Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Qaşqay qadın fəal həbs edilib
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölən var
Prezident: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
İrandan gələn "Şaftalı" yükündə 52 kq marixuana aşkarlanıb
Sünni din xadimi məhkəməyə çağırıldı
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Fidanla Əraqçı görüşüb
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
"Traktor"un yeni reytinqi açıqlandı
Daha bir ölkə İranla diplomatik münasibətləri kəsdi
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
Imperiya ambisiyaları Rusiyanın özünü parçalayacaq «Rus ayısı»nın qəzəbi fond birjalarını alt-üst etdi Dünən günün birinci yarısında gündəmin əsas mövzusu Rusiya Federasiya Şurası və Dövlət Dumasının Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaqla bağlı prezident Medvedyevə müraciətləri idi. Əksər müşahidəçilər belə hesab edirdi ki, bu, sadəcə bir oyundur və Rusiya bu müraciətlərdən Qərbə qarşı təzyiq kimi istifadə edəcək. Ancaq narahatçılıqlar da az deyildi. Böyük dövlətlərin liderləri bir-birinin ardınca prezident Medvedyevə çağırış edərək separatçı qurumları tanımamağa çağırırdı. Liderlərin çağırışı fayda vermədi Dünən günün birinci yarısında Corc Buş administrasiyası Rusiya parlamentinin hər iki palatasının Cənubi Osetiya və Abxaziyanın müstəqil və suveren dövlət kimi tanınması qərarını yolverilməz olduğunu bəyan etdi. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Robert Vud bildirdi ki, bu qərar qəbul olunmazdır. O, Rusiyanı Gürcüstanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırdı. Ağ Evin nümayəndəsi Toni Fratto isə bildirdi ki, ABŞ Rusiya ilə münasibətləri qiymətləndirməklə məşğuldur: “Biz Rusiya ilə gələcək münasibətləri yenidən dəyərləndiririk. Cənubi Osetiya və Abxaziyanın taleyi bir ölkənin qərarından asılı ola bilməz. Hər iki ərazinin gələcək statusu hər iki regionun əhalisi, Gürcüstan və BMT-nin iştirakı ilə keçiriləcək sülh danışıqları və müzakirələrin predmetidir. Hər iki region BMT qətnamələrinin bir hissəsidir və bu qətnamələri Rusiya da dəstəkləyib”. Prezident Corc Buş rusiyalı həmkarı Dmitri Medvedyevi Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımamağa çağırdı. ABŞ prezidenti bildirdi ki, Gürcüstanın ərazi bütövlüyünə və sərhədlərinə Rusiya və digər ölkələrin ərazi bütövlüyü və sərhədləri kimi hörmətlə yanaşılmalıdır: “ABŞ Gürcüstan xalqını, gürcü demokratiyasını bu ölkənin suverenlik və ərazi bütövlüyünü dəstəkləməkdə davam edəcək”. Sonra Almaniyanın kansleri Angela Merkel də Rusiya prezidentinin hər iki separatçı rejimin müstəqilliyini tanımayacağına ümidvar olduğunu bildirdi:"Dövlət Duması və Federasiya Şurasında Abxaziya ilə Cənubi Osetiyanın müstəqilliyinin tanınması barədə qətnamənin qəbulunu narahatlıqla izlədim. Ümidvaram ki, Rusiya prezidenti bu qərarı təsdiqləməyəcək". Medvedyev Buşla Merkeli eşitmədi Ancaq bütün bu çağırışlara baxmayaraq, günün ikinci yarısında məlum oldu ki, Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb. Rusiya prezidenti Dmitri Medvedyev bununla bağlı müvafiq fərman imzalayıb. Rusiya telekanalları prezidentin bununla bağlı bəyanatını canlı yayımladılar. Prezident bildirib ki, avqust hadisələrindən sonra Cənubi Osetiya və Abxaziyanın Gürcüstanın tərkibində qalması mümkün deyil. Dmitri Medvedyev digər ölkələri də Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımağa çağırıb. Rusiya prezidenti həmçinin ölkənin xarici siyasət idarəsinə Abxaziya və Cənubi Osetiya ilə diplomatik münasibətlər qurmaq barədə göstəriş verib. “RIA Novosti”nin yaydığı məlumata görə, Rusiya Xarici Işlər Nazirliyi bir müddət əvvəl tanıdığı bu