Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
Səudiyyə Ərəbistanı və BƏƏ-dən İrana qarşı yeni mövqe
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Qaşqay qadın fəal həbs edilib
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölən var
Prezident: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
İrandan gələn "Şaftalı" yükündə 52 kq marixuana aşkarlanıb
Sünni din xadimi məhkəməyə çağırıldı
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Fidanla Əraqçı görüşüb
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
...Qusar bizi his-duman və güclü yağışla qarşıladı. Rayon avtovağzalında - bu əyalət avtovağzalı barədə qeydlərimizi sonra oxuyacaqsınız - bizim pişvazımıza çıxası adamı gözləyənədək yol yorğunluğumuzu atmaq üçün çayxanaya üz tuturuq. Əksər stollarda söhbət ləzgi dilində gedir və bu da başa düşüləsidir. Çünki rayon əhalisinin əksəriyyəti ləzgilərdir. Böyrümdəki stolda isə üç nəfər öz türkcəmizdə söhbət edir. Ancaq mövzunun bizim səfərimizə heç dəxli yoxdur; Mahaçqalada qəndin və yağın qiymətinin qalxması, rus rublulun bahalaşması, Dərbənddəki “stroyka”larda iş yerlərinin qəhətə çıxması. Bir sözlə Rusiya, Rusiya, Rusiya... Amma avqustun 29-dan 30-na keçən gecə doğmaca rayonlarında Rusiya ilə sərhəddə baş verənlər barədə bircə kəlmə də kəsmirlər. Sanki iki gün əvvəl bu kiçik rayonda əlahiddə və fövqəladə heç nə baş verəmyib. Bizim də bu xüsusda söhbətimizə hərəsi təəccüblə reaksiya verir: - “Voenni"lər gəlmişdi, dedilər ki, kimsə avtomat götürüb “çast”dan qaçıb"... - “Uçeniya" keçdilər, getdilər"... - “Dünən İslam söhbət eləyirdi ki, bir nəfər vəhhabi polisə güllə atıb...” Bax, beləcə. Tam informasiyasızlıq. Əslində bizi təəccübləndirən onlar yox, dostumuz, özü Bakıda olduğu üçün bizi Qusarda qarşılamağı tapşırdığı adam oldu. Rayon mərkəzinin vur-tut ikicə kilometrliyində, Balaqusar kəndində yaşayan arkadaşımızı Vüqar bizə “məlumatlı şəxs” kimi təqdim etmişdi. Bizim salam-əleykdən sonra verdiyimiz “Vəziyyət nə təhərdi?” sualına isə o, elə sualla cavab verdi: - Nə olub ki? Doğrudan da, nə olub ki? Olan isə olmuşdu. Və gözlənilən olduğu üçün Azərbaycan hüquq-mühafizə orqanları bu hadisədən hələ 4 gün qabaq, avqustun 25-də xəbər tutmuşdular. Məhz bundan sonra Qusar rayonununa qonşu rayondan polislər, Çevik Polis Alayının əməkdaşları, Daxili Qoşunların xüsusi təyinatlı “Şahin” dəstəsi yeridilmişdi. Beləliklə, avqustun 29-dan 30-na keçən gecə Qusarın Dağıstanla həmsərhəd Həzrə kəndi yaxınlığında sərhədi qanunsuz keçən vəhhabi dəstəsinin üzvləri əsgərimizi qətlə yetiriblər. Bir qədər əvvəl, ekspertlərə istinadən bildirmişdik ki, ölkəmizə keçən dəstənin Dağıstan ərazisində fəaliyyət göstərən və Zaqatala rayon sakini İlqar Mollaçiyevin rəhbərlik etdiyi “Meşə qardaşları” qrupunun üzvləri olması istisna deyil. Olayla bağlı yayılan xəbərdə bildirilir ki, Qusar rayonunda Daxili Qoşunların hərbçilərinə silahlı müqavimət göstərən şəxslər “Meşə qardaşları” adlandırılan