Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Qaşqay qadın fəal həbs edilib
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölən var
Prezident: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
İrandan gələn "Şaftalı" yükündə 52 kq marixuana aşkarlanıb
Sünni din xadimi məhkəməyə çağırıldı
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Fidanla Əraqçı görüşüb
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
Bakı. Elnur Məmmədli – APA. Türkiyə prezidenti Abdulla Gülün Ermənistana səfər edəcəyi dəqiqləşib. Azərbaycan siyasətçilərinin və politoloqlarının isə məsələyə münasibəti fərqlidir. “Abdulla Gülün Ermənistana səfəri Rusiyanın təklifi ilə baş tutur. Ona görə ki, Ermənistan müstəqil deyil, o özü Abdulla Gülü Ermənistana dəvət edə bilməz. Amma Rusiya Türkiyə ilə müəyyən razılaşmalar əldə edib və bu razılaşmalara əsasən Rusiya Türkiyəyə Qafqazda müəyyən imkanlar yaradır”. Bunu Türkiyə prezidenti Abdulla Gülün Ermənistana planlaşdırılan səfərini APA-ya şərh edən politoloq Vəfa Quluzadə deyib. Onun sözlərinə görə, Rusiya Türkiyəyə öz təsirini artırmaq istəyir: “ Daha doğrusu, Rusiya Türkiyəni qərbdən ayırıb Qafqazda yeni blok yaratmaq və bu blokun başında özü dayanmaq fikrindədir. Rusiyaya boğazlar lazımdır. Rusiya istəyir ki, boğazlar məsələsində Türkiyə ilə əməkdaşlıq etsin. Qafqaz platformasının başqa mənası yoxdur”. Politoloq Rasim Musabəyov isə bu səfər fonunda hər hansı təlaşa düşməyin yersiz olduğunu düşünür. Onun sözlərinə görə, bu səfərlə bağlı Azərbaycan tərəfi dəqiqləşmələr aparıb və Abdulla Gülün İrəvana getməsi heç nəyi dəyişmək gücündə deyil: “İndiyə qədər getməyib, indi gedəndən sonra nə olacaq ki? Bu Türkiyənin mövqeyinin dəyişməsi deyil. Onların hansısa təşəbbüsləri uğursuz olarsa, bu Türkiyənin yalnız şəxsi nüfuzuna xələl gətirə bilər. Amma heç bir halda Türkiyə əhalisi, Ordusu hakim elitası Azərbaycanın maraqlarını ermənilərin iddialarına qurban verməyə yol verməz”. Politoloq İlqar Məmmədovun sözlərinə görə, Gürcüstan Rusiya ilə diplomatik əlaqələri kəsəndən sonra regionda yeni vəziyyət yaranıb. Əvvəllər Ermənistan üçün Rusiyaya bir pəncərə hesab olunan Gürcüstanın bu pəncərəni qapatdığını deyən politoloq hazırda Ermənistanın bütün inkişafının İranla sərhədə bağlı olduğunu qeyd edir: “Ona görə də bu vəziyyətdən istifadə edən Türkiyə rəhbərliyi istəyir ki, Ermənistan liderləri ilə bir daha ünsiyyət quraraq onları inandırsın ki, həm Azərbaycana, həm Türkiyəyə qarşı öz ərazi iddialarından əl çəksinlər. Əvəzində geniş regional əməkdaşlıqdan bəhrələnsinlər. Gülün səfərinin əsas məqsədi budur”. Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı isə A. Gülün səfərini qiymətləndirmək səlahiyyətində olmadığını və ümumilikdə məsələyə şərh vermək istəmədiyini deyib: “Azərbaycan və Türkiyə qardaş, müttəfiq ölkələrdir və biz Türkiyə prezidentinin hansı ölkəyə səfər edib - etməməsindən narahat olmalı deyilik. Çünki bizim qardaşlığımız, dostluğumuz əbədidir”. Gülün səfərinin Qarabağ probleminə hər hansı təsirinin olub-olmamasına gəldikdə, M. Qurbanlı indidən bu barədə fikir söyləməyi mümkün hesab etməyib. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev Gülün İrəvana səfərini birmənalı olaraq pisləyib. Q. Həsənquliyev bildirib ki, ola bilsin ki, Türkiyə Azərbaycan tərəfinin razılığını alıb: “Amma hər bir halda Türkiyə belə bir təkliflə çıxış etməməliydi. Əvvəla, ermənilər Türkiyəni soyqırım kimi bəşəri cinayətdə ittiham edirlər. Bunun müqabilində birgə futbola baxmağa çağırırlar. Bu dost ölkəyə yaraşmayan bir hərəkətdir. Məncə, Türkiyə ictimaiyyəti növbəti seçkilərdə buna münasibətini bildirəcək. Əminəm ki, Türkiyənin indiki hakimiyyəti atdığı addımlara görə böyük qınaqla üz-üzə qalacaq”. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Türkiyənin müstəqil dövlət olaraq öz xarici siyasətini özü tərəfindən müəyyənləşdirildiyini deyib. Partiya sədri hesab edir ki, Abdulla Gülün səfəri Türkiyənin əvvəl elan etdiyi prinsiplərə ziddir: “Türkiyə hər zaman elan edirdi ki, Ermənistan Dağlıq Qarabağdan əl çəkməsə, Türkiyəyə ərazi iddialarından, soyqırım iddialarından imtina etməsə, Türkiyənin də Ermənistana münasibəti dəyişməyəcək. İndi Ermənistan heç bir iddiasından imtina etməyib və belə bir vaxtda Türkiyənin öz siyasətini dəyişməsini mən şəxsən doğru hesab etmirəm”. Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu Gülün səfərinin bölgədəki gərginlik olduğu vaxta təsadüf etdiyini deyib və buna görə də birmənalı fikir bildirməyin çətin olduğunu bildirib. Buna baxmayaraq, o Türkiyənin böyük dövlət olduğunu və öz maraqlarının olduğunu vurğulayıb: “Azərbaycan Ermənistanla müharibə vəziyyətində olduğundan hər hansı münasibət qurması indiki şərtlərdə mümkün və arzu olunan deyil. Amma Türkiyənin müəyyən mənada Ermənistanı öz təsir zolağına daxil etməsi üçün müəyyən addımlar atmasına biz aqressiv yanaşmamalıyıq. İmkan verməliyik ki, Türkiyə bu təşəbbüslərin gerçəkləşməsinə nail olsun və Ermənistana təsir göstərə bilsin. Bu səfər də belə məqsədə xidmət edir”. Ümid Partiyasının sədri İqbal Ağazadə də Türkiyənin öz xarici siyasətini özünün müəyyənləşdirdiyini qeyd edib. Partiya sədrinin sözlərinə görə, indiyə qədər Azərbaycan və Türkiyə Ermənistan və Azərbaycan münasibətləri fonunda vahid siyasət nümayiş etdiriblər: “Ermənistana yönəlik siyasətdə kəskin fərqlər olmayıb. Həmişə siyasəti əlaqələndiriblər. Bu gün Abdulla Gülün belə bir addım atmasının səbəbi Azərbaycan tərəfinə aydınlaşdırılmalıdır. Bu addımın atılmasının arxasında nələr dayanır, Azərbaycanın mənafeyinə nə qədər uyğundur izah edilməlidir. Azərbaycan və Türkiyə ictimaiyyətində bu məsələyə etiraz ola bilər”. Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bu şəraitdə, ermənilərin bu qədər iddialarından sonra Türkiyə prezidentinin İrəvana səfər etməsinin düzgün olmadığını bildirib. Türkiyənin özü ilə Ermənistanın böyük problemlərinin olduğunu deyən T. Rüstəmxanlı əslində bu səfərin olacağının əvvəlcədən planlaşdırıldığını qeyd edib: “Türkiyədə buna qarşı duran qüvvələr indi həbsdədir. Bu səfər sürpriz deyildi və böyük hazırlıq başlamışdı. Ermənistan Türkiyənin torpaqlarını öz xəritəsində göstərir. Bu problemlər həll edilmədən prezident səviyyəsində ziyarət doğru sayıla bilməz. Türkiyənin dövlət proqramına yazılıb ki, Azərbaycanın torpaqları Ermənistan azad etməmiş Ermənistanla əlaqə qurula bilməz. Necə olar proqramda belə məsələ olur, amma səfər edilir”. Müsavat Partiyasının başqanı İsa Qəmbər isə məsələyə münasibət bildirməyib və bununla bağlı müavinlərindən birinə müraciət etməyi məsləhət görüb. Partiya Məclisinin sədri Sülhəddin Əkbər isə Gülün İrəvana səfərini pisləyib. Onun sözlərinə görə, Türkiyənin Rusiya və Ermənistanla münasibətlərini istiləşdirməsi təcavüzkara əl uzatmaq kimi qiymətləndirilməlidir: “Bu düzgün addım deyil. Gürcüstanın Rusiya ilə diplomatik əlaqələri kəsməsi nəticəsində Ermənistanın blokadası daha da güclənib. Ermənistana təzyiqlərin artması üçün əlverişli şəraitin yarandığı bir məqamda Türkiyə tamamilə əks mövqe tutur və Ermənistana əl uzadır. Bu səfər Azərbaycanın maraqlarına cavab vermir Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Nizami Cəfərov indi kəskin fikir söyləməyin əleyhinə olduğunu deyib: “Çünki Türkiyə böyük dövlətdir, özünə məxsus dövlət siyasəti var. Mən ona əminəm ki, Türkiyənin strateji mövqeyi dəyişməyəcək və bütün hallarda Azərbaycanın pozulmuş hüquqlarının bərpası yolundan dönməyəcək. Abdulla Gülün Ermənistana hər hansı səfəri Türkiyənin ümumi mövqeyinə zidd olmayacaq. Bütün dövlətlərin başçıları bir-biri ilə görüşə bilər. Mən bunun əleyhinəyəm ki, kimsə düşünə bilər ki, Ermənistanın öz mövqelərindən çəkinməsi, Türkiyənin güzəştə getməsidir. Bu proseslərdə Türkiyə taktiki dəyişmələrə gedə bilər. Bu münaqişə uzun çəkib və bunu həll etmək üçün bu tipli cəhdlər ola bilər”. N. Cəfərovun sözlərinə görə, bu səfər Ermənistanın böhrandan çıxması kimi də qiymətləndirilə bilər: “Amma Daşnakstyün bəyanat verib və bu görüşün əleyhinədir. Gülün bu cəhdini problemlərin daha tez həll olunması kimi dəyərləndirirəm”. apa
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Gilanda 9 vəkilə həbs cəzası verildi
Savalan zirvəsindəki göl tamamilə donub
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi
Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
İranda daha üç etirazçı tələbə cəzalandırıldı