separatçı bölgələrlə “Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş”in mətnini hazırlayır. Son məlumatlara görə, Rusiya ordusunun bölmələri Abxaziya və Cənubi Osetiya “prezidentlərinin” xahişi ilə qeyri-müəyyən müddətə kimi bu bölgədə qalmaqda davam edəcək. Gürcüstandan ilk reaksiya “Rusiya prezidenti Dmitri Medvedyevin Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıması Moskvanın Gürcüstan ərazilərini anneksiya etməsi anlamı daşıyır”. Bu bəyanatla Gürcüstanın xarici işlər nazirinin müavini Qiqa Bokeriya çıxış edib. O bildirib ki, bu addımı Gürcüstanın bir hissəsi olan torpaqların anneksiya edilməsindən başqa cür qiymətləndirə bilməz. Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi Kaxa Lomaya isə Gürcüstanla Rusiyanın münasibətlərinin uzun müddətə dayandırıldığını bəyan edib: “Rusiyanın separatçı bölgələrin müstəqilliyini tanımaq qərarının Gürcüstan üçün heç bir hüquqi nəticəsi yoxdur. Çünki Gürcüstanın suverenliyini tənzimləyən əsas hüquqi sənəd beynəlxalq hüquq normalarına cavab verən ölkə Konstitusiyasıdır”. Medvedyevin fərmanından sonrakı ilk zərbə Rusiya prezidentinin Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımaq barədə fərmanı ölkənin qiymətli kağızlar bazarına ciddi zərbə vurub. Məlumata görə, fərman açıqlandıqdan sonra birjalarda Rusiya şirkətlərinin səhmləri sürətlə ucuzlaşmağa başlayıb. Rusiya şirkətlərinin məcmu göstəricisi olan RTS indeksi bir neçə dəqiqə ərzində 1 faiz aşağı düşüb. Bununla da gün ərzində RTS indeksi ümumilikdə 6 faiz aşağı düşüb. Moskva Banklararası Valyuta Birjasında isə bir neçə dəqiqə ərzində 5 faiz ucuzlaşma qeydə alınıb. Bu fərman Rusiyanın aparıcı şirkətlərinə daha çox ziyan vurub. Artıq “Sberbank”ın səhmləri 9%, “Qazprom” və “Norilskiy nikel”in səhmləri 7,5%, “Lukoyl” və “Rosneft”in səhmləri isə 5% ucuzlaşıb. Paralel olaraq birjalarda rus rublu dəyər itirməkdə, dollar isə bahalaşmaqdadır. Rays təəssüflənib, Azərbaycan isə mövqeyində qalır “Rusiya prezidentinin Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması barədə qərarı təəssüf doğurur”. Bu bəyanatla isə ABŞ-ın dövlət katibi Kondaliza Rays çıxış edib. Onun sözlərinə görə, bu qərar Gürcüstanın ərazi bütövlüyünün pozulması deməkdir. “Azərbaycanın mövqeyi dəyişilməz qalır. Biz Gürcüstanın ərazi bütövlüyünü tanıyırıq”. Azərbaycan Xarici Işlər Nazirliyinin mətbuat katibi Xəzər Ibrahim Rusiyanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini rəsmən tanınmasına münasibət bildirərkən deyib. Dünya ayağa qalxdı Böyük Britaniyanın Xarici Işlər Nazirliyi bildirib ki, Moskvanın əməllərini “qətiyyən qəbul etməyəcək” və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyəcək. Almaniya kansleri Angela Merkel, öz növbəsində, Moskvanın bu addımının “qəbuledilməz” olduğunu bildirib və bir daha Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini təsdiq edib. Fransa XIN-i bildirib ki, Rusiyanın qərarı təəssüf doğurur. ATƏT rəhbəri, Finlandiya xarici işlər naziri Aleksandr Srubb Rusiyanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımasını pisləyib. Onun fikrincə, Moskva ATƏT-in üzvü olduğu halda, təşkilatın əsas prinsiplərini pozur, Moskva başqa ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət öhdəliyi götürüb. Bundan başqa, Srubb Rusiyanı bütün qoşunlarını Gürcüstandan çıxarmağa və imzalanmış sülh sazişinin bəndlərinə əməl etməyə çağırıb(Turan). Terri Devisdən sərt münasibət “Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin Rusiya tərəfindən birtərəfli şəkildə tanınması Avropa Şurasına onun kimi üzv olan digər dövlətin ərazi bütövlüyünü pozur. Bu addım qeyd olunan iki regionun gələcək statusu haqqındakı mübahisələrin danışıqlar