Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Qaşqay qadın fəal həbs edilib
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölən var
Prezident: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
İrandan gələn "Şaftalı" yükündə 52 kq marixuana aşkarlanıb
Sünni din xadimi məhkəməyə çağırıldı
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Fidanla Əraqçı görüşüb
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
ATƏT PARLAMENT ASSAMBLEYASININ DAĞLIQ QARABAĞ ÜZRƏ XÜSUSİNÜMAYƏNDƏSİ QORAN LENMARKERİN FİKRİNCƏ, HƏR ŞEY İKİ ÖLKƏDƏN VƏ ONLARIN RƏHBƏRLƏRİNDƏN ASILIDIR Dünən ATƏT Parlament Assambleyasının (PA) Dağlıq Qarabağ və Gürcüstan üzrə xüsusi nümayəndəsi, qurumun sabiq prezidenti Qoran Lenmarker Bakıya gəlib. O, Azərbaycanda dövlət rəsmiləri ilə görüşlər keçirib. Əvvəlcə qonağın parlamentdə görüşləri olub. Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, qonağı əvvəlcə parlament sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova qəbul edib. B.Muradova Azərbaycan parlamentinin ATƏT və onun qurumları ilə əlaqələrin inkişafında maraqlı olduğunu bildirib. Ölkəmizin Avropaya inteqrasiyası, demokratik vətəndaş cəmiyyətinin qurulması, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində göstərilən səylər və digər məsələlər barədə ətraflı məlumat verib. Vitse-spiker bu cür səfərlərin əhəmiyyətini, ikitərəfli əlaqələrin inkişafında rolunu yüksək qiymətləndirib. Görüşdə Cənubi Qafqazda baş verən proseslər barəsində fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub. Dünən qonağın Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvləri ilə də görüşü keçirilib. Daimi komissiyanın sədri Səməd Seyidov bildirib ki, Q.Lenmarkerlə görüşdə bölgədəki ümumi problemlər, mövcud vəziyyət və bununla bağlı olan məsələlər müzakirə edilib. Görüşdə iştirak edən daimi komissiyanın üzvü, millət vəkili Asim Mollazadə "Trend News"a deyib ki, ATƏT PA-nın xüsusi nümayəndəsi Cənubi Qafqazda mövcud olan münaqişələr və onların həlli ilə bağlı komissiyanın mövqeyini öyrənmək istəyib. "Komissiya üzvləri onun diqqətinə çatdırdı ki, Cənubi Qafqaz bölgəsində ATƏT-in təməl prinsipləri və sənədləri kobud şəkildə pozulur və ölkələrin ərazi bütövlüyü tanınmır. Gürcüstanda baş verən son hadisələr beynəlxalq ictimaiyyətin diqqətini yenidən bu münaqişələrə cəlb etməlidir". O qeyd edib ki, parlament komissiyası ATƏT PA-dan beynəlxalq hüquq normalarına dəstək verməsini və bütün münaqişələrə münasibətin bu prinsiplər əsasında formalaşdırılması məsələsində dəstək göstərməsini istəyib. "Lenmarkerin nəzərinə çatdırdıq ki, bölgədə sabitliyi qorumaq və daimi inkişafı təmin etmək üçün ilk növbədə münaqişələrin həllinə nail olmaq lazımdır və bu, beynəlxalq hüquq normaları və ATƏT-in təməl prinsipləri əsasında olmalıdır". ATƏT PA-nın xüsusi nümayəndəsi Q.Lenmarker isə deyib ki, Azərbaycan Cənubi Qafqazın əsas strateji bölgəsində yerləşir və sabitliyin qorunması üçün münaqişələrin həllinə çalışmaq və bunu beynəlxalq hüquq normaları əsasında etmək lazımdır. Dünən Q.Lenmarkeri Milli Məclisin sədri Oqtay Əsədov da qəbul edib. Görüşdə sədr bildirib ki, müstəqil Azərbaycan dünyanın nüfuzlu belnəlxalq qurumları, o cümlədən ATƏT-lə əməkdaşlığın inkişafına böyük önəm verir. Avropa strukturlarına inteqrasiya Azərbaycanın xarici siyasətində prioritet yer tutur. Bu gün sürətlə inkişaf edən Azərbaycan Avropa dəyərlərindən bəhrələnməklə yanaşı, vahid Avropa ailəsinə öz töhfəsini də verməkdədir. Söhbətdə sədr