Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
Səudiyyə Ərəbistanı və BƏƏ-dən İrana qarşı yeni mövqe
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Qaşqay qadın fəal həbs edilib
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölən var
Prezident: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
İrandan gələn "Şaftalı" yükündə 52 kq marixuana aşkarlanıb
Sünni din xadimi məhkəməyə çağırıldı
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Fidanla Əraqçı görüşüb
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
"Rusiya ilə strateji əməkdaşlıq və tərəfdaşlıq barədə danışıqların müvəqqəti olaraq təxirə salınacağı haqqında bəyanatlar Moskvanı qorxutmayıb. Çünki Kremlin indiki davranışı Rusiyanın sabiq prezidenti və indiki baş naziri Vladimir Putinin illərdən bəri göstərdiyi səylərin nəticəsidir. O prezident olduğu müddətdə əvvəlcə ölkədəki hakimiyyətini və ordunu möhkəmlətməyə başladı. Məqsədinə çatandan sonra isə Putin postsovet məkanında imperiyanın bərpasına can atır". Varşava Universitetinin tarix professoru, Polşanın nüfuzlu politoloqlarından biri olan Pavel Veçorkeviç hesab edir ki, Gürcüstana qoşun yerindən, Cənubi Osetiya və Abxaziyadakı separatçı rejimlərin "dövlət müstəqilliyi"ni rəsmən tanıyan Moskvanın əsas məqsədi Tiflis yox, Azərbaycandır. "Gürcüstan Azərbaycana gedən yolun üstündədir. Kremlin planlarına görə, Gürcüstanın qərbinin ələ keçirilməsi bu ölkədə stabilliklə təhlükəsizliyə son qoyar, Azərbaycan və Xəzər nefti ilə təbii qazının Avropa Birliyi ölkələrinə nəqlini xeyli çətinləşdirərdi. Belə olan təqdirdə Avropanın enerjidaşıyıcıları təminatı baxımından Rusiyadan asılılığı azaltmaq üçün neft və təbii qaz mənbələrini diversifikasiya etmək cəhdləri də uğursuzluqla nəticələnirdi. Rusiyanın Cənubi Qafqazda yürütdüyü siyasətin də əsas məqsədi budur", - professor P.Veçorkeviç deyib. Onun fikrincə, Moskva bundan sonra Azərbaycan, Ukrayna və Belarus üçün də real təhlükə kəsb edir: "Rusiyanın strateji məqsədlərindən biri də Krımdır. Buna görə də Kremlin yaratmağa çalışdığı "imperiya" modeli Ukrayna olmadan gerçəkləşə bilməyəcək. Qərb indiki vəziyyətdə Azərbaycan, Ukrayna və Moldovaya maksimum yardım göstərməli, bu ölkələrin Rusiyanın şantaj, təzyiq və hədələri qarşısında müqavimət göstərməsini təmin etməlidir". Moskvadakı ermənilərin "Şuşi" (haylar Şuşanı belə adlandırırlar) xeyriyyə fondunun sədri Bakur Karapetyan da Rusiyanın bundan sonra Azərbaycanı xüsusi diqqətdə saxlayacağına şübhə etmir. "Cənubi Osetiya və Abxaziyadakı hadisələrdən sonra Dağlıq Qarabağ "dövlət müstəqilliyi"nin tanınması yolunda səylərini daha da fəallaşdırmağa çalışarsa, uduzar. Bu işdə əsla tələsmək olmaz, çünki osetinlərlə abxazlardan sonra Rusiyanın qarabağlı ermənilərə də yardım edəcəyinə şübhə etmirəm", - B.Karapetyan deyib. Onun dediyinə görə, qarabağlı ermənilər hadisələri qabaqlamamalı, Moskvanın atacağı addımları gözləməlidir: "Dünyanın bütün böyük dövlətləri Rusiyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərini tanımasına qətiyyətlə etiraz