Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Qaşqay qadın fəal həbs edilib
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölən var
Prezident: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
İrandan gələn "Şaftalı" yükündə 52 kq marixuana aşkarlanıb
Sünni din xadimi məhkəməyə çağırıldı
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Fidanla Əraqçı görüşüb
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
Gürcüstan prezidenti separatçı qurumlara qarşı sərt sanksiyaların tətbiq olunacağını bildirib Bütün rus qoşunları Psou çayının əks tərəfinə (Abxaziya istiqamətində Gürcüstan-Rusiya sərhədi) və Rok tunelinin arxasına (Sxinvali istiqamətində Gürcüstan-Rusiya sərhədi) keçməyincə Gürcüstan ərazisi işğal edilmiş sayılacaq. Bu barədə ölkə prezidenti Mixail Saakaşvili Poti şəhərində rayon administrasiyalarının rəhbərləri ilə görüşdə bildirib. Prezident “rus işğalı günlərində görünməmiş birlik və rəşadət göstərən xalqa” təşəkkür edib:"Hökumətimiz də güclü və möhkəm idi və çox effektli işləyirdi", deyə Saakaşvili qeyd edib. Prezident həmçinin qeyd edib ki, Gürcüstan böhran günlərində bütün dünyadan görünməmiş birləşmiş dəstək alıb. “Bu, mənim üçün gözlənilməz idi. Bu, xalqımızın möhkəmlik və birlik nümayiş etdirməsi sayəsində mümkün olub", deyə Saakaşvili qeyd edib. Dövlət başçısı qeyd edib ki, indi əsas vəzifələrdən biri bütün dağıdılmış obyektləri bərpa etmək və ölkənin inkişafı ilə məşğul olmaq, ölkəni investorlar üçün daha cazibəli etməkdir. Saakaşvili Gürcüstanın bu günlərdə xaricdən çox böyük kömək aldığını qeyd edib. Prezidentin sözlərinə görə, ümumilikdə bir milyard dollardan çox vəsait daxil olacağı gözlənilir, bu vəsait zərərçəkmiş əhaliyə kömək göstərilməsi və ölkənin inkişafı üzrə layihələrə sərf edilməlidir. Eyni zamanda, dövlət başçısı Moskvanın qondarma Abxaziya və Cənubi Osetiya respublikalarının müstəqilliyini tanımaq qərarını xatırladaraq qeyd edib ki, Gürcüstan rəhbərliyi bu ərazilərdə istənilən qanunsuz əməlin cəzasız qalmaması üçün tədbirlər görəcək:"Biz qanunlar qəbul edəcəyik ki, onlar əsasında Abxaziya və Cənubi Osetiyada istənilən biznes fəaliyyəti və ya vəsait qoyulması qanunsuz elan edilsin", deyə Saakaşvili bildirib və söz verib ki, xarici partnyorların, ilk növbədə ABŞ-ın köməyi ilə qanunu pozanlara qarşı beynəlxalq sanksiyalar tətbiq edilməsinə nail olacaq (Turan). GUAM Gürcüstanla bağlı bəyanat verəcək Bəyanat təşkilata üzv ölkələrin xarici işlər nazirlərinin görüşü çərçivəsində qəbul ediləcək Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat- GUAM-ın Xarici Işlər Nazirləri Şurası Gürcüstandakı vəziyyətlə əlaqədar bəyanatla çıxış etmək niyyətindədir. Bu barədə “Trend”ə GUAM katibliyi proqramlarının koordinatoru Georgi Nazarov məlumat verib. Onun sözlərinə görə, bəyanat təşkilata üzv ölkələrin - Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın xarici işlər nazirlərinin görüşü çərçivəsində qəbul ediləcək. Nazirlər BMT Baş Assambleyasının sentyabrın ikinci yarısına təyin edilən növbəti sessiyası zamanı toplaşmağı planlaşdırırlar",- deyə Nazarov bildirib. Yəqin ki, təşkilata üzv ölkələrdən biri belə təşəbbüslə çıxış edəcək. Avropa Ittifaqı Gürcüstana yardım edəcək Avropa Ittifaqının Brüsseldəki sammitində bu məsələlər yüksək səviyyədə müzakirə ediləcək Avropa Ittifaqı strukturlarında Rusiya Silahlı Qüvvələrinin Gürcüstanın işğal olunmuş ərazilərindən dərhal çıxarılması və Rusiyanın