Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
Səudiyyə Ərəbistanı və BƏƏ-dən İrana qarşı yeni mövqe
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Qaşqay qadın fəal həbs edilib
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölən var
Prezident: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
İrandan gələn "Şaftalı" yükündə 52 kq marixuana aşkarlanıb
Sünni din xadimi məhkəməyə çağırıldı
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Fidanla Əraqçı görüşüb
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
Türkiyə prezidenti Abdulla Gülün Ermənistana səfəri beynəlxalq arenada müzakirə olunan ən əhəmiyyətli məsələlər sırasına çıxıb desək, yanılmarıq. Hətta bu məsələ aktuallığına görə Rusiya-Gürcüstan müharibəsini də geridə qoyub. Dünən bu məsələ Birləşmiş Ştatlar prezidenti Corc Buşun Türkiyə prezidenti ilə telefon danışığında da müzakirə olunub. Çox güman ki, Buş Gülü Yerevana getmək üçün dilə tutub. "CNN turk"in yaydığı məlumata görə, prezidentlərin telefon danışığında Türkiyə və Ermənistan prezidentlərinin erməni-türk münasibətlərinin irəliyə doğru getməsi üçün verdikləri dəstək müzakirə olunub. Buş administrasiyasının nümayəndəsi Qordon Condro bildirib ki, prezidentlərin telefon danışığı zamanı Rusiya ilə Gürcüstan arasında münaqişə də müzakirə olunub. A.Gül AB-nin vasitəçiliyi ilə əldə olunan 6 maddəlik atəşkəs anlaşmasının tam şəkildə həyata keçirilməsini zəruri sayıb. Türkiyə prezidenti onların təşəbbüsü ilə ortaya atılan "Qafqazda sülh və əməkdaşlıq platforması" ilə bağlı amerikalı həmkarına məlumat verib. Ümumiyyətlə, Abdulla Gülün Yerevana səfərinin vaxtı yaxınlaşdıqca mövzu ətrafında ən müxtəlif məlumatlar yayılmaqdadır. Bəlli olan odur ki, ermənilərin böyük bir qismi Türkiyə prezidentinin səfərinə razı deyil. Məsələn, Ermənistanın İnqilab Federasiyası "Daşnaksütyun" Türkiyə prezidenti Abdulla Gülün Yerevana səfəri ilə bağlı aksiya keçirməyə hazırlaşır. Məlumatı yurnalistlərə Ermənistan parlamentinin vitse-spikeri, "Daşnaksütyun"un idarə heyətinin üzvü Qrayr Karapetyan verib. Onun sözlərinə görə, etiraz aksiyası Türkiyə prezidentinin təyyarəsinin enəcəyi hava limanından başlayacaq. Vitse-spiker xəbərdarlıq edib ki, aksiyanın gedişində təxribatlar da baş verə bilər və "Daşnaksütyun" tərəfdarlarını bunlara uymamağa çağırıb. Daşnaklardan fərqli olaraq Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan Türkiyə prezidentinin Yerevana gələcəyi təqdirdə onu alqışlayacaqlarını bildirib. Eks-prezident futbol oyununun "iki dövlət arasındakı buzları əritmək üçün çox gözəl fürsət olduğunu" bəyan edib. Ter-Petrosyan qonşu Türkiyənin heç bir dövlət rəhbərinin indiyə kimi Ermənistana səfər etməməsindən heyrətləndiyini bildirib: "Mən prezident olan zaman müxtəlif səbəblərlə Türkiyəni dəfələrlə ziyarət etmişəm". Türkiyənin İqdır bölgəsində fəaliyyət göstərən 10 qeyri-hökumət təşkilatı, həmçinin Cümhuriyyət Xalq və Milliyyətçi Hərəkat Partiyalarının yerli ofisləri prezident Abdulla Gülün Ermənistana gözlənilən səfəri ilə bağlı bəyanat yayıb. Bəyanatda Türkiyə prezidenti Ermənistana getməməyə çağırılır və bildirilir ki, Gülün səfəri azərbaycanlıları ürəkdən yaralayacaq: "Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini niyə kimsə görmək istəmir? Biz dünyaya səslənirik: 85 il əvvəl olanları gündəmə daşıyıb, bununla məşğul olmaq cəsarəti tapanlar ermənilərin yaxın tariximizdə Qarabağda törətdikləri vəhşilikləri niyə görmürlər? Ermənilərin 1992-ci ildə Xocalıda törətdikləri soyqırımın başqa bir adı varmı? Unutmayaq ki, Türkiyə ilə Ermənistan arasındakı əlaqələrin normallaşmasında ən böyük əngəl türk düşmənliyi üzərində qurulan erməni siyasətidir. Bütün bunları nəzərə alaraq, prezident Gülü Yerevana getməməyə çağırırıq". Yerevanda səfərdə olan Türkiyə prezidentinin xüsusi nümayəndəsi, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Ünal Çeviköz Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüb. Görüşdə Abdulla Gülün Ermənistana səfərinin təfərrüatları müzakirə edilib. Bu barədə "Novosti-Armeniya" agentliyi məlumat yayıb. Görüş zamanı, həmçinin Türkiyənin regionda stabillik və təhlükəsizlik yaranması üçün "Qafqaz ittifaqı" barədə təşəbbüsü də müzakirə edilib. E.Nalbandyan qeyd edib ki, Ermənistan həmişə regionda inam, stabillik və əməkdaşlıq üçün edilən səyləri müsbət qarşılayıb. Onun sözlərinə görə, bu ittifaqın yaranmasını da alqışlamaq olar. Məsələ ondadır ki, Türkiyə mətbuatı Gülünün səfərin baş tutmasının məhz Ünal Çeviközün missiyasından asılı olduğunu yazır. Ermənistan prezidenti Sery Sarkisyan isə mətbuata verdiyi açıqlamada bildirib ki, iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün hər hansı ön şərt irəli sürmək gərək deyil: "Biz bu məsələdə heç bir ön şərt qoymuruq". O, həmçinin qondarma soyqırımı məsələsinə də toxunub: "Yer üzündə soyqırımın olduğuna inanmayan bir erməni belə yoxdur. Ancaq biz heç vaxt soyqırımın tanınmasını münasibətlərimizi qaydaya salmağın şərti kimi irəli sürməmişik". Onun sözlərinə görə, türkiyəli həmkarı ilə görüşünü mənasız saymır: "Məncə, biz elə bir mərhələyə gəlmişik ki, qərar verməliyik. Qərarın asan başa gəlməyəcəyi aydındır. Ona da şübhəm yoxdur ki, qərarı heç də bütün ermənilər və türklər alqışlamayacaq. Ancaq bizim cəmiyyətlərin müsbət qərarları çoxluqla qəbul edəcəyinə inanıram. Bizim tarixən çətin münasibətlərimiz olub, ancaq biz qonşuyuq. Ermənistan heç bir ön şərt qoymadan münasibətləri yoluna qoymağa hazırdır. Türkiyə rəhbərliyindən də bunu gözləyirik". Azər kaspi
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Gilanda 9 vəkilə həbs cəzası verildi
İranda alzheimerə yoluxanların sayı artıb
Savalan zirvəsindəki göl tamamilə donub
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi
Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
İranda daha üç etirazçı tələbə cəzalandırıldı