qrupun üzvləri olub. Hüquq-mühafizə orqanlarındakı mənbələrdən daxil olan məlumata görə, silahlı qrupun üzvləri vaxtilə Çeçenistan və Dağıstanda ruslara qarşı hərbi əməliyyatlarda iştirak edib. Qrupun komandiri isə 1974-cü ildə Zaqatala rayonunda anadan olmuş İlqar Mollaçiyevdir. İ.Mollaçiyev çeçen səhra komandiri Rəbbaninin “Meşə qardaşları” dəstəsinin fəal üzvü olub və onun öldürülməsindən sonra dəstəyə rəhbərlik edir. O, “Abdulvahhab” ləqəbi ilə tanınır. İ.Mollaçiyev həm Azərbaycan, həm də Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarışdadır. Onun rəhbərlik etdiyi qrupda, əsasən vəhhabi (sələfi) dini təriqətinə mənsub şəxslər toplaşıb. İ.Mollaçiyevin 4 nəfərdən ibarət silahlı dəstəsinin sərhədi keçərək Azərbaycana girməsi barədə məlumat hüquq-mühafizə orqanlarına avqustun 25-də daxil olub. Bundan sonra Qusar rayonuna qonşu rayonlardan polislər, Çevik Polis Alayının əməkdaşları, Daxili Qoşunların “Şahin” xüsusi təyinatlıları, Sərhəd Qoşunlarının bölmələri və MTN-in əməkdaşları cəlb olunublar. Avqustun 29-da silahlı dəstənin üzvlərinin Qusarın Həzrə kəndi yaxınlığında gizlənməsi barədə hüquq-mühafizə orqanlarına daxil olan məlumat əsasında Daxili Qoşunlar əməliyyata başlayıb. Silahlı cinayətkarlar axtarışın başlandığını hiss edərək meşəyə çəkiliblər. Qaranlıqda hərəkət edən Daxili Qoşunların “Şahin” xüsusi təyinatlı dəstəsinin hərbçiləri ilə silahlılar arasında atışma başlayıb. Silahlılar hərbçilərə tərəf qumbara və avtomatdan atəş açıblar. Nəticədə xüsusi təyinatlı dəstədə qulluq edən Əli Yolçuyev aldığı 4 güllə yarasından hadisə yerindəcə həlak olub. Hərbçilərə müqavimət göstərə bilməyən silahlı dəstənin üzvləri arasında itkilərin olduğu barədə məlumat əldə etmək mümkün olmayıb. Silahlılardan xeyli sursat və əmlak götürülüb. Məlumat üçün bildirək ki, hərbi qulluqçu Ə.Yolçuyev 1982-ci ildə Bakı şəhərində anadan olub. Hərbi xidmətə Binəqədi Rayon Hərbi Komissarlığından çağırılıb. Ə.Yolçuyev 2001-2003-cü illərdə Sərhəd Qoşunlarında müddətli hərbi xidmət keçib. Hərbi xidmətini başa vurduqdan sonra Daxili Qoşunların xüsusi təyinatlı dəstəsində müqavilə əsasında xidmətə başlayıb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyevin açıqlamasına görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlandığını, istintaqın Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə istintaq İdarəsində aparıldığını deyib. Xidmət rəhbəri faktla bağlı hələlik saxlanılan şəxslərin olmadığını da açıqlayıb... Burası belə... Kimdir Telman Abdullayev? Yaxşı, bu dəstə Qusara hardan və necə keçib? Ümumiyyətlə, niyə keçib? Bəzi məlumatlara görə, 4 nəfərlik dəstədə İlqar Mollaçiyev tək azərbaycanlı olmayıb. Onunla birgə Telman Abdullayev adlı şəxs də olub. Bəs, Telman kimdir? Bu o Telmandır ki, bir neçə ay Qusar Polis İdarəsinin keçirdiyi əməliyyat nəticəsində öz dəstəsi ilə birgə həbs ediləcəkmiş. Düzdür, Qusar polisi rayondakı vəhhabi dəstəsini zərərsizləşdirə bilib, amma həmin vaxt Telman silahlı