq cəzası
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
Səudiyyə Ərəbistanı və BƏƏ-dən İrana qarşı yeni mövqe
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Qaşqay qadın fəal həbs edilib
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölən var
Prezident: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
İrandan gələn "Şaftalı" yükündə 52 kq marixuana aşkarlanıb
Sünni din xadimi məhkəməyə çağırıldı
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Fidanla Əraqçı görüşüb
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Azərbaycanda həssaslıqla qarşılanan, o cümlədən Türkiyənin özündə də etirazlar doğuran prezident Abdullah Gülün Ermənistana nəzərdə tutulan səfəri artıq reallaşmaq üzrədir. Dünən Türkiyə Xarici İşlər Nazirliyinin müşavirinin müavini, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Ünal Çeviközün başçılıq etdiyi nümayəndə heyətinin İrəvana getməsi artıq Gülün səfərdən imtina edə biləcəyinə dair şübhələri minimuma endirib. Gülün futbol matçını izləmək bəhanəsilə təcavüzkar ölkənin paytaxtına səfər etməsinə Türkiyənin aparıcı müxalifət partiyalarının etirazları, CXP lideri Dəniz Baykal, MHP başqanı Dövlət Baxçalının kifayət qədər sərt açıqlamaları, o cümlədən MHP-dən olan millət vəkili Atilla Kayanın məsələ ilə bağlı Gülə çox təsirli müraciət ünvanladığı barədə xəbər verilib. Qəribəsi odur ki, Ermənistan-Türkiyə yaxınlaşmasının Azərbaycanın faydasına ola biləcəyi barədə də iddialar eşidilməkdədir. Sonuncu dəfə Türkiyə tərəfindən qardaş ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç bu barədə danışarkən “Türkiyə prezidenti Abdullah Gülün Ermənistana səfərinin Azərbaycan üçün faydası olacaq” söyləyib. Diplomat səfərin Türkiyə ilə Azərbaycan arasında münasibətlərə problem yaratmayacağını da bildirib: “Problemi yaratmaq istəyənlər yarada bilər. Ancaq niyə yaransın ki? Ermənistan yetkililəri ilə Azərbaycan yetkililəri də görüşür. Türkiyə yetklilərinin də görüşməsində hər hansı problem yoxdur. Bu, sadəcə, bir matçdır”. Buna oxşar fikirlər əslində səfərin reallaşmasına yumşaq formada da olsa, etiraz etməli, Türkiyə ilə məsləhətləşmələrə başlamalı olan rəsmi Bakıdan da eşidilir. XİN səviyyəsində bunu Türkiyənin daxili işi kimi qiymətləndiriblər. Digər tərəfdən hakim Yeni Azərbaycan Partiyasından olan deputatlar da bu səfərə dəstəyini ifadə ediblər. ANS-ə açıqlaması zamanı YAP-ın icraçı katibinin müavini Mübariz Qurbanlı və Şuşa rayon İcra Hakimiyyətinin başçısı Nizami Bəhmənov Gülün səfərinə normal yanaşdıqlarını ifadə ediblər. Ancaq fakt budur ki, ölkə müxalifəti, Qarabağla əlaqəli fəaliyyət göstərən qurumlar bu səfərin Azərbaycana zərər verəcəyi, üstəlik Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirəcəyi iddiasındadır. İqtidarın fərqli siyasətinin əsasında nə dayana bilər? Konfliktlərin həlli mərkəzinin rəhbəri Elxan Mehdiyev güman edir ki, Türkiyə bu məsələni Azərbaycanla razılaşdırıb: “Mümkündür ki, bu barədə rəsmi Bakıya xəbər verilib. Ən azı Ərdoğan Bakıya gələndə məsələni danışıb və Gülün İrəvan