regional münaqişələrdən söz açaraq cənab Q.Lenmarkerin Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT tərəfdən məruzəçi təyin olunmasını yüksək dəyərləndirib. Bununla yanaşı spiker problemin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun səylərinin daha da artırılmasının vacibliyini qeyd edib. Bildirilib ki, dünyanın müxtəlif bölgələrində separatizmin dəstəklənməsi, bu sahədə ardıcıl siyasətin yeridilməməsi ikili standartlara yol açır və öz növbəsində ölkələrin ərazi bütövlüyü prinsipinin pozulmasına səbəb olur. Sədr qeyd edib ki, etnik münaqişələrə, separatizmə vaxtında və yerində düzgün qiymət verilməli, beynəlxalq hüququn prinsipləri gözlənilməlidir. "Çox təəssüf ki, bugünkü reallıq bu sahədə başqa bir mənzərəni əks etdirir. Bütün bunlara baxmayaraq, Azərbaycan regional münaqişələrin, o cümlədən Dağlıq Qarabağ probleminin sülh yolu ilə, güc tətbiq etməməklə, ölkələrin ərazi bütövlüyü prinsipi qorunmaq şərti ilə həllinə tərəfdardır" - deyə O.Əsədov bildirib. O əlavə edib ki, Azərbaycan Cənubi Qafqazda son dövrdə baş vermiş hadisələrdən təəssüflənir və öz mövqeyini bir daha təsdiqləyir. Q.Lenmarker isə bildirib ki, Azərbaycana səfərinin əsas məqsədi ölkə başçısı, parlament sədri və xarici işlər naziri ilə görüşüb, Gürcüstanda baş verən hadisələrlə bağlı Azərbaycanın mövqeyini öyrənmək olub. Onun sözlərinə görə, Azərbaycan regionun ən vacib ölkələrindən biri olduğuna görə bu məsələ ilə bağlı mövqeyi önəmlidir: "Səfərin nəticəsi olaraq düşünürəm ki, regionda əməkdaşlıq genişlənməlidir". Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanla Azərbaycan arasında mövcud vəziyyəti xatırladan ATƏT nümayəndəsi bunun əməkdaşlığı bir qədər çətinləşdirdiyini söyləyib: "Biz ümid edirik ki, əməkdaşlığın daha da genişlənməsi üçün addımlar atılacaq. Dağlıq Qarabağ münaqişəsinin mümkün qədər tez həlli vacibdir. Ən əsası ona görə ki, qaçqın və məcburi köçkünləri sayı çoxdur". Gürcüstandakı vəziyyətə toxunan ATƏT nümayəndəsi hadisələrə qiymət verməyin tez olduğunu bildirib: "Düşünürəm ki, bu böhranlı hadisələrin üzərindən keçmək üçün də əməkdaşlıq genişlənməlidir". Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 2005-ci ildə hesabat hazırladığını xatırladan Q.Lenmarker yeni hesabat hazırlamaq barədə düşünmür. Onun sözlərinə görə, beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan münaqişəsinin həllinə kömək edə bilərlər: "Amma hər şey iki ölkədən və onların rəhbərlərindən asılıdır". ATƏT nümayəndəsi Ermənistan və Azərbaycan rəhbərlikləri arasında görüşlərin keçirilməsindən məmnun olduğunu da bildirib. Xatırladaq ki, ATƏT PA prezidentinin xüsusi nümayəndəsi Azərbaycandan sonra Gürcüstan və Ermənistana da səfər edəcək. Q.Lenmarkerin səfərin nəticələrinə uyğun olaraq, Cənubi Qafqazdakı vəziyyətlə bağlı hesabat hazırlayacaq. Həmin hesabat ATƏT Parlament Assambleyasının 18-21 sentyabr tarixində keçiriləcək sessiyasında müzakirə olunacaq. Prezident İlham Əliyev də ATƏT Parlament Assambleyası prezidentinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib. Q, Lenmarker bu gün Gürcüstana gedəcək. O, Cənubi Qafqaz ölkələrinə səfərinin nəticəsi olaraq məruzə hazırlayacaq. Kamil HƏMZƏOĞLU 525
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Gilanda 9 vəkilə həbs cəzası verildi
Savalan zirvəsindəki göl tamamilə donub
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi
Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
İranda daha üç etirazçı tələbə cəzalandırıldı