Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Qaşqay qadın fəal həbs edilib
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölən var
Prezident: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
İrandan gələn "Şaftalı" yükündə 52 kq marixuana aşkarlanıb
Sünni din xadimi məhkəməyə çağırıldı
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Fidanla Əraqçı görüşüb
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
Dünən Gürcüstan krizisi və Rusiya ilə münasibətlərin müzakirəsi ilə bağlı Avropa Birliyi dövlət başçılarının Brüsseldə zirvə görüşü keçirilib. Sammitdən öncə isə bir sıra diqqət çəkən məqamlar olub. Məcələn, Rusiya prezidenti Dmitri Medvedyev heç bir halda Abxaziya və Cənubi Osetiyanın tanınması qərarından geri addım atmayacaqlarını bəyanlayıb. Moskva Saakaşvilisiz Gürcüstan istədiyini bəyanlayır Xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva Qərb ölkələrinin Mixail Saakaşvili hökumətini dəstəkləməmələrini, yeni hökumət iş başına gələnə qədər Gürcüstana silah tədarükünə embarqo qoyulmasını təklif edir. Bununla da o, ölkəsinin Mixail Saakaşvilinin hakimiyyətdən uzaqlaşdırılmasını istədiyini açıq dilə gətirib. Onun sözlərinə görə, Moskva Vaşinqtonla qarşılıqlı və düzgün əsasda münasibət quracaq, eyni zamanda Rusiya vətəndaşlarının və öz maraqlarının beynəlxalq arenada əzmlə müdafiəsini davam etdirəcək. Sergey Lavrov deyib ki, ABŞ və onun müttəfiqlərinin Mixail Saakaşviliyə dəstəyi "tarixi səhvə" səbəb ola bilər: "Biz regionda təhlükəsizliyi təmin etmək üçün ATƏT və BMT ilə sıx əməkdaşlıqda maraqlıyıq. İrəliyə doğru yeganə müdrik yol Qərblə praqmatik əməkdaşlıqdır". Rusiya prezidenti Dimitri Medvedyevlə Avropa Birliyinə sədrlik edən Fransanın prezidenti Nikolas Sarkozi arasında da zirvə görüşündən əvvəl bir telefon danışığı olub. "İnterfaks" agentliyinin yaydığı xəbərə görə, telefon danışığı əsasən Abxaziya və Cənubi Osetiya ətrafında rus ordusunun formalaşdırdığı bufer zona ətrafında olub. Münaqişə bölgəsində beynəlxalq sülhməramlıların yerləşdirilməsi də müzakirə edilib. Avropa Birliyinə sədrlik edən Fransa Rusiyanın 6 maddəlik atəşkəs planını həyata keçirməsini, bu çərçivədə rus qoşunlarının müharibədən əvvəlki mövqelərinə çəkilməsini istəyir. Braun və Putinin Avropaya fərqli enerji mesajları "The Observer" qəzetində məqalə yazan Böyük Britaniyanın xarici işlər naziri Qordon Braun hesab edir ki, Avropa Rusiyanın enerji təhdidi altında yaşamamalıdır. Nazir vurğulayıb ki, "əgər biz hərəkətsiz qalmaqda davam etsək, etibarlı olmayan və qeyri-stabil tərəfdaşın enerji aslılığında olacağıq". Qordon Braun Avropanın Xəzər və Mərkəzi Asiyanın enerji resurslarına diqqət yönəltməsini zəruri sayır. Onun sözlərinə görə, əgər Moskva "Böyük səkkizlik", İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı kimi qurumlarda üzvlüyünü qorumaq, Ümumdünya Ticarət Təşkilatına üzv olmaq istəyirsə, beynəlxalq hüquq normalarına riayət etməlidir. Qordon Braun az əvvəl Rusiya prezidentinə Avropa Birliyi üzvlərinin həlledici cavablarına hazır olmaq barədə xəbərdarlığı çatdırdığını da söyləyib. Qordon Braun Avropa Birliyini Rusiya ilə əməkdaşlıq və tərəfdaşlıq üzrə yeni müqavilə danışıqlarını dayandırmağa çağırıb. Avropa Birliyinin sammitində sərt qərarları əngəlləməyə çalışan Moskvanın Böyük Britaniyanın baş nazirinə cavabı da gecikməyib. Rusiyanın baş naziri Vladimir Putinsə Moskvanın Avropaya neft və qaz ötürülməsini məhdudlaşdırmağa hazırlaşmadığını açıqlayıb. Bununla belə o, enerji daşıyıcılarının dversifikasiyasını həyata keçirməyin zəruri olduğunu vurğulayıb: "Biz heç nəyi məhdudlaşdırmağa hazırlaşmırıq, müqavilələr üzrə öhdəliklərimizi ciddi yerinə yetirəcəyik. Dversifikasiya proqrmına gəlincə, bu, çoxdan nəzərdə tutulub və hazırkı siyasi proseslərlə əlaqəli deyil. Bunu dünya iqtisadiyyatı, xüsusən sürətlə inkişaf edən Sakit okean regionu tələb edir". Vladimir Putin Qərb ölkələriylə münasibətlərin pisləşməsinin real əlamətlərini görmədiyini də dilə gətirib: "Mən hələ hər hansı soyuqlaşma görmürəm, çoxlu danışırlar, ancaq soyuqlaşmaya dəlalət edən hər hansı praktiki addım atılmayıb. Mən ümid bəsləyirəm ki, belə soyuqlaşma gələcəkdə də baş verməyəcək. Həqiqət bizim tərəfimizdədir, biz özümüzü arxayın və beynəlxalq hüquq çərçivəsində aparırıq". Fransızların ümidsiziyi, Solonanın inamsızlığı ABŞ-ın az əvvəl Gürcüstanın Batumi limanına hümunitar yük gətirmiş "Dallas" sahil mühafizə kateri isə Sevastopola yan alıb. Bu, Ukrayna hakimiyyətinin dəvətiylə gerçəkləşib. Sevastopoldakı rusiyayönümlü təşkilatlar isə bununla bağlı 200 nəfərin iştirakıyla etiraz aksiyası keçiriblər. Piketə "Rusiya bloku" və Ukryana Sosialist Tərəqqi Partiyasının nümayəndələri qatılıblar. Aksiyada "NATO-rədd ol!" şüarı səsləndirilib. Xatırladaq ki, Rusiya qısa müddət ərzində NATO gəmilərinin Qara dənizdən çıxmasını tələb edir. Fransanın "Liberation" qəzetində dünən işıq üzü görən baş məqalədə yazılırdı ki, fərqli mövqelər və Avropa ölkələrinin Rusiyadan təbii qaz aslılıqları üzündən Avropa Birliyinin Moskvaya qarşı təsirli bir sanksiya həyata keçirməsi imkansızdır. Birliyi xarici siyasətdə bacarıqsız sayan "Liberation"a görə, Avropa Birliyi heç zaman ABŞ kimi diplomatik sahədə güc təşkil etməyəcək: "Avropa Birliyi ölkələri Rusiya ilə strateji ortaqlıq anlaşmasında belə indiyə qədər ortaq bir uzlaşma əldə edə bilməyiblər. Avropa Birliyinin Moskvaya qarşı ən sərt qərarı bəlkə bu strateji ortaqlıq anlaşması ilə bağlı müzakirələrin təxirə salınması ola bilər. Sanksiyalar məsələsində Avropa Birliyi Rusiya qarşısında çarəsizdir". Sammitdən az öncə Gürcüstanın baş naziri Vladimir Qurgenidzeni qəbul edən Avropa Birliyinin baş katibi Havyer Solana da indiki mərhələdə Rusiyaya qarşı sanksiyaların real görünmədiyini bildirib. O deyib ki, noyabrda Avropa Birliyi-Rusiya sammiti və prezident Dmitri Medvedyevlə görüş keçiriləcək və bu tədbirlərin taleyi həmin müddətəcən Gürcüstan ətrafında hadisələrin necə inkişaf edəcəyindən asılı olacaq. Havyer Solananın sözlərinə görə, sammit üç istiqamət - Rusiya ilə Gürcüstan arasında qarşıdurmanın həlli, Avropa Birliyinin