edib. Əgər indi Ermənistan Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıyarsa, tək Azərbaycan və Türkiyə yox, dünyanın aparıcı dövlətləri ilə də olduqca ciddi problemləri yaranacaq. Belədə Azərbaycanın Ermənistana müharibə elan etmək üçün hüquqi əsası olacaq, Türkiyə isə Ermənistanı qonşu ölkənin ərazilərini ilhaq etməkdə suçlayacaq". Politoloq Hikmət Hacızadə isə düşünür ki, Avropa Birliyinin fövqəladə zirvə toplantısında Rusiya ilə bağlı sərt qərarın qəbul edilməməsi faktiki olaraq Moskvaya revanşist və neoimper siyasəti davam etdirməyə imkan verməkdir. Rusiyanın Cənubi Osetiya və Abxaziyadakı separatçı rejimləri tanıması Sxinvali ilə Suxumini sevindirməməlidir. Çünki onlar indiyədək olduğu kimi, bundan sonra da dünya birliyi tərəfindən tanınmayacaqlar. "Rusiyanın bu rejimləri tanıması isə vəziyyəti Türkiyə ilə Qüzey Kıbrısın münasibətlərinə oxşadır. Kıbrıslı türklərlə Türkiyədən savayı heç bir dövlət, hətta Azərbaycan belə, rəsmi və ya yarımrəsmi əlaqələr qurmağa cürət etmir. Dünya siyasətində qlobal dəyişikliklər baş verməyincə, Qərblə Rusiya arasında anlaşılmazlıqlar həll olunmayınca vəziyyət dəyişməz qalacaq. Moskvanın bundan sonrakı davranışı isə bəllidir: bunları prezident Dmitri Medvedyev ölkənin xarici siyasətinin 5 prinsipindən bəhs edərkən deyib. Rusiya Qərbdən açıq şəkildə tələb edir ki, postsovet məkanında onun xüsusi və əlahiddə hüquqlara malik olması tanınmalıdır. Qərb bu prinsiplərlə razılaşıb Ukrayna və Gürcüstanı NATO-ya qəbul etməsə, Rusiya sakitləşəcək. Əks halda Kremllə Qərb arasında gərginlik daha da artacaq", - H.Hacızadə söyləyib. Onun fikrincə, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Daniel Frid postsovet məkanında ən böyük təhlükə Ukrayna, Gürcüstan və Azərbaycanın üzləşdiyini bəyan etsə də, həmin təhlükənin qarşısının alınması üçün heç nə deməyib. Gerçəkdən də, Gürcüstandan fərqli olaraq, NATO gəmiləri Azərbaycan sahillərinə yan ala bilməzlər. Rusiyanın Azərbaycana qarşı aqressiv hərəkətlərinin intensivləşəcəyi zamanı və ya Dağlıq Qarabağda hadisələr müharibəyə dönərək Ermənistanın Azərbaycan ərazilərinin işğalını genişləndirmək səyləri ilə müşayiət olunarsa, Şimali Atlantika Alyansı və ya Birləşmiş Ştatlardan hərbi yardım gözləmək tam əbəsdir. "Təbii ki, biz Qafqaza qoşun yollayası deyilik. Azərbaycan Rusiyanı təbdən çıxarıb qıcıqlandırmağa yönəldilmiş siyasət yürütmür və ümid edirik ki, bundan sonra da belə olacaq", - "Political Monthly"nin baş redaktoru Stiv Qriffin deyir. O əmindir ki, ABŞ beynəlxalq terrorizm və nüvə silahının yayılma təhlükələri ilə bağlı problemləri tam həll etməyincə, bilavasitə Cənubi Qafqazla məşğul olmayacaq. ABŞ-ın vitse-prezidenti Dik Çeyninin Azərbaycana səfərinə gəldikdə isə, müşahidəçilər hesab edirlər ki, prezident Corc Buş administrasiyası bu minvall ölkəmizi Rusiyanın kölgəsində inkişaf etməyə çalışaraq demokratiyaya gedəsi dövlət və eyni zamanda Xəzərin nefti ilə təbii qazının dünya bazarına çıxarılması üçün mühüm mənbə sayır. D.