Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
Səudiyyə Ərəbistanı və BƏƏ-dən İrana qarşı yeni mövqe
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Qaşqay qadın fəal həbs edilib
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölən var
Prezident: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
İrandan gələn "Şaftalı" yükündə 52 kq marixuana aşkarlanıb
Sünni din xadimi məhkəməyə çağırıldı
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Fidanla Əraqçı görüşüb
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
"Vaxt gələcək Sovetlər imperiyası dağılacaq, xalqlar rus imperiyasının zəncirlərindən azad olaraq müstəqil dövlətlərini yaradacaqlar... Müsəlman ölkələrinə qarşı aparılan işğalçılıq müharibələri və aparıcı dövlətlərin dünyaya ağalıq etmək üçün yaratdığı qarşıdurmalar Amerikanı, Rusiyanı və Avropanın aparıcı dövlətlərini zəiflədəcək. Hər tərəfdən sıxılan müsəlman dövlətləri Türkiyənin ətrafında birləşməyə məcbur olacaq. Türklər müharibəsiz-silahsız dünyanın aparıcı xalqına çevriləcək. XXI əsr Türklərin Əsri olacaq. (Böyük rus yazıçısı Soljenitsının həbs düşərgələrindən Krım türklərinin lideri Mustafa Cəmilova yazdığı məktublarından. 1980-ci illər). Hələ 1980-ci illərdə Özbəkistan SSR Prokurorluğunda işlədiyim dövrlərdə Krım tatarlarının azadlığı uğrunda Sovetlər imperiyasına qarşı çıxan Krım türklərinin lideri Mustafa Cəmilova qarşı qaldırılmış 24 cildlik cinayət işinin əsas hissəsini o zamankı vicdan əzabkeşləri sayılan Soljenitsının və Saxarovun onunla yazışmaları təşkil edirdi. Xüsusilə böyük rus yazıçısı və uzun müddət dissident həyatı yaşamış Soljenitsının məktublarında Rusiya imperiyasının gələcəyi, bununla bağlı dünyada baş verə biləcək hadisələr ətrafında mülahizələri daha maraqlı idi. Sonradan Sovetlər imperiyasının dağılması, bir çox müttəfiq respublikaların rus imperiyasının zəncirlərindən xilas olaraq müstəqil dövlətlər qurması yazıçının proqnozlarını doğrultdu. Hazırda dünyada baş verən proseslərə nəzər saldıqca doğrudan da Türkiyə üçün münbit bir şəraitin yarandığını görürük. Yalnız ağıllı siyasət aparmaqla qansız-qadasız XXI əsrin aparıcı dövlətinə çevrilmək imkanlarını əldə etmək olar. Artıq uzun illərdir dünyanın enerji resurslarına ağalıq etmək iddiasında olan ABŞ, Rusiya və Qərb dövlətləri müsəlman xalqlarına qarşı demək olar ki, səlib yürüşlərini davam etdirirlər. Faktiki olaraq Yaxın Şərq ölkələrini öz nəzarəti altına keçirmiş ABŞ-ın növbəti addımı daha böyük bir müsəlman dövlətinə - İran İslam Respublikasına yönəldiyi vaxtda Sovetlər imperiyası dağıldıqdan sonra indi-indi özünə gəlməyə başlayan Rusiyanı da yoldan çıxardı. Onlar Gürcüstan Respublikasına qarşı hərbi müdaxilə etməklə ABŞ və Qərb dövlətlərinin diqqətini özünə tərəf yönəltdi. Dünya dövlətləri üçün strateji əhəmiyyət daşıyan Cənubi Qafqaza nəzarət etmək uğrunda ABŞ və Rusiya arasında mübarizə yeni mərhələyə qədəm qoyur. Müstəqil Gürcüstan Respublikasının ərazi bütövlü-yünə təcavüz etməklə Rusiya ilə ABŞ arasında onsuz da davam edən soyuq müharibənin gələcəkdə qızışması ehtimalı da artır. Bu gün yaranmış vəziyyətdən istifadə edərək dünyadakı mövqelərini daha da möhkəmləndirmək məqsədilə Türkiyə Cümhuriyyəti siyasi mövqeyini ortaya qoymalıdır. Lakin belə görünür ki, hazırki hakimiyyət hələ də ABŞ-ın və Qərbin təsiri və təzyiqi altından çıxa bilmir. Üstəlik, bu gün Rusiya Türkiyəni Qərbdən ayırıb Qafqazda yeni blok yaratmaqla bu bölgəni öz nəzarətində saxlamaq istəyir. Onun üçün də əslində Rusiya və Qərb tərəfindən hazırlanmış Türkiyə prezidenti Abdulla Gülün son dövrlər mətbuatın aparıcı xəbərlərinə çevrilmiş Ermənistana səfəri deyəsən reallaşır. Bir çox siyasətçilərin fikrincə, Türkiyə prezidentinin Ermənistana bu səfəri dövlətin strateji mövqeyini dəyişməyə-cək. Əksinə, guya yeni Qafqaz blokunun yaradılması planlarının reallaşmasına köməklik edəcək. Unutmaq lazım deyil ki, bu blokun yaranması təklifi Türkiyə tərəfindən gündəmə gətirilsə də ideya başqa tərəfdən gəlir. Və birdən-birə türkləri özlərinə əzəli və əbədi düşmən sayan Ermənistan tərəfindən belə bir təklifin verilməsi çox şübhəlidir. Əslində Qafqazda hər hansı bir blokun və ya evin yaradılması ideyası münaqişə zonalarındakı məsələləri həll etmək iqtidarında olmayacaq. Türkiyənin bu məsələyə qatılması yalnız bir məqsəd daşıya bilər. Rusiya və Qərb bu ideyanı ortaya atmaqla yalnız Ermənistanın kommunikasiya xətlərinin açılması ilə dünyaya çıxışını reallaşdırmaq istəyir və bununla da hər zaman müttəfiqləri sayılan Ermənistanın Qafqazda mövqelərini möhkəmləndirmək məqsədi daşıyır. Qafqazdakı münaqişələrə gəldikdə isə son 15-20 il göstərir ki, Türkiyənin rolu və imkanları o qədər də geniş deyil. Bundan sonra da ona belə bir imkanın yaradılacağı inandırıcı görünmür. Bu münaqişələrin həllində Rusiya aparıcı mövqedədir ki, onlar da son Gürcüstan hadisələri ilə öz niyyətlərini bir daha ortaya qoymaqla sübut etdilər ki, sivil yolla bu münaqişələrin həllinə imkan verməyəcəklər. Bəs belə olan halda Türkiyə Ermənistanda nə axtarır? Bu gün, həmçinin, Türkiyəyə də qarşı ərazi iddialarında olan Ermənistandan nə gözləyir? Doğrudanmı, Abdulla Gül ermənilərin yeni hiylələrinə inanır? Soljenitsınların mülahizələri ötən illər ərzində həm Rusiyanın, həm də ABŞ-ın və Qərbin siyasi institutlarında araşdırılır və bunun qarşısının alınması üçün tədbirlər görülür. Abdulla Gülün Ermənistana səfərinin bu ölkələr tərəfindən təşkil olunması elə türklərin aparıcı mövqelərə yiyələnməsinin qarşısını almaq məqsədi daşımırmı? Rüstəm HACIYEV adalet
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Gilanda 9 vəkilə həbs cəzası verildi
İranda alzheimerə yoluxanların sayı artıb
Savalan zirvəsindəki göl tamamilə donub
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi
Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
İranda daha üç etirazçı tələbə cəzalandırıldı