müqavimət göstərərək ordan çıxmışdı. Hadisə zamanı idarənin polis nəfərlərindən biri öldürülmüş, biri isə yaralanmışdı. Bölgədəki mənbəmizin dediyinə görə, Telman da “Meşə qardaşlarının” üzvü olub. “Bu qrupa daxil olan şəxslər Azərbaycanda əsasən etniklərlə iş birliyi yapırlar. Əsas dayaqları Çeçenistanda olsa da, Dağıstan ərazisində də aktivdilər. Dağıstanda öz ideyalarını ən çox Azərbaycanla sərhəd Qasımkənd, Məhərrəmkənd və Axtı rayonlarında yapırlar. Əsasən yeniyetmə və gənclərlə işləyirlər. Yaxşı təlim görüblər, kartoqrafiyadan gözəl anlayışları var. Elə Qusarın Həzrə əraizisini, daha doğrusu bu ərazidəki Grik kəndini seçmələri də təsadüfi deyil. Çünki bu kəndin ərazisindən asanlıqla Rusiya tərəfə keçmək olur”, - deyir mənbə. Grikə diqqət! Ötən sayımızda yazdığımız kimi, bu kənd vaxtı ilə I Qarabağ müharibəsi zamanı fərarilərin Rusiyaya qaçması üçün əsas “ümid yeri” olub. Oradan vaxtilə “Sadval”çılar da istifadə edib. Elə bu yerdə qısa bir tarixi ekskurs edək. 1995-ci ildə Qusarın Piral kəndindən polis idarəsinin bir zabiti ilə kənd sakinləri arasında insident baş vermişdi. Həmin ərəfədə rayonda çox gərgin vəziyyət yaranmışdı. Kənd sakinləri insident nəticəsində öldürülən şəxsin meyitini götürüb rayon icra haimiyyətinin binasının qarşısına gətirmiş, aksiya keçirmişdilər. Həmin vaxt rayon icra hakimiyyətində işləmiş qusarlılardan biri xatırlayır: -Biz əvvəlcədən bilirdik ki, aksiya olacaq. Bu barədə Bakıya da xəbər vermişdik. O vaxt baş nazirin I müavini Abbas Abbasov Qusara göndərilmişdi. Əvvəlcə elə bildik ki, narazı kütləni öz qüvvələrimizlə sakitləşdirə biləcəyik. Çünki onlara söz vermişdik ki, günahkar Azərbaycan qanunları əsasında cəzasını alacaq. Hətta kəndin ağsaqallarını belə buna inandırmışdıq. Amma günortadan sonra vəziyyət qəfil gərginləşdi. Sən demə, elə bayaq adını çəkdiyimiz Grik və Həzrə kəndləri ərazisindən keçməklə Pirala və Qusara xeyli “Sadval”çı və vəhhabi keçib. Məhz onların qızışdırıcı təkliflərindən sonra camaat binaya hücum çəkdi. “Sadval” lideri general Qəhrəmanovun uydurma “Ləzgistan” dövləti barədə bəyanatı da oxundu. İnsafən qeyd edək ki, həmin vaxt münaqişənin qarşısının alınmasında baş nazirin o vaxtkı birinci müavini Abbas Abbasovun böyük rolu oldu. Abbas müəllim yerli sakinləri Dağıstandan gələnlərin dediklərinə uymamağa çağırdı. Gəlmələrə isə 15 dəqiqə vaxt verib dedi ki, Azərbaycan xüsusi təyinatlıları Qubada gözləyir, əgər rədd olub getməsələr, o, daha heç nəyə cavabdeh deyil. İnandırım sizi heç 10 dəqiqə keçmədi ki, çıxıb getdilər. İcra Hakimiyyətinin qarşısında ancaq rəhmətliyin qohum-əqrəbası qalmışdı. Həmsöhbətimizin dediyinə görə, Rusiya ilə sərhəd-buraxılış məntəqəsinə “etibar etməyən” sadvalçılar və vəhhabilər Azərbaycan ərazisinə məhz Grik və ona yaxın ərazilərdən keçirlər. Elə dini ədəbiyyatı, habelə “Sadaval”çıların Mahaçqalada nəşr etdirdiyi separatçı “Çernovik” qəzeti də Azərbaycana məhz bu ərazidən keçirilirmiş. Dəstə hara gedirmiş? Bu