Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Qaşqay qadın fəal həbs edilib
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölən var
Prezident: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
İrandan gələn "Şaftalı" yükündə 52 kq marixuana aşkarlanıb
Sünni din xadimi məhkəməyə çağırıldı
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Fidanla Əraqçı görüşüb
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
Amerika Birləşmiş Ştatlarının (ABŞ) vitse-prezidenti Dik Çeyni bu gün Azərbaycana gələcək. Vitse-prezidentin ofisinin yaydığı məlumata görə, ABŞ prezidenti Corc Buş vitse-prezidentdən xahiş edib ki, Azərbaycan, Gürcüstan, Ukrayna və İtaliyaya səfər edərək, qarşılıqlı maraq doğuran məsələləri bu vacib tərəfdaşlarla müzakirə etsin. Vitse-Prezident Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstan prezidenti Mixail Saakaşvili, Ukrayna prezidenti Viktor Yuşşenko, İtaliyanın prezidenti Napoliatano və baş naziri Silvio Berluskoni, eləcə də əlaqədar hökumətlərin yüksək rütbəli nümayəndələri ilə görüşəcək. Dik Çeyninin Azərbaycana səfəri çərçivəsində Azərbaycan rəhbərliyi ilə görüşlərində regionda yaranmış vəziyyətlə bağlı məsləhətləşmələr aparacaq, həmçinin terrorla mübarizədə etibarlı tərəfdaş olan Azərbaycana Əfqanıstan və İraqda sülhyaratma prosesində fəal iştirakına görə Birləşmiş Ştatlar hakimiyyətinin minnətdarlığını çatdıracaq. Görüşlərdə enerji məsələləri, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli zərurəti, bu yaxınlarda prezident seçkisi keçiriləcək Azərbaycanda demokratiya və qanunun aliliyinin möhkəmləndirilməsi istiqamətində davamlı səylər ətrafında fikir mübadiləsi aparılacaq. Politoloq Rasim Musabəyovun ANS PRESS-ə bildirdiyinə görə, bölgədə gərginlik yarandığı bir dövrdə Dik Çeyninin səfəri açıq şəkildə Azərbaycana dəstəkdir: «Rusiya bölgədə aqressivliyini artırır. Kimlərsə Azərbaycana, onun bölgədəki mövqeyinə, iştirak etdiyi böyük layihələrə xor baxırsa, bu səfərlə anlayacaq ki, ABŞ Azərbaycandan dəstəyini əsirgəməyəcək. ABŞ Azərbaycana dəstək verəcək». R.Musabəyovun sözlərinə görə, səfər çərçivəsində beynəlxalq terrorizmlə mübarizə məsələləri əsas müzakirə mövzularından olacaq: «Çünki Azərbaycan beynəlxalq terrorizmlə mübarizə koalisiyasının üzvüdür». Politoloqun sözlərinə görə, Rusiyanın NATO ilə münasibətləri pisləşir, bu səbəbdən o, öz ərazilərindən daşınmalara maneə yarada bilər və Azərbaycan bu baxımdan ABŞ üçün olduqca vacib ölkədir. Politoloq Araz Əlizadə isə Dik Çeyninin səfərindən müsbət heç nə gözləmədiyini vurğulayıb: «ABŞ sadəcə bu səfər çərçivəsində Azərbaycanı dilə tutmağa çalışacaq ki, Mixail Saakaşvilinin buraxdığı səhvləri biz də buraxaq və ABŞ baş verənlərə kənardan baxsın». A.Əlizadə qeyd edib ki, səfər çərçivəsində terrorizmlə bağlı məsələlərin müzakirəsi də heç nə vəd etmir: «ABŞ terrorizmlə mübarizə aparmaq istəsəydi, bir dəfə də Ermənistanın Azərbaycana qarşı törətdiyi terrora münasibət bildirərdi. Onları ancaq özlərinə dəxli olan məsələlər maraqlandırır və bu səfər çərçivəsində də belə olacaq». Politoloqun sözlərinə görə, ABŞ-ın vitse-prezidenti Dik Çeyninin Azərbaycana səfəri çərçivəsində Azərbaycanla Ermənistan arasında gedən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də müsbət irəliləyişə nail olunacağını düşünmək yersizdir: «Dik Çeynidən də yüksək vəzifəli şəxslər, məsələn ABŞ prezidenti Corc Buş da bu problemi həll edəcəyini bildirmişdi. Amma nəticəsi olmadı. Hətta ABŞ BMT-də Azərbaycanın müstəqilliyi ilə bağlı qətnamənin əleyhinə səs vermişdi, ABŞ müstəqilliyimizi tanımamışdı. Belə olan halda, bu görüşdən Dağlıq Qarabağ probleminin həlli istiqamətində nəsə gözləmək lazım deyil». Politoloq Rasim Ağayev isə ANS PRESS-ə bildirib ki, Dik Çeyninin Azərbaycana, Gürcüstan və Ukraynaya səfərə gəlməsi əsasən Gürcüstan məsələləri ilə bağlıdır: «Səfərdə əsasən Gürcüstana hərbi, siyasi, iqtisadi köməkdən söhbət gedəcək. Amerika çalışacaq ki, səfərdə iki məsələ güdsün: GUAM-ı bir təşkilat kimi canlandırsın və Cənubi Qafqazda Rusiya maraqlarına qarşı bir sədd qoysun». R.Ağayevin sözlərinə görə, Dik Çeyni Azərbaycana səfərində Ermənistan-Azərbaycan məsələlərinə də diqqət yetirəcək. Onun fikrincə, ola bilsin Azərbaycanın Ermənistanla iqtisadi əməkdaşlığa başlaması təklif edilsin: «Ermənistanın vəziyyəti ağırdır». O, qeyd edib ki, bununla ABŞ Ermənistanı Rusiya əleyhinə yaranmış cəbhəyə qatmağa çalışacaq. O, həmçinin qeyd edib ki, Azərbaycanla Ermənistan arasında iqtisadi əməkdaşlıq məsələləri gündəmə gəlsə, əvvəlcə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması barədə yazılı razılaşmanın əldə edilməsi vacibdir: «Əgər Azərbaycan belə bir razılaşma əldə edilmədən Ermənistanla iqtisadi əməkdaşlığa başlasa, demək Ermənistanın iddiaları ilə razılaşırıq və Dağlıq Qarabağ əldən gedir». Röya Rəfiyeva /ANS PRESS/ express
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Gilanda 9 vəkilə həbs cəzası verildi
Savalan zirvəsindəki göl tamamilə donub
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi
Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
İranda daha üç etirazçı tələbə cəzalandırıldı