Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
Səudiyyə Ərəbistanı və BƏƏ-dən İrana qarşı yeni mövqe
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Qaşqay qadın fəal həbs edilib
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölən var
Prezident: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
İrandan gələn "Şaftalı" yükündə 52 kq marixuana aşkarlanıb
Sünni din xadimi məhkəməyə çağırıldı
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Fidanla Əraqçı görüşüb
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
"Onun bəyanatı Rusiya ilə mübarizədə Qərb dövlətlərinin potensiallarının səfərbərliyə alınmasına bir çağırışdır" ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Daniel Frid Gürcüstanla yanaşı, Azərbaycan və Ukraynanın da daha böyük təhlükə altında olduğunu bildirib. O söyləyib ki, bu səbəbdən də vitse-prezident Dik Çeyninin bu həftə regiona gerçəkləşəcək səfəri böyük əhəmiyyətə malikdir: "Cənab Çeyni daha böyük təhlükə altında olan üç ölkəyə-Gürcüstan, Azərbaycan və Ukraynaya səfər edəcək". Politoloq Leyla Əliyeva son vaxtlar Qafqazda baş verən proseslərin ürəkaçan olmadığını və bu müharibə alovunun geniş miqyas alması üçün "kiçik bəhanələrin" axtarıldığını bildirdi. Ekspert Daniel Fridin çağırışlarının həyəcan təbili olduğunu düşünür: "Hər üç ölkə Qərbpərəst siyasətlə tanınıblar. Tural Məhz bu səbəbdən də sözügedən dövlətlər ABŞ-a daha yaxın olan bir qurumda-GUAM-da birləşdilər. Bu qurumda üç ölkənin strateji mövqeləri daha da yaxınlaşıb. Vaşinqtonda da məhz bu məsələləri nəzərdə tutublar. Gürcüstan bu zəncirdə-GUAM-da, ancaq bir hissədir. Moskvanın ilginc proseslərin Azərbaycandan yan keçəcəyini bəyanlamasına baxmayaraq, zəncirin hücuma məruz qalan növbəti həlqəsi Bakı ola bilər. Kremlin Gürcüstana təcavüzü həm də digər Qərbə meyl edən ölkələrə güc göstərmək idi. Daniel Frid də bu kimi amilləri nəzərə alaraq belə bəyanat verib ki, Moskva digər iki dövlətin bu müharibədən dərs götürməyəcəyi halda, yeni təhlükələr yaratmasına çalışacaq". Politoloqun fikrincə, bu gün şimal qonşumuz açıq şəkildə bəyanlayır ki, Mixail Saakaşvilini cəzalandırmağın bir səbəbi var ki, bu da Kremlin regionda mövqeyinin saxlanmasıdır. Yəni dondurulmuş münaqişələrin həll olunmaması Moskvanın regiona nəzarətinin saxlanması deməkdir. Amma Gürcüstan prezidenti bu status-kvonu dəyişmək istədi və Rusiyanın işğalı ilə üzləşdi. Ona görə də ABŞ hiss etdi ki, Gürcüstanla yanaşı, artıq Ukrayna və Azərbaycana da dəstək verməyin vaxtıdır: "Daniel Fridin xəbərdarlığında belə bir çağırış da sezilir ki, bu yolda birləşmək lazımdır. Birlik olmasa Moskva ayrı-ayrılıqda hər ölkə ilə asanlıqla istədiyi rəftarı edəcək". Siyasi şərhçi Aydın Quliyev Daniel Fridin bəyanatının əsaslı olduğunu bildirdi: "Gürcüstanın yaşadığı hazırkı problemlər və Kremlin Ukrayna və Azərbaycan üçün yarada biləcəyi təhlükələrin xarakteri bir-birindən fərqlidi. Amma ümumi şəkildə götürsək, Daniel Fridin bəyanatı tamamilə əsaslıdır. Rusiyanın hazırda potsovet məkanına ünvanlanmış xarici siyasətində, xüsusən, Ukrayna və Azərbaycan üçün təhlükə var. Kiyev indiki şəraitdə açıq şəkildə separatizm dalğasıyla üzləşməyib. Amma bu ölkənin müəyyən iqtisadi əlaqələri var ki, onlar Rusiyadan asılıdır. Xüsusilə də Kiyevin neft-qaz təminatı məsələsində şimal qonşumuzdan asılılığı böyükdür. Daniel Frid çox güman ki, Ukraynanı gözləyən təhlükələrdən danışanda birinci növbədə Rusiyanın Avropaya qarşı enerji şantajının Kiyevə qarşı çevrilə biləcəyini nəzərdə tutur". Aydın Quliyevin sözlərinə görə, Azərbaycanla bağlı gözlənən təhlükə isə fərqlidir. Yəni Bakının 15 ildə Qarabağ problemilə bağlı göstərdiyi dinc cəhdlər heç bir nəticə verməyib. Ölkənin iqtisadi inkişafı və bunun müqabilində Ermənistan iqtisadiyyatının tənəzzül etməsi belə bir perspektiv inkar etmir ki, Azərbaycan da nə vaxtsa öz ərazi bütövlüyünü bərpa etmək üçün hərbi əməliyyatlara əl ata bilər. Belə olan təqdirdə sözsüz ki, Rusiya strateji müttəfiqi olan Ermənistana hərbi yardım göstərəcək. Bu baxımdan ölkəmiz üçün də təhlükə mövcuddur: "Ona görə də Daniel Fridin xəbərdarlığı təkcə Azərbaycan, Ukrayna və Gürcüstanı gözləyən təhlükələrdən xəbər vermir. Eyni zamanda bu bəyanat bizim regionda Qərblə Rusiya arasında strateji mübarizədə Qərb dövlətlərinin potensiallarının daha aktiv şəkildə səfərbərliyə alınmasına bir çağırışdır. Bu çağırışdan sonra Qərbin Cənubi Qafqaz ölkələrinin və Ukraynanın suverenliyinin qorunması üçün hansı daha yeni və real addımlara əl atacağını gələcək göstərəcək. ABŞ vitse prezidenti Dik Çeyninin ilk növbədə bu üç ölkəyə səfəri isə iki məsələnin nümayişinə xidmət göstərir. Birincisi, ABŞ Gürcüstan, Azərbaycan və Ukraynanın dövlət müstəqilliyinin müdafiəsində sona qədər maraqlı olduğunu nümayiş etdirmək istəyir. İkincisi isə, Vaşinqtonda bu ölkələri gözləyən təhlükələri doğrudan da real sayırlar". xalqcebhesi
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Gilanda 9 vəkilə həbs cəzası verildi
İranda alzheimerə yoluxanların sayı artıb
Savalan zirvəsindəki göl tamamilə donub
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi
Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
İranda daha üç etirazçı tələbə cəzalandırıldı