Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Qaşqay qadın fəal həbs edilib
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölən var
Prezident: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
İrandan gələn "Şaftalı" yükündə 52 kq marixuana aşkarlanıb
Sünni din xadimi məhkəməyə çağırıldı
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Fidanla Əraqçı görüşüb
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
"Vaşinqton Bakıda enerji təhlükəsizliyi məsələsini araşdırmaq istəyir, çünki həm mövcud olan enerji layihələrinə, həm də "Nabucco" layihəsinə real risklər mövcuddur" Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən, Cənubi Osetiya və Abxaziyanın "müstəqilliyini" tanımasından sonra regionda vəziyyət mürəkkəb və həssasdır. Buna görə də ABŞ-ın vitse-prezidenti Dik Çeyninin, bu superdövlətin ikinci şəxsinin sentyabrın 2-də Bakıya təşrif buyurmağa hazırlaşması da təsadüfi sayılmır. Səfərin məqsədini jurnalistlərə şərh edən Ağ Evin yüksək səviyyəli rəsmisi bildirib ki, son vaxtlar Cənubi Qafqazda, xüsusilə də Gürcüstanda baş verənlər, bölgədə sülh və demokratiya üçün təhlükə, təhdidlər yarandığı bir vaxtda ABŞ dostları ilə məsləhətləşib səyləri əlaqələndirməyi vacib hesab edir. Ramiz Mikayıloğlu Dik Çeyni də Azərbaycan hakimiyyətiylə görüşlərində regionda yaranmış vəziyyət barədə məsləhətləşmələr aparacaq, gündəmdə olan digər mühüm məsələləri müzakirə edəcək, terrorla mübarizədə etibarlı tərəfdaş olan Bakıya Əfqanıstan və İraqda sülhyaratma prosesində fəal iştirakına görə Vaşinqtonun minnətdarlığını çatdıracaq. Ağ Evin rəsmisi qeyd edib ki, görüşlərdə enerji məsələləri, Dağlıq Qarabağ münaqişəsinin sülh yoluylu həlli zərurəti, payızda prezident seçkiləri keçiriləcək Azərbaycanda demokratiya və qanunun aliliyinin möhkəmləndirilməsi istiqamətində davamlı səylər ətrafında müzakirələr aparılacaq. Eyni zamanda Azərbaycan xalqına enerji ehtiyatlarının işlənilməsi və etibarlı şəkildə dünya bazarlarına nəql edilməsində kömək məsələsi öz enerji gələcəyini planlaşdıran ABŞ və Avropa dövlətlərinin çox möhkəm ortaq marağıdır. Ağ Evin rəsmisi vurğulayıb ki, Azərbaycan, Mərkəzi Asiya və Xəzər hövzəsi əlavə enerji mənbələrinin inkişaf etdirilməsi və onların beynəlxalq bazarlarda yerləşdirilməsi üçün yaxşı imkanlar açır. ABŞ və müttəfiq dövlətlər bölgə ölkələrinə həmin ehtiyatların işlənilməsinə daim dəstək veriblər. Ağ Ev rəsmisinin açıqlamasından bu qənaətə gəlmək olar ki, ABŞ-ı Bakı-Tiflis-Ceyhan neft, daha çox isə Avropanın rus qazından asılılığını minimuma endirə biləcək "Nabucco" qaz kəməri məsələləri narahat edir. Çünki Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən sonra "Nabucco"nun fəaliyyətində əsas sayılan və türkmən qazını ötürəcək "Trans-Xəzər" qaz kəmərinə marağın azaldığı yönündə fikirlər üstünlük təşkil edir. Bir sıra ekspertlərə görə, ABŞ həm də regionda Rusiyayla yaranmış qarşıdurma fonunda Azərbaycandan birmənalı mövqe gözləyir və Dik Çeyninin səfərində bu da əsas yer tutur. Məsələylə bağlı fikirlərini öyrəndiyimiz politoloq Zəfər Quliyev deyir ki, Dik Çeyninin regiona səfəri bir çox səbəblərlə bağlıdır, ona görə də turneni bir səbəblə əlaqələndirmək düzgün olmaz. İlk növbədə ABŞ vitse-prezidentinin gəlişi region ölkələrinə dəstək xarakteri daşıyır. Vaşinqton dövlətin ikinci şəxsi olan Dik Çeynini bölgəyə göndərməklə həm Gürcüstan və Azərbaycana, həm də Rusiyaya göstərir ki, ABŞ Tiflis və Bakını dəstəkləyir, onların yanındadır. Lazım olarsa, ABŞ Azərbaycan və Gürcüstanın təhlükəsizliyi məsələsini öz üzərinə götürəcək. Onun