məsələnin bir tərəfi. Bəs, ikisi azərbaycanlı olmaqla bu dörd nəfərlik qrup hara üz tuturmuş? Qeyd etdiyimiz kimi qrupun Azərbaycana keçəcəyi barədə hüquq-mühafizə orqanlarımızın əvvəldən xəbəri olub. Və əslində bu Azərbaycan tərəfinin uğurudur. Elə bu informasiyadan sonra da Qusara qüvvə yeridilib, postlar qurulub. Amma postlar təkcə Qusarda qurulmayıb. Eyni zamanda Rusiya ilə sərhəd Yalama, habelə Xaçmaz və Xudatda təşkil edilib. Sonuncu məntəqələrin adını isə nahaq çəkmədik. Söhbət ondan gedir ki, vəhhabilərin şimal zonasında əsas dayağı Qusarda yox, Xaçmaz və Xudatdadır. Bu ərazilərdə onlar həm say etibarı ilə çoxdur, həm də yaxşı təşkilatlanıblar. “Qusarda əvvəllər bir neçə vəhhabi var idi. Yerli hüquq-mühafizə orqanları, habelə ağsaqqalların onlar arasında apardlığı profilaktik tədbirlər öz bəhrəsini verdi. Hamısı saqqalını qırxdırdı. İndi o deey, bazarda ət satırlar”, - deyir qusarlı Nüsrəddin kişi. Xaçmaz və Xudatda isə vəziyyət bir qədər fərqlidir. Burdakı vəhhabilərin bir üstünlüyü də var ki, onların əlində külli miqdarda dini ədəbiyyat var və həmin ədəbiyyatı geniş yayırlar da. Amma təbii ki, nə Mollaçiyev, nə də Telman Abdullayev Rusiyadan Azərbaycana dini ədəbiyyat gətirmirdilər. Ən azı silahlı olan bu şəxslərin məqsədi tamam başqa olub. Məlumatlı mənbənin dediyinə görə, Xaçmaz və Xudat zonasında 300-dək vəhhabi təriqətinə aid şəxslər birləşib hansısa təxribata əl ata bildilər... Postlar götürülüb, gərginlik isə qalır Təsadüfi deyil ki, biz Qusarda olarkən burda postlar artıq götürülmüşdü. Rayon ərazisində təkcə Grik və Həzrə kəndləri ərazisində postlar yerində idi. Bundan başqa, biz Xaçmazla Qubanı ayıran Qəndab kəndini keçərkən göydə iki hərbi vertolyotun ətraf meşəlik ərazini müşahidə etdiyini gördük. Həmçinin Rusiya ilə sərhəd-keçid məntəqəsinin gücləndirilmiş iş rejimində işlədiyinin şahidi olduq. Qonşu ölkədən Azərbaycana keçən vətəndaşlar və habelə avtomobillər ciddi yoxlanılırdı. Bütün bunlar təbii ki, bölgədəki ümumi narahatlıqdan xəbər verirdi. Amma ümumi həyəcan yox idi, sadəcə, insanlar bir qədər təlaşlı, informasiyasız, təbliğatsızdılar. Əslində əsl narahatlıq doğuran məqam da budur. Amma bölgəni, xüsusən də qusarlıları indi tamam başqa şeylər narahat edir. Bunlar barədə isə sabahkı sayımızda oxuyacaqasınız. Və biləcəksiniz ki; Qusar hansı oliqarxın inhisarındadır? Hacının “Qarabulağ”ı niyə açıldı, niyə bağlandı? Mahaçqala və Dərbənddə hansı Qusar məhəllələri yaranıb? Rayonun meşə və dağlarını kimlər işğal edib? Və nəhayət, kiçik bir əyalət avtovağzalı sizlərdə hansı nostalji hisslər yaradacaq? Səbuhi MƏMMƏDLİ, Bakı-Qusar-Bakı musavat
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Gilanda 9 vəkilə həbs cəzası verildi
İranda alzheimerə yoluxanların sayı artıb
Savalan zirvəsindəki göl tamamilə donub
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi
Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
İranda daha üç etirazçı tələbə cəzalandırıldı