Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
Səudiyyə Ərəbistanı və BƏƏ-dən İrana qarşı yeni mövqe
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Qaşqay qadın fəal həbs edilib
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölən var
Prezident: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
İrandan gələn "Şaftalı" yükündə 52 kq marixuana aşkarlanıb
Sünni din xadimi məhkəməyə çağırıldı
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Fidanla Əraqçı görüşüb
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
Yeganə Mehdibəyli: "Əminəm ki, Türkiyənin indiki hökuməti atdığı addımlara görə böyük qınaqla üz-üzə qalacaq" Baş nazir Rəcəb Tayyib Ərdoğan səfərə xeyir-duasını versə də, xarici işlər naziri Ali Babacan turnenin baş tutacağını söyləsə də, prezident Abdulla Gül hələ də sentyabrın 6-da futbol oyununa baxmaq üçün İrəvana getməsinə qəti qərar vermədiyini söyləyir. Türkiyədə və Azərbaycanda siyasi qüvvələrin, ictimaiyyətin sərt təpkisi davam edir. Türkiyədə ana müxalifət partiyasının - CHP-nin sədri Dəniz Baykal AKP hökumətini "Azərbaycana zərər verəcək hər hərəkətdən uzaq durmağa" çağırıb. MHP lideri Dövlət Baxçalı da yazılı açıqlama yayaraq sərt bir dildə Abdulla Gülün İrəvana mümkün səfərini qınayıb, onu belə addım atmamağa çağırıb. BAXCP sədri Qüdrət Həsənquliyev də Abdulla Gülün İrəvana səfərini birmənalı pisləyir. Ramiz Mikayıloğlu Millət vəkilinin sözlərinə görə, ola bilsin ki, Ankara Bakının razılığını alıb: "Amma hər halda Türkiyə belə bir təkliflə çıxış etməməliydi. Əvvala, ermənilər Türkiyəni "soyqırım" kimi bəşəri cinayətdə ittiham edirlər. Bunun müqabilində də birgə futbola baxmağa çağırırlar. Bu, dost ölkəyə yaraşmayan hərəkətdir. Məncə, Türkiyə ictimaiyyəti növbəti seçkilərdə buna münasibət bildirəcək. Əminəm ki, Türkiyənin indiki hakimiyyəti atdığı addımlara görə böyük qınaqla üz-üzə qalacaq". Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da Türkiyə prezidentinə məktub yazıb və onun bu səfərinin Azərbaycanın milli maraqlarına ciddi zərbə vuracağını bildirib. Ermənilər isə öz riyakarlıqlarından qalmırlar. Dünəndən Milli Akademiyanın Erməni Genosidi Muzeyində "1915-ci ilə qədər Osmanlı imperiyasında erməni idman kulubları və futbol komandaları" adlanan sərgi açılıb. Sərgi sentyabırn 15-dək davam edəcək. Qeyd edək ki, Türkiyə 1993-cü ildən Ermənistanla diplomatik əlaqələri kəsib, sərhədləri bağlayıb. Səbəb kimi Ermənistanın Türkiyəyə qarşı ərazi və "soyqırım" iddiaları, Azərbaycan torpaqlrının işğalı göstərilib. AKP dövründə bu ölkəylə hava sərhədləri açılıb, Ermənistan vətəndaşları işləmək üçün Türkiyəyə gedə bilirlər. İndi isə İrəvanın əsas məqsədi quru sərhədlərinin açılmasına nail olmaqdır. Çünki Gürcüstan və İran yolları həm təbii baxımdan əlverişsizdir, dağlardan keçir, həm də regiondakı durum bu yolların da işləkliyini təhlükə altında qoyur. Məsələn, İran Qərbin ciddi iqtisadi sanksiyalarıyla üzləşib, hər an ABŞ və İsrail tərəfindən bombalanması mümkündür. Yüklərin 70 faizinin daşındığı Gürcüstanla Ermənistanın ən yaxın müttəfiqi Rusiya arasında isə vəziyyət son dövrlər gərginləşib. Rus qırıcılarının Gümrüdəki hərbi bazadan qalxaraq Gürcüstanı bombalaması da Tiflisi ciddi narazı salıb. Düzdür, hazırda rus əsgərləri Ermənistana gedən yükləri buraxır, gürcülər də yüklərin daşınmasına problem yaratmırlar. Amma vəziyyətin uzun müddət belə davam edəcəyi ağlabatan görünmür. Tiflisin Moskvayla diplomatik əlaqələri kəsməyə qərar verməsi gec-tez Ermənistana yükdaşımalara da ciddi təsirini göstərəcək. Məhz belə bir durumda Türkiyə prezidentinin İrəvana getmək istəməsi, AKP hökumətinin ciddi-cəhdlə bunun reallaşmasına çalışması narahatlıq doğurmaya bilməz. Çünki bu, sıradan səfər olmayacaq. Diplomatik əlaqələrin bərpası anlamına gələcək. Sonrakı