Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Qaşqay qadın fəal həbs edilib
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölən var
Prezident: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
İrandan gələn "Şaftalı" yükündə 52 kq marixuana aşkarlanıb
Sünni din xadimi məhkəməyə çağırıldı
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Fidanla Əraqçı görüşüb
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
HARUN YAHYA: "BİZ BİR QƏLBİK, ONA GÖRƏ DƏ BİRLƏŞMƏLİYİK" "525-ci qəzet"in suallarını Türkiyənin tanınmış din adamı Adnan Oktar (Harun Yahya) cavablandırır - Türkiyədəki mövcud dini durumu necə dəyərləndirirsiniz? Türkiyə doğru yollamı irəliləyir? - Türkiyə İslam aləmi üçün gerçəkdən örnək bir ölkədi, buranın İslamı gözəl anlayan və onun qaydalarına yaxşı əməl edən xeyli insanı var. Bizim ölkənin İslamın şərtlərinə ən yaxşı əməl edən ölkə olduğunu yəqin ki, bütün müsəlman ölkələri qəbul edir. Bəlkə də bu məsələdə Osmanlı alimlərinin böyük rolu olub. Bu səbəbdən bizim ideya kimi irəli sürdüyümüz Türk-İslam birliyinin liderliyinə Türkiyənin daha uyğun olduğunu düşünürəm. - Sizin geniş təbliğat imkanlarınız var. Fəaliyyətinizdə Türkiyənin hakim dairələrindən maddi və mənəvi dəstək alırsınızmı? - Xeyr, rəsmi dəstək yoxdur. - Bəs, qeyri-rəsmi? - AKP-yə səs verənlərin böyük əksəriyyəti bizi dəstəkləyirlər. Bundan başqa vəqflər, dərnəklər, mətbuat, partiya mənsubları bizə çox kömək edirlər. Təriqət mənsubları, dini camaat, milliyyətçi kəsim, ülkücü gənclər də bizə böyük dəstək olurlar. - Ən çox dəstəyi kimdən görürsünüz? - Türkiyə sağçılarından. Sağçıların 70 faizi bizi sevir. Onlar Allahın varlığına inanırlar. Bizim millət emosionaldır. Haqq uğrunda ölümə gedərlər. Vətəni, bayrağı, dini sona qədər müdafiə edə bilirlər. Ona görə də mənim bugünkü fəaliyyətim onları sevindirir, kommunizmə, darvinizmə, faşizmə, imperializmə qarşı mübarizəm onlarda məmnunluq yaradır. - AKP-yə münasibətiniz necədir? - Mən Rəcəb Tayyib Ərdoğanı hələ o İstanbulun bələdiyyə başqanı olan dövrdən tanıyıram. Düzdür, şəxsi tanışlığımız yoxdur. Amma hörmət etdiyim, sevdiyim bir insandır. Məncə əsl Anadolu övladıdır, gerçək bir dindardır. Həqiqətən də Türkiyənin yaxşı olmasını istəyən bir siyasətçidir. - Gələcəkdə siyasətə qoşulmaq fikriniz varmı? - Mənim şəxsimin iqtidar olması məsələsi gündəmdə yoxdur. Bu gün mənim fikirlərim iqtidardır. Daha öncə də belə olub. Türk-İslam birliyi, mənəviyyatla bağlı fikirlərim həmişə böyük dəstək qazanıb. MHP də antidarvinist, antifaşist, antikommunist partiyadır və var gücüylə, vətənin, dinin, imanın xidmətindədir. Dolayısıyla onların fikriylə mənim fikrim üst-üstə düşür. Mövcud siyasətçilər bütün bunları həyata keçirmək qabiliyyətindədirlər. - Sizin fikirləriniz cəmiyyətdə də hakimdir? - Mənim fikirlərim darvinist düşüncəyə qarşıydı. Allaha çox şükür