sözlərinə görə, Vaşinqton bununla Rusiyanın aqressiv siyasətinin qarşısında sipər çəkmək istəyir. Digər tərəfdən, Vaşinqton Bakıda enerji təhlükəsizliyi məsələsini araşdırmaq istəyir. Çünki həm mövcud olan enerji layihələrinə, həm də "Nabucco" layihəsinə real risklər mövcuddur: "ABŞ və Avropanı bu məsələ daha çox düşündürür və səfərdə enerji müzakirələrinin də əsas yer tutacağı şübhəsizdir. Dik Çeyni bu məsələdə Bakının mövqeyini öyrənməyə və ümumi bir mövqe əldə etməyə çalışacaq". Politoloq bildirdi ki, Rusiyanın Gürcüstana təcavüzünü anti-GUAM əməliyyatı da adlandırmaq olar. Ona görə ki, Gürcüstandan sonra ən böyük hədəflər Ukrayna və Azərbaycandır. O da nəzərə alınmalıdır ki, GUAM ABŞ-ın təşəbbüsüylə yaranıb və daim Vaşinqton tərəfindən dəstəklənib. Dik Çeyni bu səfərlə GUAM çərçivəsində də ölkələrin mövqeyini gücləndirməyə çalışacaq: "Azərbaycana ilk dəfə ABŞ-dan belə yüksək səviyyəli rəsmi nümayəndə gəlir. Ona görə də güman etmək olar ki, bir çox, o cümlədən İran məsələsi və Azərbaycanın bu yöndə mövqeyi, Bakının NATO-ya inteqrasiyası, inteqrasiyanın hansı formada həyata keçiriləcəyi də müzakirə obyekti ola bilər. Ən əsası isə təhlükəsizlik məsələsidir". Ancaq Zəfər Quliyev Qərb- Rusiya qarşıdurmasında ABŞ-ın Azərbaycandan birmənalı mövqe tələb edəcəyinə inanmır. Onun fikrincə, bunu ABŞ-ın Azərbaycandakı səfiri vasitəsiylə də öyrənmək olardı. Söhbət burada mövqeləri yaxınlaşdırmaqdan və gələcək addımların uzlaşdırılmasıdan ibarətdir: "İnanmıram ki, indiki mərhələdə Vaşinqton Azərbaycanla Rusiya arasında hər hansı konfrantasiyanın yaranmasında maraqlı olsun. Gürcüstan probleminin həlli ABŞ üçün əsasdır, indiki mərhələdə Qərb ölkələri üçün yeni konflikt ocağı sərfəli deyil. Şəxsən mən hesab edirəm ki, hətta hazırda rəsmi Bakının apardığı siyasət əsas məqamlarda Vaşinqtonla razılaşdırılıb". Milli Məclisin Analitik İnformasiya şöbəsinin müdiri Aydın Ağayev deyir ki, hazırda regionda beynəlxalq qanunların tapdanması baş verir. Onun sözlərinə görə, Dik Çeyninin gəlişini də başa düşmək çətin deyil: "Ancaq Dik Çeyni regionun problemlərinə münasibət bildirmək üçün əvvəllər gəlsə, həm də bir neçə dəfə gəlsəydi, daha yaxşı olardı. O halda bu səfəri də təbii qarşılanardı. İndi gəlişinin məqsədi bəllidir. Digər tərəfdən, o da məlumdur ki, Ağ Evdəki birinci şəxs və Dik Çeyni uzun müddət bu vəzifədə qalmayacaqlar, payızda ABŞ-da prezident seçkiləri keçiriləcək. Onların götürdükləri öhdəliklər də Ağ Evin yeni sahiblərinin boynuna düşəcək. ABŞ-da prezident kim, necə olacaq, onu da zaman göstərəcək". Aydın Ağayev vurğuladı ki, dünya reallıqları sərtdir. Ancaq bir an belə unudulmamalıdır ki, milli mənafelərimiz harada başlayır, harada qurtarır: "Azərbaycandan mövqe tələb etmək də lazım deyil, mövqeyi bəllidir. Azərbaycanın mövqeyi onun üçün ən lazım olan təhlükəsizliyindən, təhlükəsizliyin təminatından keçir. Əgər mövqe təhlükəsizliyin təminatına cavab verirsə, korrektə etməyə ehtiyac yoxdur. Düzdür, siyasətdə cari məsələlərlə bağlı korrektlər olur. Müəyyən Qərb ekspertlərinə əsasən deyirlər ki, Dik Çeyni filan şeyləri söyləyəcək. Ancaq ABŞ vitse-prezidentinə deyiləcək sözlər də Azərbaycanın təhlükəsizliyinin təminatından keçir. Biz indiyə qədər öz mövqeyimizi əsaslandırmış, indi də əsaslandıracağıq".
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Gilanda 9 vəkilə həbs cəzası verildi
Savalan zirvəsindəki göl tamamilə donub
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi
Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
İranda daha üç etirazçı tələbə cəzalandırıldı