Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Qaşqay qadın fəal həbs edilib
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölən var
Prezident: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
İrandan gələn "Şaftalı" yükündə 52 kq marixuana aşkarlanıb
Sünni din xadimi məhkəməyə çağırıldı
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Fidanla Əraqçı görüşüb
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
«Son hadisələr göstərir ki, Türkiyə əgər onun dövlət maraqlarına zidd olarsa, Azərbaycanın müstəqilliyinin təminatçısı kimi çıxış etməyəcək» 01.09.2008 Natiq Zeynalov Ermənistan prezidenti Serj Sərkisyanın Yerevanda birgə futbol izləmək təklifinə Abdulla Gülün cavabı hələlik bəlli deyil. Amma Türkiyənin Xarici İşlər naziri Əli Babacan avqustun 31-də bildirib ki, bir qrup türk diplomatı bugünlərdə Ermənistana gedəcək. Onlar həm prezident Gülün mümkün Ermənistan səfəri barədə danışıqlar aparacaq, həm də Baş nazir Rəcəb Tayyib Ərdoğanın Qafqazda Sülh və Əməkdaşlıq Platforması barədə təklifini müzakirə edəcək. Həmin təklif artıq Azərbaycan və Gürcüstanla da müzakirə edilib. Türkiyə mətbuatı Ankaranın bu səfər üçün Yerevana beş şərt irəli sürdüyünü yazırlar. «Akşam» qəzetinin yazdığına görə, həmin şərtlər əsasən səfər zamanı hər hansı etiraz aksiyalarının olmaması, təhlükəsizliyin təmin edilməsi ilə bağlıdır. Türkiyədə hesab edirlər ki, səfərin təhlükəsizlik tərəfi son dərəcə önəmli olduğundan Gülün Ermənistana gedib-getməyəcəyi son ana qədər elan edilməyəcək. Türkiyədəki Avrasiya Strateji Araşdırmalar Mərkəzinin Erməni Araşdırmaları İdarəsinin rəhbəri Ömer Lütem «Azadlıq» radiosuna deyir ki, əslində Ankara bu səfərə rəsmi protokol tətbiq etməmək üçün onun tarixini, proqramını açıqlamır. Türkiyə qəzetləri isə prezident Gülün hava limanında Sarkisyanla qısa görüşünün, bundan sonra onların birlikdə Yerevanda Razdan stadionunda ölkələrinin futbol komandalarının yarışını izləmələrinin, sonra isə Türkiyə prezidentinin geri dönməsinin nəzərdə tutulduğunu yazırlar. Türkiyənin Hakim Ədalət və İnkişaf Partiyasından 30 millət vəkili öz partiyasına müraciət edərək bu oyunu izləmək üçün Ermənistana getmələrinə icazə verilməsini istəyiblər. Türkiyəki Avrasiya Strateji Araşdırmalar Mərkəzindən Ömer Lütem hesab edir ki, A.Gülün Ermənistana ayaq basması ilə Ermənistanla Türkiyə arasında bütün problemlər həll olunmasa da, danışıqlar üçün bir qapı açıla bilər. Ö.Lütem bildirir ki, Türkiyə ilə Ermənistan arasında əsasən üç istiqamətdə problemlər var. Birincisi, Ermənistan 20-ci əsrin əvvəllərində Türkiyənin ermənilərə qarşı soyqırımı törətdiyini iddia edib, Ankaranın bunu tanımasını istəyir. İkincisi, son on altı ildə müstəqil olan Ermənistan dövləti hələ də Türkiyənin ərazi bütövlüyünü rəsmən tanımır və onun Türkiyəyə qarşı da ərazi iddiaları var. Üçüncüsü də Türkiyə Ermənistandan Qarabağın işğalına son qoymasını istəyir. «Azadlıq» radiosunun erməni xidmətinin rəhbəri Hrayr Tamrazyan isə bildirir ki, Daşnaksütyun Partiyası artıq oyunun keçiriləcəyi gün – sentyabrın 6-da Yerevanda dinc mitinq keçirəcəyini bəyan edib. Onlar soyqırımı və ərazi mübahisəsinə görə, Türkiyə ilə münasibətlərin qurulmasının əleyhinədirlər. Hrayr Tamrazyan deyir ki, ümumilikdə Ermənistanda bu səfərin ölkələr arasında münasibətlərdə bir irəliləyiş yarada biləcəyini düşününənlər çoxdur: «Yerevanda böyük gözləntilər yoxdur. Orada əsasən hesab edirlər ki, ən əsas nəticə ilk dəfə türk dövləti rəhbərinin Ermənistana səfəri ola bilər. Bunun özü iki ölkə arasında münasibətlərdə çox güclü bir irəliləyişdir». Hələlik, Türkiyə prezidentinin Ermənistana mümkün səfərinə Bakının rəsmi reaksiyası yoxdur. «Zerkalo» qəzetinin şərhçisi Rauf Mirqədirov hesab edir ki, Bakı ilə Ankaranın münasibətləri soyuya bilər, amma Türkiyə prezidentinin Ermənistana səfərindən daha çox, Ankaranın Kosovonu müstəqil dövlət kimi tanımaq qərarı və Gürcüstan məsələsindəki mövqeyinə görə: «Türkiyə Şimali Kiprdəki maraqlarına görə, Kosovunun müstəqilliyini tanıdı. Gürcüstan məsləsində Rusiya ilə münasibətlərini pozmaq istəmədi. Son hadisələr də göstərir ki, Türkiyə əgər onun dövlət maraqlarına zidd olarsa, Azərbaycanın müstəqilliyinin təminatçısı kimi çıxış etməyəcək». Bir az da Türkiyə ilə Ermənistan futbol yığmalarının qarşılaşması barədə. Bu iki ölkə arasındakı kəskin siyasi problemlər və Ermənistan prezidentinin bu oyuna türkiyəli həmkarını dəvət etməsi az qala futbol qarşılaşmasının özünə diqqəti azaldıb. Bəlkə də nəticələrin az qala indidən bəlli olmasına görə. Azərbaycan futbol yığmasının keçmiş rəhbəri Vaqif Sadıqov hətta üç qol fərqi ilə Türkiyə komandasının qalib gəlməsini gözləyir. Türkiyə mətbuatının yazdığına görə, yığma sentyabrın 5-də xüsusi təyyar reysi ilə Ermənistana gedəcək. Həmin gün Razdan standionunda məşq edib ertəsi gün - sentyabrın 6-da Ermənistan yığması ilə qarşılaşacaq. Axşam isə İstanbula dönəcək. azadliqradiosu
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Gilanda 9 vəkilə həbs cəzası verildi
Savalan zirvəsindəki göl tamamilə donub
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi
Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
İranda daha üç etirazçı tələbə cəzalandırıldı