mərhələdə isə sərhədlərin açılması gündəmə çıxacaq. Ermənistanın Türkiyəyə qarşı ərazi "soyqırım" iddialarından, Azərbaycanın torpaqlarını işğal siyasətini davam etdirməkdən əl çəkmədiyi halda sərhədlərin açılmasının nəyə gətirib çıxaracağını da proqnozlaşdırmaq çətin deyil. Blokada təhlükəsindən qurtulan Ermənistanın iddiaları daha da artacaq. Yeri gəlmişkən, Qərbdə, o cümlədən Türkiyədə belə fikirlərə də rast gəlinir ki, guya iqtisadi əlaqələr Ermənistanın aqressivliyini zəiflədəcək və İrəvan iddialarından zaman-zaman geri çəkiləcək. Ancaq yaxın keçmişin təcrübəsi bu iddiaların əsassızlığını sübutlayır. Məsələn, bir zaman Bakı-Tiflis-Ceyhan neft, Bakı-Tiflis-Ərzurum qaz kimi strateji kəmərlərin Ermənistan ərazisindən keçməsi gündəmdə olub. Lakin işğalçı ölkə bunların müqabilində belə Azərbaycan torpaqlarının işğalından əl çəkməklə razılaşmayıb. O da bəllidir ki, AKP-nin hakimiyyətə gəldiyi gündən Azərbaycanda və Türkiyədə bu siyasi qüvvənin Qərbin tövsiyələriylə Ermənistanla quru sərhədləri açacağı ilə bağlı həmişə narahatlıq olub, müxtəlif vaxtlarda bəyanatlar səslənib. İndi də ən acınacaqlısı odur ki, məhz Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Rusiyanın Gürcüstana hərbi müdaxilə etdiyi bir dövrdə Qafqaz Sabitlik və Əməkdaşlıq Platforması ideyasını gündəmə gətirib. Bu da İrəvanın diplomatik əlaqələrin bərpası, sərhədlərin açılması yönündə ümidlərini artırıb. Məsələylə bağlı fikirlərini öyrəndiyimiz BAXCP-nin Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) sədri Yeganə Mehdibəyli da Abdulla Gülün səfərini pisləyir və yanlış addım sayır. Onun sözlərinə görə, ermənilər ötən dövr ərzində Türkiyə və Azərbaycana düşmən münasibətlərini dəyişməyiblər və iddialarını davam etdirirlər. Digər tərəfdən, ABŞ, Avropa Birliyi, o cümlədən Azərbaycanı istməyən qüvvələr daim Ankaranın Ermənistanla sərhədləri açmasını gündəmə gətiriblər. AKP hökumətinin son addımlarında da bu "tövsiyyələr" önəmli rol oynayır. Yeganə Mehdibəyli də hesab edir ki, sərhədlərin açılması, iqtisadi əlaqələrin qurulmasından sonra ermənilərin iddialarından geri çəkiləcəklərini düşünmək sadəlövlükdür. Məsələ həm də ondadır ki, Ermənistan müstəqil dövlət deyil, regionda Rusiyanın forpostu rolunu oynayır. Moskvanın isə regionla bağlı maraqlarının Azərbaycan və Türkiyənin mənafeyinə zidd olduğu bəllidir. O, az əvvəl baş verən bir olayı da xatırlatdı. Söhbət Türkiyə və Ermənistanın gənclərdən ibarət milli komandaları İrəvanda qarşılaşarkən ermənilərin Türkiyənin İstiqlal Marşını fitə basmasından gedir: "Erməni xarakteri, xisləti dəyişməzdir və Abdulla Gülün də belə biabırçı olayla rastlaşacağı istisna sayılmamalıdır. Türkiyə dövləti üçün bu, qürurunu təhlükə altına qoymaq anlamını verir". Yeganə Mehdibəyli Gülün səfərinin Türkiyə və Azərbaycan üçün heç bir müsbət nəticə verməyəcəyinə əmindir: "Yaxşı olardı ki, Ankara Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, qaçqınlarımızın torpaqlarına qayıtmasıyla bağlı neytarl bir ərazidə Ermənistan rəhbərliyilə görüşə üstünlük verəydi. Çox təəssüf ki, arxasında siyasət, həm də bizim arzulamadığımız siyasət duran futbol oyunu bir bəhanə olub. Təssüf ki, yuxarıda da dediyim kimi, ABŞ-ın, Avropa Birliyinin, erməni lobbisinin təzyiqləri altında Abdulla Gül İrəvana futbol oyununa baxmağa gedir. Abdulla Gülün İrəvana futbol oyununa baxmağa getməsi Türkiyəyə şərəf gətirən bir hərəkət deyil, yəqin ki, bu gedişlə Türkiyə-Ermənistan sərhədləri də açılar". xalqcebhesi
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Gilanda 9 vəkilə həbs cəzası verildi
İranda alzheimerə yoluxanların sayı artıb
Savalan zirvəsindəki göl tamamilə donub
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi
Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
İranda daha üç etirazçı tələbə cəzalandırıldı