səfərinin önəm daşımadığını deyərək Azrbaycan rəhbərliyinin razılığını alıb. Bu mənada yəqin ki, səfər Azərbaycan rəhbərliyində etiraz doğurmayacaq”. Bununla belə, E.Mehdiyev rəsmi Bakının Ankaradan inciməyə haqqının olmadığını da xüsusi vurğuladı: “Azərbaycan tərəfi Qarabağın işğaldan azad olunması ilə bağlı heç bir şey etmirsə, o zaman Türkiyə Azərbaycanın girovuna çevrilməyəcək ki”. Ancaq konfliktoloq istənilən halda Gülün İrəvan səfərini Türkiyə üçün bənzəri olmayan hadisə sayır: “Heç şübhəsiz Gülün bu hərəkəti Türkiyə daxilində də çox böyük problemlərə gətirəcək və etiraz doğuracaq”. Ekspert hesab edir ki, bu səfərin Azərbaycana faydası olduğunu demək təbliğatdan başqa bir şey deyil: “Türkiyə iddia edir ki, Ermənistanla münasibətlər qursa, Dağlıq Qarabağ məsələsi tezliklə yoluna qoyula bilər. Ancaq bu, yanlış fikirdir. Çünki erməni tərəfinin Türkiyə ilə münasibətlər qurması Qarabağ məsələsi ilə bağlı deyil. Əksinə, Türkiyə ilə münasibətlər qurmaqla ermənilər Türkiyəni Dağlıq Qarabağ məsələsindən ayırmaq istəyirlər. Yəni Ermənistan bu yolla Azərbaycanı tamamilə təkləmək siyasəti yürüdür”. E.Mehdiyev şübhə etmir ki, bu, Türkiyə üçün ən böyük alçaldıcı səfər olacaq: “Ermənistanı tanıyan adam kimi mən əminəm ki, stadionda Türkiyənin milli marşı çalınan zaman Türkiyəyə, Gülün özünə qarşı təhqirlər yağdırılacaq. Həmçinin 90 dəqiqə ərzində Türkiyəyə ünvanlı hədələr səslənəcək. Beləliklə, Abdullah Gül özü də təhqir olunub qayıdacaq”. Konfliktoloq Türkiyə hakimiyyətinin Ermənistandakı durumu və bu ölkənin niyyətini anlamadığını bildirdi. Qeyd etdi ki, səfərin reallaşması da məhz bu məlumatsızlıqdan irəli gəlir: “Bir də ki, bu, Türkiyədəki rejimin Ermənistan və regiondakı prosesləri dərindən anlamamağından doğan primitiv addımdır. Gülün heç bir mənası olmayan Türkiyə-Ermənistan oyununa gəlməsində əslində başqa bəhanənin olduğu da görünür. Türkiyənin marağına uyğun olmasa da, indiki rejim o qədər təcrübəsizdir ki, xarici basqılar altında hərəkət edir. Bu, Ermənistana səfər məsələsində aydın görünür. Şübhəsiz ki, Türkiyəyə Avropa Birliyi və Amerika tərəfindən təzyiqlər olunur və bu səfər də onların məsləhəti ilə reallaşır”. E.Mehdiyev İrəvana gedəcək nümayəndə heyətinə adı salınan AKP-li deputatın səfərdən imtinasını da ciddi hadisə saymır: “AKP-nin 350-yə yaxın deputatı var. Bir neçəsinin səfərdən imtina etməsi heç nəyi dəyişmir. Faktiki AKP hökuməti istəyir ki, Ermənistanla əlaqələr qursun. Bu qərar hakim partiyanın qurduğu hökumətin qərarıdır. AKP bunun əleyhinə olsaydı, Gül ora gedə bilməzdi”. Ekspert onu da bildirdi ki, Ərdoğanın Qafqaz platforması ilə bağlı təklifi xoşməramlı olsa da, heç bir perspektivi yoxdur. Elşad PAŞASOY musavat
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Gilanda 9 vəkilə həbs cəzası verildi
İranda alzheimerə yoluxanların sayı artıb
Savalan zirvəsindəki göl tamamilə donub
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi
Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
İranda daha üç etirazçı tələbə cəzalandırıldı