hərbi təcavüzünün nəticələrinin aradan qaldırılmasında bu ölkəyə yardım məqsədilə, AI-nin rolunun fəallaşdırılması məsələsi barədə intensiv müzakirələr aparılır. Bu barədə Gürcüstanın xarici işlər nazirinin müavini Qriqol Vaşadze ilə görüşdə AI-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi bildirib. O qeyd edib ki, Fransa prezidenti Nikolya Sarkozinin sentyabrın 1- də Brüsseldə çağırdığı AI sammitində bu məsələlər yüksək səviyyədə müzakirə olunacaq. Görüşdə tərəflər Rusiyanın Gürcüstan ərazilərinə təcavüzü və işğalından sonra yaranmış vəziyyəti müzakirə ediblər. Vaşadze Avropa tərəfini, yeni reallıqlar nəzərə alınmaqla, Gürcüstan ilə AI arasında qarşılıqlı əlaqələrin dərinləşdirilməsi və inkişafına gürcü tərəfinin baxışları ilə tanış edib və bu planda sıx əməkdaşlıq təklif edib. O bildirib ki, Rusiya Fransa prezidentinin təşəbbüsü ilə əldə olunan altı bəndlik müqavilənin şərtlərinə yenə də əməl etmir. “Reuters” Rusiyanı ifşa etdi Agentlik BTC-nin Gürcüstandan keçən hissəsini Rusiyanın bombaladığına dəlalət edən kadrlar yayımlayıb “Reuters” Bakı-Tiflis-Ceyhan neft kəmərinin Gürcüstandan keçən hissəsini Rusiyanın bombaladığına dəlalət edən kadrlar yayımlayıb. Kadrlarda neft kəməri boyunca ərazidə məhz bombardman nəticəsində əmələ gəlmiş iri çalalar aydın görünür. Çalaların diametri bir neçə metrə çatır. Xatırladaq ki, Gürcüstan tərəfi Rusiyanın müharibə günlərində BTC-ni bombalamaq istədiyi barədə bir neçə dəfə bəyanat verib. Rusiya tərəfi isə bunu inkar edib. Indi “Reuters”in yaydığı kadrlar Tiflisin dediklərinə sübut sayıla bilər. Amma bir məsələ qaranlıq qalır ki, Rusiya bombardmançıları həqiqətən də BTC-ni nişan alıblarsa, nəyə görə bütün mərmilər kəmərin ətrafına dəyib. Tiflisdə Leninin şəkli yandırılıb Dünən Gürcüstanın paytaxtı Tiflisdə Gürcüstan vətəndaşları şəhər küçələrinə çıxaraq ölkədə rus qoşunlarının hələ də iştirakının əleyhinə nümayişlər keçiriblər. Çukorotski məntəqəsindəki rus ordusunun yerləşdiyi bazanın qarşısında etiraz aksiyası keçirən yerli əhali Gürcüstan bayrağını yellədərək rus inqilabçısı Vladimir Leninin təsvirini daşıyan bayrağı yandırıblar. Sakinlərdən birinin sözlərinə görə, ölkələrinin işğal edilməsi utandırıcı ambisiyadır və kiçik ölkə olaraq bunu ittiham edirlər və bildirirlər ki, onlar təslim olmayacaq, torpaqlarını verməyəcəklər. Aksiya iştrakçılarından biri qeyd edib ki, Rusiya ilə diplomatik əlaqələrin kəsilməsi qərarı düzgün addımdır:"Çünki bizim şahidi oduğumuz təcavüzdən sonra əlaqələr əvvəlki kimi davam edə bilməzdi". Gürcüstan ruslara viza verilməsini dayandırdı Dünəndən etibarən Gürcüstanın Rusiya ilə dövlət sərhədindəki bütün nəzarət-buraxılış məntəqələrində RF vətəndaşlarına vizaların verilməsi dayandırılıb. “Interfaks”ın verdiyi xəbərə görə, bununla bağlı Gürcüstanın Xarici Işlər Nazirliyi məlumat yayıb. Nazirlikdən bildirilib ki, artıq bundan sonra Gürcüstana getmək istəyən bütün Rusiya vətəndaşları vizanı Gürcüstanın üçüncü ölkələrdə yerləşən konsulluqlarından almalıdır. Xatırladaq ki, indiyədək Gürcüstana səfər edən Rusiya vətəndaşları vizanı Tiflis aeroportunda 20 ABŞ dolları ödəyərək alırdılar. azadliq
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Gilanda 9 vəkilə həbs cəzası verildi
Savalan zirvəsindəki göl tamamilə donub
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi
Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
İranda daha üç etirazçı tələbə cəzalandırıldı