SON XƏBƏRLƏR

Türkiyə prezidentinin xüsusi nümayəndəsi Ünal Çeviköz Edvard Nalbandyanla görüşüb

2021.10.20, 07:36
Türkiyə prezidentinin xüsusi nümayəndəsi Ünal Çeviköz Edvard Nalbandyanla görüşüb

Gunaz.tv
Türkiyə prezidentinin xüsusi nümayəndəsi Ünal Çeviköz Edvard Nalbandyanla görüşüb unal_cevikoz.jpg Görüşdə Abdullah Gülün Ermənistana səfərinin təfərrüatları müzakirə edilib Bu gün İrəvanda səfərdə olan Türkiyə prezidentinin xüsusi nümayəndəsi, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Ünal Çeviköz Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüb. Görüşdə Türkiyə prezidenti Abdullah Gülün Ermənistan prezidenti Serj Sarksiyanın dəvəti ilə sentyabrın 6-da İrəvanda baş tutacaq Türkiyə-Ermənistan futbol matçına birgə tamaşa etmək üçün Ermənistana səfərinin təfərrüatları müzakirə edilib. Bu barədə “Novosti-Armeniya” agentliyi məlumat yayıb. Görüş zamanı həmçinin Türkiyənin regionda stabillik və təhlükəsizlik yaranması üçün “Qafqaz ittifaqı” barədə təşəbbüsü də müzakirə edilib. Nalbandyan qeyd edib ki, Ermənistan həmişə regionda inam, stabillik və əməkdaşlıq üçün edilən səyləri müsbət qarşılayıb. Onun sözləreinə görə, bu ittifaqın yaranmasını da alqışlamaq olar. /ANS PRESS/

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar