Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Qaşqay qadın fəal həbs edilib
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölən var
Prezident: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
İrandan gələn "Şaftalı" yükündə 52 kq marixuana aşkarlanıb
Sünni din xadimi məhkəməyə çağırıldı
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Fidanla Əraqçı görüşüb
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
Serik Primbetov: "Gürcüstandakı münaqişə Xəzər dənizi regionu ölkələrinin iqtisadi vəziyyətinə mənfi təsir göstərib" Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın razılaşdırılması üzrə xüsusi işçi qrupun 23-cü iclası sentyabrın 4-5-də Bakıda keçiriləcək. Xarici İşlər Nazirliyi mətbuat xidmətinin məlumatınaa görə, iclas "Gülüstan" sarayında baş tutacaq. Xatırladaq ki, bu görüşün iyulun 23-24-də keçirilməsi gözlənilsə də, toplantı iştirakçıların xahişilə təxirə salınmışdı. İclasda Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya və İranın xarici işlər nazirləri müavinlərinin rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak edəcək. Görüşdə Xəzərin statusu haqqında Konvensiyanın mətni üzərində müzakirələr aparılacaq. Aysel Qeyd edək ki, Xəzəryanı ölkələrin Tehran sammitində Bakıda Xəzərin təhlükəsizliyinə dair xüsusi konfrans keçirilməsi də qərara alınıb. Həmin konfransla bağlı işçi qrupun iclasında müzakirələr aparılacaq, mövcud olan təhlükəsizlik məsələlərinə aid bütün təkliflər ümumiləşdiriləcək, təkliflər əsasında layihə hazırlanacaq. İşçi qrupun iclasında təhlükəsizlik üzrə konfransın tarixi də müəyyənləşəcək. Bu arada Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov ölkəsinin münaqişələrin regionun təhlükəsizliyinə mənfi təsirindən narahatlığını bildirib: "Astana regionun təhlükəsizliyinə mənfi təsir göstərən Gürcüstandakı vəziyyətin tezliklə tənzimlənməsində maraqlıdır". Səfirin sözlərinə görə, Gürcüstandakı münaqişə Xəzər dənizi regionu ölkələrinin iqtisadi vəziyyətinə də mənfi təsir göstərib. Qazaxıstanda Azərbaycanla TransQazaxıstan magistralının tikintisi birgə layihəsi üzrə iş aparılır. Layihənin məqsədi yüklərin Çindən Xəzər dənizi və Qara dəniz vasitəsilə Avropaya nəql edilməsidir. Bundan başqa, Azərbaycanda taxıl terminalı tikilib və istifadə edilməkdədir. Ora artıq 20 min ton taxıl çatdırılıb. Yaxın gələcəkdə dəyirman tikilməsi planlaşdırılıb. Səfirin diliylə səsləndirilən Qazaxıstanın narahatçılığı başadüşüləndir. Nəinki Qazaxıstan, eləcə də Azərbaycan və Türkmənistan da regionda baş verənlərdən narahatdır. Səfirin bildirdiyi kimi, Qazaxıstanda Azərbaycanla TransQazaxıstan magistralının tikintisi birgə layihəsi üzrə iş aparılır. Azərbaycan eyni zamanda Türkmənistanla da münasibətlərində dönüş yaradıb. Bu ölkə "Transxəzər" layihəsinə qoşulmağa razılıq verib. Bir çox məsələlərdə də Azərbaycanla əməkdaşlıq etməyə hazırdır. Ancaq bütün bu layihələri əngəlləməyə çalışan Rusiya və İran ölkələr arasında normal münasibətlərin qurulmasında da maraqlı deyil. Xəzərin hüquqi statusuna gəldikdə isə, Rusiyanın, eləcə də İranın mövqeyi bəllidir. Bu dövlətlər Xəzərin bölünməsi probleminə ölkələrinin ərazi bütövlüyünün bərpası kontekstindən yanaşırlar. Xatırladaq ki, Azərbaycan dənizin statusu məsələsiylə bağlı artıq bəzi sahilyanı ölkələrlə müvafiq razılıqlar əldə edib. Amma Xəzərin yekun statusunun bütun sahliyanı ölkələrin iştirakıyla təyin edilməsi lazımdır. Xatırladaq ki, SSRİ və İran arasında imzalanan müqavilələr nəticəsində Xəzər dənizinin statusu daxili su hövzəsi kimi müəyyənləşib və bu amil beynəlxalq hüquq doktrinasında da öz əksini tapıb. 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra Xəzər regionunda vəziyyət radikal şəkildə dəyişib. Yeni müstəqil sahilyanı dövlətlərin yaranması balıqçılıq, dəniz təkinin kəşfiyyatı, hövzənin və onun enerji resurslarının istismarıyla bağlı bir sıra hüquqi çətinliklər və sərhəd problemləri ortaya çıxıb. Xəzərin statusu ilə bağlı məsələni ilkin olaraq 1992-ci ilin əvvəllərində hövzə dövlətlərinin regional təşkilatının yaradılması təşəbbüsüylə çıxış edən İran gündəmə gətirib. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" bu istiqamətdə müzakirələrin daha da kəskinləşməsinə səbəb olub. 1993-cü ildə imzalanması nəzərdə tutulan beynəlxalq neft müqavilələrinin qarşısını qiyam yoluyla alan Rusiya 1994-cü ildə gerçəkləşən layihələrə qarşı İranın geosiyasi iddialarını stimullaşdırdı. Başqa sözlə, SSRİ ilə müqavilələr nəticəsində Xəzərdə payı müəyyənləşmiş İran əslində SSRİ-nin süqutundan sonra adi məntiqlə yanaşsaq, bu prosesə qarışmamalıydı. SSRİ-nin payına düşən hissənin Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan arasında bölüşdürülməsi müzakirə mövzusu olmalıydı. Amma Moskva Azərbaycanı gələcəkdə təzyiq və şantaj altında saxlamaq məqsədiylə prosesə İranı da qatıb. Bu gün hövzənin bölünməsində əsasən iki yanaşma üstünlük təşkil edir. Həmin yanaşmalardan biri Xəzərin dəniz, digəri göl olmasına söykənir. BMT-nin dəniz hüququna dair Konvensiyasında hər hansı bir hövzənin "dəniz", yaxud "göl" adlandırılması üçün əsas onun dünya okeanıyla əlaqəsi hesab edilir. Açıq dənizlərin dünya okeanı ilə birbaşa əlaqəsi olmalıdır. Yarımqapalı dənizlərə dünya okeanı ilə başqa dənizlər vasitəsiylə çıxışı olan su hövzələri aiddir. Dünya okeanıyla təbii dar keçidlərlə əlaqəsi olan su hövzələri qapalı dənizlər sayılır. Çaylar və su kanalları beynəlxalq dəniz hüququnun predmeti hesab olunmurlar. Xəzər dünya okeanıyla təbii əlaqəsi olmadığına görə "dəniz" hesab edilə bilməz. Hər hansı bir su hövzəsinə dəniz statusunun verilməsi sahilyanı olmayan istənilən ölkəyə bu dənizdən istifadə hüququ verir. Xəzər adi dənizlərdən biri kimi qəbul edilərsə, o halda ona BMT-nin kontinental şelf və dəniz hüququna dair Konvensiyası avtomatik tətbiq olunmalıdır. Belədə sahilyanı dövlətlər 12 millik ərazi suları üzərində suveren hüquqlar və 200 millik iqtisadi zona əldə etməlidir. Amma Xəzərin maksimal eni 200 dəniz milini ödəmədiyi üçün iqtisadi zonanın xarici sərhədlərini orta xətt üzrə götürmək olar. BMT Konvensiyasına əsasən, əgər su hövzəsi bir neçə dövlətin ərazisiylə əhatə olunursa, dünya okeanına da təbii çıxışı yoxdursa, göldür və və o, sahilyanı dövlətlərin sərhədləri çərçivəsində daxili milli sular hesab olunur. Bu halda Xəzərdə bölgü şimaldan cənuba qədər orta xətt və sahilyanı dövlətlərin sahilə çıxan sərhəd kəsişmələri üzrə aparılmalıdır. Bütün bunlara baxmayaraq Xəzərin bölünməsiylə bağlı sahilyanı dövltlərin vahid mövqeyi hələ də nəzərə çarpmır. Yuxarıda da qeyd etdiyimiz kimi Rusiya tərəfindən danışıqlara cəlb edilən İran daha sərt mövqedən çıxış edir. Hazırda Xəzər şelfi üzərində 14 faiz paya malik İran əlavə olaraq 6 faizə də iddialıdır. İranın xəzərətrafı sərhədləri yalnız Azərbaycan və Türkmənistanla kəsişdiyi üçün bu ölkənin Rusiya və Qazaxıstandan əlavə pay umması coğrafi reallıqlara uyğun gəlmir. Söhsüz ki, Tehran Azərbaycan və Türkmənistanın ərazi sularına iddialıdır. İranla Türkmənistan arasında hələ ki, ciddi narazılıq yoxdur. İran və Türkmənistanın digər üç dövlətdən (Azərbaycan, Rusiya və Qazaxıstan) fərqli olaraq "orta xətt" prinsipiylə razılaşmamasının əsas səbəbi Tehran və Aşqabadın Xəzərdəki yeni neft yataqları üzərində öz hüquqlarını təmin etmək istəyi, eləcə də Azərbaycana məxsus yataqların istismarının qarşısının alınmasıyla bağlıdır. Onu da deyək ki, göllərin orta xətt üzrə milli sektorlara bölünməsi yeni hadisə deyil. Bununla bağlı Çad (Kamerun-Çad-Nigeriya-Niger), Böyük göl (ABŞ-Kanada) və s. su hövzələrini misal çəkmək olar. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın razılaşdırılması üzrə xüsusi işçi qrupunun Bakıda keçiriləcək 23-cü iclasını da gözləyək. xalqcebhesi
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Gilanda 9 vəkilə həbs cəzası verildi
Savalan zirvəsindəki göl tamamilə donub
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi
Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
İranda daha üç etirazçı tələbə cəzalandırıldı