yolu ilə həll edilməsi perspektivlərinə təhlükə yaradır. Rusiya hər iki yoldan istifadə edə bilməz. Əvvəllər Rusiya ərazi bütövlüyü prinsipini ciddi şəkildə dəstəkləyirdi. Bu prinsipə zidd olaraq Abxaziya və Cənubi Osetiyanın tanınması ilə bağlı verilən qərar istənilən obyektiv müşahidəçini təəccübləndirməlidir. Bu qərarın başlıca qurbanı isə Rusiya Federasiyasının beynəlxalq etibarıdır. Ruslar beynəlxalq qanundan ancaq özləri istədikləri vaxt istifadə edə bilməzlər" deyə -Avropa Şurasının Baş katibi Terri Devis bəyan edib. NATO baş katibi Rusiyanı ittiham etdi NATO-nun baş katibi Yaap de Hop Sxeffer Rusiyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması ilə bağlı addımına etiraz edib. O, deyib ki, bu, BMT Təhlükəsizlik Şurasının Gürcüstanın ərazi bütövlüyü ilə bağlı qətnamələrinin birbaşa pozulmasıdır:"Rusiyanın son həftələrdəki fəaliyyəti onun Qafqazdakı sülh prosesində iştirakını sual altında qoyur. NATO qəti şəkildə Gürcüstanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir, Rusiyanı bu prinsiplərə hörmət etməyə çağırır". Makkeynin arvadı dəstək üçün Gürcüstana uçur ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Con Makkeynin həyat yoldaşı Sindi Makkeyn Gürcüstana uçur. Lent.az-ın “RIA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə senator özü Kaliforniyadakı çıxışı zamanı bildirib:"Həyat yoldaşım yoldadır. O, balaca ölkə olan Gürcüstana gedir". Gürcüstan Dövlət Dəftərxanasından isə bildiriblər ki, Sindi Makkeyn gürcü xalqını dəstəkləmək üçün Gürcüstana gəlir. Makkeynin həyat yoldaşı Tiflisdə Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Rulovsla görüşəcək. O, Cənubi Osetiyadakı müharibə zamanı yaralanan gürcü əsgərlərinin yatdığı xəstəxananı, Tiflisdəki çadır şəhərciyini ziyarət etmək və qaçqınlarla görüşmək niyyətindədir. “Azərbaycanın dəstəyi həyəcan siqnalıdır” Rusiyalı politoloq Yuri Şevtsov Azərbaycanın Gürcüstanla enerji layihələrini davam etdirmək niyyətini, eləcə də AŞ PA-da Tiflisin mövqeyini dəstəkləyəcəyi ilə bağlı bəyanatını “Moskva üçün həyəcan siqnalı” adlandırıb. Lent.az-ın Rusiya KIV-nə istinadən verdiyi məlumata görə, Şevtsov bunu tərəzinin gözünün Gürcüstanın xeyrinə dəyişməsi hesab edir. Politoloq bildirib ki, Bakının bəyanatının arxasında ciddi sövdələşmə dura bilər: “Bu, Gürcüstana ABŞ qoşunlarının yeridilməsi və ya avropalı sülhməramlı qüvvələrə ciddi ümid ola bilər. Bu, həm də o deməkdir ki, Vaşinqton enerji layihələrinin təhlükəsizliyi ilə bağlı Bakı ilə danışıb. Bu, tərəzinin Gürcüstanın xeyrinə dəyişməsidir". Bununla yanaşı o, Gürcüstan ərazisindən tranzit məsələsi uğrunda mübarizənin bitmədiyini vurğulayıb. Gürcüstandan MDB-yə rəsmi sənəd göndərilib Gürcüstanın MDB-dən çıxması məsələsi qurumun xarici işlər nazirləri Şurasının və dövlət başçıları Şurasının iclaslarının gündəliyinə salınacaq. Bu barədə MDB daimi nümayəndələr Şurasının Minskdə keçirilmiş iclasında qəbul edilib. Rusiyanın MDB-dəki daimi nümayəndəsi Yevgeni Belov jurnalistlərə bildirib ki, Gürcüstan XIN-dən MDB-nin Icra Komitəsinə bu ölkənin qurumdan çıxması barədə rəsmi sənədlər daxil olub. Gürcüstanın son 3 ildə MDB-də demək olar ki, fəaliyyət göstərmədiyini deyən Y.Belov qurumdan çıxmağın Gürcüstanın suveren hüququ olduğunu deyib. O, həmçinin bildirib ki, Gürcüstan imzaladığı bütün müqavilə və sazişləri vaxtı bitənədək yerinə yetirmək niyyətini təsdiqləyib. azadliq
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Gilanda 9 vəkilə həbs cəzası verildi
Savalan zirvəsindəki göl tamamilə donub
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi
Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
İranda daha üç etirazçı tələbə cəzalandırıldı