ki, türk millətinin 90 faizi antidarvinistdir və böyük iftixarla deyim ki, Avropada bu məsələdə birinciyik. Allaha inam məsələsində ən böyük ölkə bəlkə də Türkiyədir. Açığı, bu vəziyyət mənim əsərlərim, kitablarım sayəsində yaranıb. - Bu gün dünya müsəlmanlarının sayı bir milyardı ötüb. Lakin İslam dünyası Qərblə müqayisədə hələ də geridə qalır. Səbəb nədir - islamın müasir dövrlə ayaqlaşmaması, yoxsa müsəlmanların İslamı öz həyatlarına tədbiq edə bilməməsi? - İslamı çox yanlış yorumlayıblar. İslama çox şeylər əlavə etdilər. Məsələn, Quran bir şeyi buyurursa, bunun üzərinə 99-nu əlavə etdilər və dini qəribə hala gətirdilər. Sənəti və elmi yasaqladılar. Halbuki bunlar tərəqqi üçün çox önəmlidir və Allahın nemətidir. Elmə çox əhəmiyyət vermədilər. Bunun nəticəsi isə məğlubiyyət və geriləmə oldu. Ən pisi isə darvinizmin yanında oldular. Osmanlı aydınını, Osmanlını yıxan darvinizm oldu. Darvinizmin Osmanlıya girməsiylə hegelçilik, marksiz düşəncə, Engelsin düşüncələri və fəlsəfəsi bütün Anadoluda, bütün Osmanlıda aydınlar arasında yayıldı. Bunun nəticəsində bizim insanlar mənəvi güclərini itirdilər. Bu zaman dinə sahib çıxma, böyük millət olma arzusu qalmadı içərilərində, fitnələr ortaya çıxdı. Kommunist dərin dövləti o zamandan hərəkətə keçdi. Sonra bunun adı "Ergenekon" adlandırıldı. Məqsəd Türkiyəni gücləri çatan qədər kiçiltmək, parçalamaq idi. Yəni çox təhlükəli bir plan vardı. Amma qəhrəman ordu və imanlı millət imanın işığıyla bu təhlükəni görərək gərəkən müdaxiləni etdi. Bundan sonra türk millətinin üzünü heç kim pis yerə çevirə bilməz. - Bu gün Türkiyə dövləti üçün hansı təhlükələr var? - İndi "Ergenekon" təşkilatının başı yaxalanıb, quyruğu isə hələ oynayır. Bu da bir az vaxt alacaq. Bunun qarşısını almaq üçün bütün millətin, mətbuatın, aydınların dövlətə, əmniyyət qurumlarına var gücüylə dəstək olması çox önəmlidir. - Bu gün hakim AKP-ni siyasi irtica adlandıranlar var. Siz bu fikri söyləyənlərin qarşısındasınız, yoxsa yanında? - AKP belə bir partiya deyil. Bunlar şişirdilib. AKP modern olmağı sevir. Yəni niyyəti açıqdır. AKP hökumətinin Avropa Birliyinə girmək istəməsini necə pis qarşılamaq olar? Deməli, AKP Avropa mədəniyyətini və elmini istəyir. Müasirliyi istəyən partiya geridəqalmış ola bilərmi?! - Sizin Türkiyə ilə Azərbaycanın birləşməsi haqda fikriniz olub. Bu, nə dərəcədə realdır? - Konya ilə İstanbul necə birləşdisə, Azərbaycanla Türkiyə də elə birləşə bilər. Biz bir qəlbik, ona görə də ayrı-ayrı, parçalanmış halda ola bilmərik, birləşməliyik. Azərbaycanın Türkiyədən, Türkiyənin Azərbaycan ayrı olması fəlakətdir. Bu, atanı oğuldan ayırmaq kimi bir şeydir. Azərbaycanla Türkiyənin ayrı olması bizim üçün zərərdi və bunun məntiqi yoxdur. Mən bizim ölkələr arasındakı viza rejiminin hələ də tam olaraq aradan götürülməməsinə də təəccüblənirəm. Azərbaycanlılar çox