Çeyninin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Hanna düşünür ki, Bakıda aparılan danışıqlar zamanı prioriet məsələ ABŞ-ın Azərbaycanla uzunmüddətli və dərin əlaqələrdə maraqlı olduğunu nümayiş etdirmək olub. Bundan başqa, ekspertlər düşünürlər ki, D.Çeyninin Azərbaycan və Gürcüstana səfərindən sonra Birləşmiş Ştatların bu ölkələrə yardımları, xüsusilə də siyasi və hərbi dəstəyi artacaq. "Əvvəllər ehtiyatlı davranır, region dövlətlərinə hərbi yardımlar məsələsində dərinə getməməyə çalışırdıq. Məsələn, ABŞ Gürcüstanla Azərbaycanın zirehli-tank birləşmələrinə təlim keçib onları təchiz etmək istəmirdi. Halbuki 100-ə yaxın amerikalı təlimatçı gürcü əsgərlərini İraqda xidmətə hazırlayıblar. Azərbaycanlı hərbçilərə də təlimlər keçilib, - "The Wall Street Journal"a verdiyi açıqlamasında ABŞ Müdafiə Nazirliyinin yetkilisi bildirib. - Biz bilərəkdən onların tankları, artilleriyası və ya döyüş aviasiyasına toxunmurduq. Bütün bunlar rusları qıcıqlandırmamaq, daha ciddi və radikal addımlara sövq etməmək üçün edilirdi. İndisə yəqin ki, siyasətimizə yenidən baxmaq zamanı çatıb. İlk addım isə region dövlətlərində amerikalı hərbi təlimatçıların sayının artırılması ola bilər". Qafqaz Müharibə və Sülh Problemləri İnstitununun direktor müavini David Caparidze isə "Ekspress" əməkdaşı ilə söhbətində bildirdi ki, Rusiyanın Cənubi Qafqazda aqressiv hərəkətlərinin fəallaşacağı təqdirdə, ABŞ və ya NATO-nun birbaşa siyasi, illah da ki, hərbi yardımlarına ümid etməyə dəyməz. Dünən əldə etdiyimiz məlumatlara görə, NATO üzvü olan Avropa ölkələrinin Cənubi Qafqazı Rusiyanın dağıdıcı və aqressiv təsirlərindən qorumaq üçün fəallıq göstərmək istəyində olmaması Azərbaycan, Gürcüstan, Ukrayna və Baltikyanı ölkələrdən ibarət yeni təhlükəsizlik strukturunun yaradılması ilə bağlı müzakirələr başlanıb. D.Çeyninin Bakıda keçirdiyi görüşlərdə də bu məsələyə toxunulub. Rəsmi Bakı hələlik mövqeyini bildirməyib. Ukrayna, Latviya və Litva isə GUAM çərçivəsində yaradılması nəzərdə tutulan struktura qoşula biləcəklərini istisna etməyiblər. ABŞ-ın birbaşa təşəbbüsü ilə gündəmə gətirilən və Vaşinqton tərəfindən hər cür dəstək alacağı şübhə doğurmayan həmin ideyanı sürətləndirən əsas amil Gürcüstandakı hadisələr olubsa, Moskvanın son davranışları da az rol oynamayıb. Belə ki, Rusiya MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan ölkələrin dövlət başçılarının cümə günü Moskvada keçiriləcək sammitində onlardan "Cənubi Osetiya məsələsi ilə bağlı konkret mövqe"nin nümayişini tələb edəcək. Kreml bu minvalla Cənubi Osetiyadakı sərt hərəkətlərinin "məntiqi" qiymətləndirilməsinə tək olmadığı və Tiflisə qarşı atdığı addımlarda zəif də olsa, dəstək aldığını dünyaya göstərmək üçün son şansından yararlanmağa çalışacaq. Hüseyn BAKUVİ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Gilanda 9 vəkilə həbs cəzası verildi
İranda alzheimerə yoluxanların sayı artıb
Savalan zirvəsindəki göl tamamilə donub
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi
Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
İranda daha üç etirazçı tələbə cəzalandırıldı