Gürcüstanla münasibətləri, ona siyasi və iqtisadi dəstək, bir də bu ölkəyə beynəlxalq müşahidəçilərin göndərilməsi istiqamətləri üzrə aparılacaq. Avropa Birliyi liderlərinin müzakirəsinə isə iki qərar layihəsi çıxarılıb. Rusiyanın Gürcüstana hərbi təcavüzü və bu ölkənin iki əyalətini müstəqil dövlət adına tanıması qarşılığında Polşa Moskvaya sərt sanksiyalar tətbiqini təklif edir. İtaliyanın təklif etdiyi qətnamə layihəsi sadəcə Rusiya qoşunlarını Abxaziya və Cənubi Osetiya bölgələri ətrafında elan olunmuş "bufer zona"dan çıxarmaq tələbi qoyur. Avropa Birliyi liderləri müzakirə başlayan dəqiqələrdə Brüsseldə, Tiflisdə və başqa şəhərlərdə "canlı zəncir" həmrəylik aksiyaları da start götürüb. Gürcüstan paytaxtında "Stop Russiya!" şüarıyla düzənlənən aksiyaya görə şəhərdə qısa iş günü elan olunub, mərkəzi küçə və prospektlər nəqliyyata bağlanıb. Rusiyaya sanksiya nəzərdə tutulmur Sammit işə başlayandan az sonra "Qazprom"un "Yamal-Avropa" kəməryilə Avropaya qaz nəqlini dayandıracağı barədə məlumat yayılıb. Az sonra şirkət məlumatı təsdiqləyib. "Qazprom"un yaydığı məlumatda bildirilir ki, kəmərdə təmirlə əlaqədar sentyabrın 2-dən saat 16:00-dan 3 sentyabr 22:00-dək qaz ötürülməsi dayandırılacaq. Təmir işləri Polşa və Almaniya ərazilərində aparılacaq. Sentyabrın 4 isə qaz ötürülməsi gündə 50 mln kubmetr olmaqla bərpa ediləcək. Avropa Birliyinin gündəliyinə isə sərt layihə çıxarılmayıb. Sammitin işə başlamasından 4 saat keçəndən sonra diplomatlardan biri jurnalistlərə deyib ki, Fransanın təqdim etdiyi layihədə Avropa cəmiyyətinin Rusiyaya münasibətinin atəşkəslə bağlı imzalanmış 6 bəndlik sənədin yerinə yetirilməsindən asılı olacaq. Sənəddə qeyd olunur ki, Avropa Birliyi Rusiyanı Gürcüstana müdaxiləyə, beynəlxalq hüquq normalarını pozduğuqna görə sərt mühakimə edir və Moskvanın bu hərəkətinin Brüsselə onun münasibətlərini yol ayrıcına gətirdiyi vurğulanır. Həmçinin Avropa Birliyi Moskvanı özünü təcrid etməməyə çağırır. Sənəddə Avropa Birliyinin Rusiyayla strateji dialoqu davam etdirməsinin zəruriliyi də vurğulanır. Moskvaya qarşı hər hansı sanksiyadan isə söz getmir. Diplomat onu da bildirib ki, Avropa Birliyi Rusiya munasibətləriylə bağlı növbəti addım Birlik ölkələrinin xarici işlər nazirlərinin Avionda keçiridəcək görüşündə müzakirə olunacaq. Sammitdə Fransanın təqdim etdiyi sənədin əleyhinə Polşa və Pribaltika ölkələri çıxış ediblər. Onların təqdim etdikləri sərt layihə noyabrda keçiriləcək Rusiya-Avropa Birliyi sammitində müzakirəyə çıxarılacaq. Həmin sənəddə Cənubi Osetiyaya Avropa Birliyinin eqidası altında sülhməramlıların göndərilməsi barədə də müddəa var. Qeyd edək ki, oktyabrdan tez olmayaraq Avropa Birliyi gürcü-osetin münaqişə zonasına müşahidəçi göndərməyi də planlaşdırır. xalqcebhesi
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Gilanda 9 vəkilə həbs cəzası verildi
Savalan zirvəsindəki göl tamamilə donub
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi
Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
İranda daha üç etirazçı tələbə cəzalandırıldı