əfəndi, şahanə insanlardılar. İki ölkə arasındakı viza rejiminin mövcudluğu tamamilə gərəksiz şeydir. Məncə, Azərbaycan və Türkiyə viza rejiminin ləğviylə bağlı qərar verməlidir. Biz Kıbrısa pasportsuz və vizasız gedib-gəlirik. Ortaya bir problem çıxırmı? Yox! Bu durum Türkiyə ilə Azərbaycan arasında da olmalıdır. Vizasız rejim bizi bir-birimizə daha da yaxınlaşdırar. Əgər bunun üzərində ciddi düşünsək, elə bu il viza rejimi aradan qalxar. - Böyük güclər Azərbaycanla Türkiyənin birləşməsinə imkan verərlərmi? - Türkiyə bölgədə həm Amerikanın, həm Rusiyanın, həm də Çinin lehinə olan siyasət yürüdür və hamısı bundan məmnundur. Azərbaycanla birləşsək, onlar yenə məmnun qalacaqlar. - Amma bu zaman ortaya yeni bir güc çıxacaq. - Bu güc onların əleyhinə olmayacaq. Əslində bu, Rusiyanın və Ermənistanın xeyrinə olar. Ticarət əlaqələri genişlənər, hərbi təhlükə aradan qalxar. Həm də Türkiyənin bu gün Rusiyaya düşmən yox, dost münasibəti var. Məncə, Rusiya belə bir birləşmədən çox məmnun qalar. - İslam dünyasının dirçəlişini nədə görürsünüz? - İslamın yüksəlişi üçün səmimiyyət əsas şərtdir. Tərəqqi üçün elmə, mədəniyyətə, sevgiyə, gözəlliyə çox önəm verilməlidir. "Heç kimlə dost yox, hər kəslə düşmən olaq" prinsipi çox yanlışdır. İslam hər kəsə qucaq açan, hər kəsi qurtaran, xristianlara, musəvilərə şəvqətlə münasibət bəsləyən bir dindir. Ona görə də məsələlərə köhnə təfərrüklə baxmaq doğru deyil. 21-ci əsrdə Qurana tam uyğun olan çox səmimi İslam anlayışı var. Bunun dünyaya hakim olması üçün təbliğat gedir. Əgər 18-ci əsrdəki kimi olsaydı, indi İslam çox, həddən çox kiçilmişdi. - Siz İslamda səmimiyyətin vacibliyindən danışdınız. Doğrudan da, konkret Azərbaycana qarşı münasibətdə biz bu səmimiyyəti görmürük. Məsələn, müsəlman ölkələrinin əksəriyyəti Ermənistanı hələ də işğalçı adlandırmaqdan çəkinirlər. - Bəli, çünki onlar qorxurlar. Bunların düzəlməsi üçün bütün İslam ölkələri bir araya gəlib Türk-İslam birliyi adı altında bir güc olmalıdır. O zaman bu birliyə "Azərbaycan torpaqları işğal olunubmu" sualı ünvanlananda təbii ki, təsdiqləyici cavab alınacaq. Qarabağ işğal edilib, amma düşməni cəzalandırmaq lazımdırmı? Xeyr! Osmanlılar erməniləri sevirdi. Bu olaylar sonradan meydana çıxdı. Əvvəl ortaya çıxan darvinizm, sonradan isə sosial darvinizm qondarma erməni soyqırımı məsələsini meydana gətirdi. Qarabağ məsələsi sülh yoluyla həll edilməlidir. Ermənistanı başa salmaq lazımdır ki, torpaqlar geri qaytarılandan sonra Ermənistan bununla necə zənginləşəcək, bunun iqtisadi faydası necə olacaq. A.BAĞIROV 525
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Gilanda 9 vəkilə həbs cəzası verildi
Savalan zirvəsindəki göl tamamilə donub
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi
Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
İranda daha üç etirazçı tələbə cəzalandırıldı